Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur


Siyasət 03 Yan 2025 12:57:00 78 0

Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur

Azərbyacan Respublikasının Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə   edilən və artıq qüyyəyə minmiş dəyişikliyə əsasən "xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Məcəllədə Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı fərqli qaydalar tətbiq edildikdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qarşılıqlı olaraq fərqli qaydalar müəyyən edilə bilər". Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli Fərmanına əsasən Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 

Yuxarıda qeyd edilən miqrasiya qaydalarına edilən dəyişiklik beynəlxalq praktikada - istər dövlətlərarası diplomatik münasibətlərdə, istərsə də beynəlxalq-hüquqi təcrübədə tətbiq edilən qarşılılıq prinsipindən irəli gəlir.  Belə bir fundamental yanaşmanın əsasını müəyyən etmək üçün bir sıra hüquqi sənədlərə müraciət etmək olar. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin suveren bərabərliyi və əməkdaşlıq prinsipini təsbit edir və bu müddəadan çıxış edərək hər bir dövlət qeyd edilən bərabərliyin təmin edilməsi üçün dövlətdaxili və beynəlxalq hüquqi instrumentlərdən istifadə edə bilər.  Əgər hər hansı bir dövlət Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə ölkəmizin tətbiq etdiyi qaydalardan fərqli normalar müəyyən edirsə, bu halda imperativ jus cogens xarakteri daşıyan suveren dövlətlərin bərabərlik prinsipindən çıxış edərək, milli qanunvericilikdə analoji yanaşma müəyyən olunmalıdır və Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə edilən dəyişiklik buna hüquqi təminat yaradır.  Qarşılılıq prinsipi beynəlxalq-hüquqi təcrübədə bir çox sahələrdə - cinayət törətmiş şəxslərin verilməsi, ekstradisiya və cinayət işlərinə dair hüquqi yardım sahəsındə, beynəlxalq xüsusi hüquqda, dövlətlərin yürisdiksiya immunitetlərinin tətbiqi məsələlərində və sairə müstəvidə özünü biruza verir. Digər sözlərlə, qarşılılıq prinsipi iki və ya daha çox dövlətin biri biriləri ilə münasibətlərində əlverişli hüquqi rejimin tətbiq olunmasını nəzərə tutur və hüquqi müstəvidə qarşılıqlı maraqlar balansını təmin edir.  Qeyd edilən prinsipin miqrasiya sahəsində istifadəsi əhəmiyyətli xarakter daşıyır və Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə digər dövlətlər tərəfindən tətbiq edilən rejimlər həmin dövlətlərin vətəndaşları üçün analoji qaydada qüvvədə olacaq. Məsələn, Rusiya Federasiyasının 8 avqust 2024-cü il tarixli 260 saylı federal qanununa uyğun olaraq, 1 yanvar 2025-ci ildən əcnəbilərin Rusiya ərazisində vizasız olma müddəti il ərzində 90 qünə bərabərdir. Əvvəllər isə bu müddət 180 qün ərzində 90 qün nəzərdə tutulurdu və yeni qaydaya uyğun həmin müddət iki dəfə azaldıldı. Belə olan halda eyni qaydaların Azərbaycan ərazisinə daxil olan Rusiya vətəndaşları üçün müəyyən edilməsi barəbərlik və qarşılılıq prinsipinin mahiyyətindən irəli gəlir. Ümümiyyətlə ölkəmizin ərazisində hər hansı bir dövlətin vətəndaşlarına münasibətdə müvafiq miqrasiya qaydalarının tətbiqi bizim vətəndaşlarımız üçün həmin dövlətlər tərəfindən müəyyən  edilən hüquqi rejimə mütanasib xarakter daşıyacaq.  Həmçinin xatırlatmaq istərdim ki, hazırda Müstəqil Dövltlər Birliyinin vətəndaşları ölkəmiz tərəfindən 6 may 1997-ci il tarixində müvafiq qeyd-şərtlə qoşulduğu 9 oktyabr 1992-ci ildə Bişkek şəhərində imzalanan Sazişin 1-ci maddəsinə əsasən şəxsiyyəti və ya vətəndaşlığı təsdiq edən sənədlər əsasında iştirakçı dövlətlərin ərazilərinə vizasız daxil ola, hərəkət edə və bu əraziləri tərk edə bilərlər. Ancaq, dövlətin ərazisində vizasız olma müddətlərinin müəyyən edilməsi Saziş iştirakçılarının səlahiyyətlərinə aiddir və Azərbaycan Respublikası öz süveren kompetensiyasından beynəlxalq təcrübədə qəbul edilmiş prinsiplərə əsasən və milli maraqlarımıza uyğun olaraq istifadə hüququnu özündə saxlayır. 

