"Azəriqaz" qazın yeni qiymətinin tətbiqinə START VERDİ


Digərləri 03 Yan 2025 12:25:00 67 0

"Azəriqaz" qazın yeni qiymətinin tətbiqinə START VERDİ

"Azəriqaz" İstehsalat Birliyinin abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.

"Azəriqaz"dan Son.az-a verilən məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə 2 yanvar tarixindən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.

Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq.

Məlumata görə, istehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə Birliyin Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.

Xatırladaq ki, ölkəmizin təbii qaz təsərrüfatında rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması məqsədilə Tarif (qiymət) Şurası tərəfindən yeni tariflər müəyyənləşdirilib. Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.

Dəyişikliklərə əsasən əhali üzrə illik istehlak həcmi:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpikdən 0,5 qəpik (4,2%) artırılaraq 12,5 qəpik;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 20 qəpikdən 2 qəpik (10%) artırılaraq 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 25 qəpikdən 5 qəpik artırılaraq (20%) 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb. Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:

48% abonent üzrə - 32 qəpik;

39% abonent üzrə - 1 manat 43 qəpik;

13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Eyni zamanda qeyd olunmalıdır ki, təbii qazın qaz paylayıcısına topdansatış qiyməti də 1 kub metr üçün 11,8 qəpikdən 13,5 qəpiyə, başqa sözlə 9,4% artırılıb.

Qeyri-əhali sektorunda təbii qaz tariflərində də dəyişikliklər edilib. Belə ki, sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üzrə 1 kub metr təbii qazın tarifi 16,5 qəpikdən 2 qəpik artırılaraq 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində, digər sahələrdə (ticarət, iaşə və s.) isə 25 qəpikdən 3,5 qəpik (14%) artırılaraq 28,5 qəpik məbləğində müəyyənləşdirilib.

Qərar 02 yanvar 2025-ci il tarixdən qüvvəyə minir.

Necə edək ki, üşüməyək?  DİQQƏT! like
  • 03 Yan 12:20  
Digərləri Necə edək ki, üşüməyək? DİQQƏT!

Üşüməmək üçün bir neçə sadə və effektiv üsul mövcuddur.

arrow Ətraflı
Mingəçevirdə qəza  Xəsarət alan var like
  • 03 Yan 12:12  
Digərləri Mingəçevirdə qəza Xəsarət alan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ucuz qiymətə aldığı çantanı açanda şok oldu  içindən sərvət çıxdı like
  • 03 Yan 12:03  
Dünya Ucuz qiymətə aldığı çantanı açanda şok oldu içindən sərvət çıxdı

İngiltərədə London Hitrou hava limanında maraqlı hadisə yaşanıb.

arrow Ətraflı
2025ci ildə bu filmləri izləyə biləcəyik  SİYAHI like
  • 03 Yan 11:55  
Şou-biznes 2025ci ildə bu filmləri izləyə biləcəyik SİYAHI

2025-ci ilin kino sənayesində yeniliklərlə dolu olacağı gözlənilir. Bu i

arrow Ətraflı
TƏBİB bayram günlərində zəhərlənənlərin sayını açıqladı like
  • 03 Yan 11:47  
Digərləri TƏBİB bayram günlərində zəhərlənənlərin sayını açıqladı

Bayram günü, yəni dekabrın 31-də Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologi

arrow Ətraflı
“Tanış olduqdan dərhal sonra dost olduq”  Ancelinadan Bilginerə like
  • 03 Yan 11:40  
Şou-biznes “Tanış olduqdan dərhal sonra dost olduq” Ancelinadan Bilginerə

Dünya şöhrətli aktrisa Ancelina Coli həmkarı, Türkiyənin "Emmi"

arrow Ətraflı
Ən qərarsız 3 bürc like
  • 03 Yan 11:31  
Digərləri Ən qərarsız 3 bürc

Astrologiyaya inananlar yaxşı bilir ki, bürclərin xarakterinə görə insan�

arrow Ətraflı
Neftin qiyməti 79 dollara yaxınlaşdı like
  • 03 Yan 11:25  
Digərləri Neftin qiyməti 79 dollara yaxınlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Koreya prezidentini həbs etmək istədilər  Qarşıdurma yarandı like
  • 03 Yan 11:20  
Dünya Koreya prezidentini həbs etmək istədilər Qarşıdurma yarandı

Cənubi Koreyada hüquq-mühafizə orqanları impiçment elan edilmiş Preziden

arrow Ətraflı
Qaxda azyaşlını yük maşını vurub like
  • 03 Yan 11:15  
Digərləri Qaxda azyaşlını yük maşını vurub

Qaxda 8 yaşlı qızı yük maşını vurub.

arrow Ətraflı
Alzheymer xəstələrinə sevindirici xəbər  Alimlər kəşf etdi like
  • 03 Yan 11:10  
Digərləri Alzheymer xəstələrinə sevindirici xəbər Alimlər kəşf etdi

Qar çiçəyi (Galanthus nivalis), həm tibbi, həm də estetik baxımdan faydal

arrow Ətraflı
Səhiyyə Nazirliyindən plastik cərrahlara ÇAĞIRIŞ like
  • 03 Yan 11:06  
Digərləri Səhiyyə Nazirliyindən plastik cərrahlara ÇAĞIRIŞ

Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlar

arrow Ətraflı
İsrail bombalandı  Yaralılar var like
  • 03 Yan 11:02  
Dünya İsrail bombalandı Yaralılar var

Yəmən husiləri İsrailin hava məkanına növbəti dəfə raket zərbəsi end

arrow Ətraflı
Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır like
  • 03 Yan 10:58  
Siyasət Bakının "mavi qaz strategiyası": tərəfdaşlar artır

Azərbaycan Cənub və Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələrini f

arrow Ətraflı
Manatın nominal effektiv məzənnəsi artdı like
  • 03 Yan 10:50  
Digərləri Manatın nominal effektiv məzənnəsi artdı

Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən

arrow Ətraflı