MEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib


Siyasət 09 Mar 2023 20:06:00 310 0

MEDİA Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House”a cavab verib

Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan həqiqətlərini təhrif edən "Freedom House" təşkilatının son hesabatı ilə bağlı bəyanat yayıb.

Bu barədə Son.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, "Freedom House" beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib.

Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qərəzli münasibətə cavab olaraq bəyan edirik ki, "Media haqqında" Azərbaycan Respublikasının Qanununda hesabatda iddia olunduğu kimi, xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.

Belə ki, Qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur.

Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur.

Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmuş, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılmışdır. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur. Bu sahədə yarana biləcək bütün hüquqazidd hallar məhkəmələrdə tərəflərin bərabərliyi prinsipi əsas götürülməklə həll edilir.

Qanun "media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır" deməklə senzuranı tamamilə istisna edir. Əlavə olaraq, media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığının təmin edilməsini dövlətin vəzifəsi olaraq müəyyənləşdirir.

Həmçinin Qanun jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq sərbəstliyini təmin etmək məqsədilə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi üçün dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur, jurnalistlərin peşəkar fəaliyyətinə müdaxiləni yolverilməz hesab edir.

Azərbaycan həqiqətlərini təhrif etməyə davam edən, münasibət bildirərkən rəsmi mənbələrlə əlaqə saxlamayan, dəfələrlə bəyan edilmiş dialoq təşəbbüslərimizi cavablandırmayan və nəhayət, öz ərazi bütövlüyünü bərpa edən ölkəni "işğalçı" adlandıran təşkilatın hesabatı hüquqi və məntiqi baxımdan tamamilə əsassız və etibarsız olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də ziddir.

Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılıb like
  • 09 Mar 20:01  
Siyasət Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılıb

Martın 9-da Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" Az�

arrow Ətraflı
Çində göydən qurdlar yağıb like
  • 09 Mar 19:56  
Dünya Çində göydən qurdlar yağıb

Çində göydən qurdlar yağıb.

arrow Ətraflı
Xanımına 14 minlik üzük aldı like
  • 09 Mar 19:45  
Şou-biznes Xanımına 14 minlik üzük aldı

Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşına verdiyi 8 mart hədiyyə

arrow Ətraflı
Zənganda azərbaycanlı gənc həbs edilib like
  • 09 Mar 19:34  
Digərləri Zənganda azərbaycanlı gənc həbs edilib

Fevralın 25-də Hüseyn Bayat adlı azərbaycanlı gənc Zəngan şəhərində

arrow Ətraflı
Afaq Gəncəlidən qadınlarla bağlı maraqlı paylaşım like
  • 09 Mar 19:23  
Şou-biznes Afaq Gəncəlidən qadınlarla bağlı maraqlı paylaşım

Aparıcı Afaq Gəncəli paylaşımına yazdığı fikirlərlə diqqət çəkib.

arrow Ətraflı
Hacı Şahini o əvəz edəcək like
  • 09 Mar 19:18  
Digərləri Hacı Şahini o əvəz edəcək

Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov t�

arrow Ətraflı
Bir video ilə məşhurlaşan İbrahim... like
  • 09 Mar 19:12  
Digərləri Bir video ilə məşhurlaşan İbrahim...

Qubanın Xınalıq kəndinin balaca sakininin polşalı turistlə ingiliscə sö

arrow Ətraflı
Ruslar buna görə Xankəndiyə silah daşıyır like
  • 09 Mar 18:50  
Dünya Ruslar buna görə Xankəndiyə silah daşıyır

Qarabağ bölgəsində baş verən atışma nəticəsində 5 nəfərin ölümün

arrow Ətraflı
"Şansım onda gətirdi ki, həyat yoldaşım həm məni sevdi, həm də..." like
  • 09 Mar 18:39  
Şou-biznes "Şansım onda gətirdi ki, həyat yoldaşım həm məni sevdi, həm də..."

"Mən professional musiqi ilə uşaq yaşlarından məşğul oluram. Ona g�

arrow Ətraflı
Mona Lizanın portreti önündə etiraz aksiyası keçirildi like
  • 09 Mar 18:28  
Dünya Mona Lizanın portreti önündə etiraz aksiyası keçirildi

Fransada qadın hüquqlarını dəstəkləyən və pensiya islahatlarına qarş�

arrow Ətraflı
Bu marşrutlarda gediş haqqı artıb like
  • 09 Mar 18:17  
Digərləri Bu marşrutlarda gediş haqqı artıb

Kolxəlfəli, Pirili kəndləri və Ağstafa rayon istiqamətində xəttə gün

arrow Ətraflı
Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı like
  • 09 Mar 18:08  
Digərləri Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı

Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmu

arrow Ətraflı
Narkotik ƏMƏLİYYATI: 98 nəfər saxlanıldı like
  • 09 Mar 17:55  
Kriminal Narkotik ƏMƏLİYYATI: 98 nəfər saxlanıldı

Binəqədi rayonunda yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı

arrow Ətraflı
Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib like
  • 09 Mar 17:29  
Kriminal Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfind

arrow Ətraflı