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Son.az

Bu 2 bürc əsla birlikdə olmamalıdır like
  • 03 Yan 12:55  
Digərləri Bu 2 bürc əsla birlikdə olmamalıdır

Astroloqlar uyğunluğu demək olar ki, qeyri-mümkün hesab edilən bir neçə

arrow Ətraflı
150 kiloqram çəkisi olan kişinin Yeni il gecəsi kabab yeməkdən mədəsi deşildi like
  • 03 Yan 12:41  
Dünya 150 kiloqram çəkisi olan kişinin Yeni il gecəsi kabab yeməkdən mədəsi deşildi

Rusiyanın Novosibirsk şəhərində 150 kiloqram çəkisi olan kişi bayram ziy

arrow Ətraflı
Qızıl və gümüş bahalaşdı like
  • 03 Yan 12:33  
Digərləri Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr

arrow Ətraflı
"Azəriqaz" qazın yeni qiymətinin tətbiqinə START VERDİ like
  • 03 Yan 12:25  
Digərləri "Azəriqaz" qazın yeni qiymətinin tətbiqinə START VERDİ

"Azəriqaz" İstehsalat Birliyinin abonent uçotu sistemlərində (ön

arrow Ətraflı
Necə edək ki, üşüməyək?  DİQQƏT! like
  • 03 Yan 12:20  
Digərləri Necə edək ki, üşüməyək? DİQQƏT!

Üşüməmək üçün bir neçə sadə və effektiv üsul mövcuddur.

arrow Ətraflı
Mingəçevirdə qəza  Xəsarət alan var like
  • 03 Yan 12:12  
Digərləri Mingəçevirdə qəza Xəsarət alan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ucuz qiymətə aldığı çantanı açanda şok oldu  içindən sərvət çıxdı like
  • 03 Yan 12:03  
Dünya Ucuz qiymətə aldığı çantanı açanda şok oldu içindən sərvət çıxdı

İngiltərədə London Hitrou hava limanında maraqlı hadisə yaşanıb.

arrow Ətraflı
2025ci ildə bu filmləri izləyə biləcəyik  SİYAHI like
  • 03 Yan 11:55  
Şou-biznes 2025ci ildə bu filmləri izləyə biləcəyik SİYAHI

2025-ci ilin kino sənayesində yeniliklərlə dolu olacağı gözlənilir. Bu i

arrow Ətraflı
TƏBİB bayram günlərində zəhərlənənlərin sayını açıqladı like
  • 03 Yan 11:47  
Digərləri TƏBİB bayram günlərində zəhərlənənlərin sayını açıqladı

Bayram günü, yəni dekabrın 31-də Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologi

arrow Ətraflı
“Tanış olduqdan dərhal sonra dost olduq”  Ancelinadan Bilginerə like
  • 03 Yan 11:40  
Şou-biznes “Tanış olduqdan dərhal sonra dost olduq” Ancelinadan Bilginerə

Dünya şöhrətli aktrisa Ancelina Coli həmkarı, Türkiyənin "Emmi"

arrow Ətraflı
Ən qərarsız 3 bürc like
  • 03 Yan 11:31  
Digərləri Ən qərarsız 3 bürc

Astrologiyaya inananlar yaxşı bilir ki, bürclərin xarakterinə görə insan�

arrow Ətraflı
Neftin qiyməti 79 dollara yaxınlaşdı like
  • 03 Yan 11:25  
Digərləri Neftin qiyməti 79 dollara yaxınlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Koreya prezidentini həbs etmək istədilər  Qarşıdurma yarandı like
  • 03 Yan 11:20  
Dünya Koreya prezidentini həbs etmək istədilər Qarşıdurma yarandı

Cənubi Koreyada hüquq-mühafizə orqanları impiçment elan edilmiş Preziden

arrow Ətraflı
Qaxda azyaşlını yük maşını vurub like
  • 03 Yan 11:15  
Digərləri Qaxda azyaşlını yük maşını vurub

Qaxda 8 yaşlı qızı yük maşını vurub.

arrow Ətraflı
Alzheymer xəstələrinə sevindirici xəbər  Alimlər kəşf etdi like
  • 03 Yan 11:10  
Digərləri Alzheymer xəstələrinə sevindirici xəbər Alimlər kəşf etdi

Qar çiçəyi (Galanthus nivalis), həm tibbi, həm də estetik baxımdan faydal

arrow Ətraflı