Bu xidmətlərin siyahısında dəyişiklik edilib
Siyasət 10 Mar 2023 16:21:00 262 0
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Bu xəbəri də oxu: COP29un yekun plenar iclası keçirilir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilir:
- 4-cü hissənin "Göstərdiyi xidmətlər" sütununun 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilsin:
"- "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə
- "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə".
- 7-ci hissənin "Göstərdiyi xidmətlər" sütununa aşağıdakı məzmunda 6 - 17-ci bəndlər əlavə edilsin:
"6. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi
7. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi
8. elektrik enerjisinin ötürülməsinə icazə verilməsi
9. elektrik enerjisinin paylanmasına icazə verilməsi
10. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə verilməsi
11. qazın istehsalına və təbii qazın emalına icazə verilməsi
12. qazın nəqli üçün icazə verilməsi
13. qazın paylanmasına icazə verilməsi
14. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə verilməsi
15. neft və qaz yataqlarının kəşfiyyatına icazə verilməsi
16. neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə verilməsi
17. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə verilməsi".
Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet T
Zəngilan rayonunda modul tipli xəstəxananın tikintisi 90 faiz tamamlanıb.
Prezident İlham Əliyev "Qiymətli metallar və qiymətli daşlar haqqınd
İranda azərbaycanlı incəsənət xadimi və aktyor Rza Purcəfər İranın t�
Azərbaycan paytaxtında keçirilən "Dünya bu gün: Çağırışlar və �
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində d
Layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan sahibkarlar
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikl
Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür.
Türkiyədə parlament və prezident seçkiləri 14 mayda keçiriləcək.
Aparıcı Leyla Quliyeva övladı ilə bağlı paylaşım edib.
Adambaşına düşən suyun həcminə görə, Azərbaycan ilk yüzlükdə 90-cı
Qlobal Bakı Forumunun artıq strateji və qlobal aspektdə əhəmiyyəti artıb