İranın hərbi təyyarəsi Azərbaycan sərhədini pozdu
Siyasət 11 Mar 2023 16:39:00 302 0
11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Son.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanatında deyilir.
Qeyd edilir ki, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
"Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq.
Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub", - birgə məlumatda deyilir.
Baş rollarını Birkan Sokullu ilə Ebru Şahinin paylaşdığı "Yüz yı
20 ildir bu söhbətlər danışılır, hər dəfə motivasiyası və narahatlı
Son.az Kulis.az-a istinadən tanınan qarmon ifaçısı, Əməkdar artist Gövh�
Türk müğənni Haluk Levent növbəti xeyirxah addımı ilə diqqət çəkib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Bakının mərkəzi prospektlərindən biri - paytaxtın Səbail rayonu ərazisi
"İki dövlət, bir millət olduğumuz üçün ağrı-acılarımız da eyni
Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi yeni maliyyə ilində satın
Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan tənqidlərə
Mən Məmmədəliyeva Nurlan Rəşid qızı artıq ilk əməliyyatımdan 5 il ö
Mən şəxsən Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram.
Nizami rayonunda, "Koroğlu" metrosu yaxınlığındakı ərazidə Eld