Dollar Azərbaycanda niyə “ölür”?
Digərləri 03 Mar 2023 08:36:00 333 0
İnzibati məhdudiyyətlər, yüksək inflyasiya, Rusiyadan köçürmələr...
Bu xəbəri də oxu: Bakı aeroportundan görüntülər yayıldı:
Azərbaycan bir ildir dollar "bolluğu" yaşayır. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında qurumda Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirilən valyuta hərraclarında 545 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,4 faiz azdır. Yanvar ayında banklar hərraclarda cəmi 188,5 milyon dollar, fevralda isə 356,5 milyon dollar alıb. Hətta yanvarda elə gün olub ki, dollar alışı, ümumiyyətlə, baş verməyib.
Son.az musavat.com-a istinadən bildirir ki, yanvar ayında Azərbaycanda bankların nağd ABŞ dolları satışının həcmi də kəskin azalsa da, əhalinin banklara dollar satışında bunun əksi qeydə alınıb. AMB-nin 2023-cü ilin yanvar ayı üzrə "Nağd xarici valyuta ilə mübadilə əməliyyatları" üzrə göstəricilərindən aydın olur ki, həmin dövrdə əhali banklardan nağd qaydada 152.33 milyon ABŞ dolları aldığı halda, onlara 139.84 milyon dollar satıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki ayda - dekabrda əhali banklardan 207,87 milyon dollar almışdı.
Bu ilin yanvarında bankların əhaliyə satdığı ABŞ dolları öncəki ilin eyni dövründəkindən 56 faiz azdır. Bankların əhalidən aldığı ABŞ dolları isə öncəki ilin eyni dövründəkindən 75 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ilin yanvarında banklar əhaliyə 367 milyon 495.7 min dollar satıb, əhalidən 79 milyon 768.0 min dollar almışdı.
2022-ci il ərzində Azərbaycan bankları əhalidən nağd olaraq 2 milyard 40 milyon dollar alıb, 2 milyard 357 milyon dollar satıb. Beləliklə, əhalinin banklardan dollar alışı banklara satışından cəmi 317 milyon dollar çox olub. 2021-ci ildə isə banklar nağd şəkildə 1 milyard 353 milyon 123 min dollar alıb, 2 milyard 95 milyon 909 min dollar satmışdı. Beləliklə, əhalinin banklardan nağd alışı satışını 742 milyon 786 min dollar üstələmişdi.
Qeyd edək ki, Azərbaycanda rəsmi hərraclarda dollara tələbin azalması pandemiya dövründən başlasa da, ötən ilin ikinci rübündən özünü daha kəskin büruzə verməkdədir. Bu tendensiyanın meydana gəlməsində bir neçə amil əsas rol oynayır. Onlardan birincisi Azərbaycanın quru sərhədlərinin qapalı saxlanmasıdır. Rəsmi statistikaya əsasən, sərhədlərin açıq olduğu 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5 milyon 567,7 min nəfər olub. Ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib.
2022-ci ildə isə 2021-ci illə müqayisədə xarici ölkələrə gedən vətəndaşların ümumi sayı 1,5 dəfə artsa da, 2019-cu ildəkinin 26,8 faizinə bərabər olmaqla 1489,5 min nəfər təşkil edib. Bu zaman gedənlərin 44,0 faizi Türkiyəyə, 18,0 faizi Rusiya Federasiyasına, 13,6 faizi İrana, 8,6 faizi Gürcüstana, 15,8 faizi digər ölkələrə səfər edib. Bu isə o deməkdir ki, əhalinin xarici səyahət xərcləri də 2019-cu illə müqayisədə 4 dəfəyə yaxın azalıb. Bu isə xarici səfərlərdə istifadə olunan əsas xarici valyutaya - dollara olan tələbin azalması deməkdir.
Ölkədəki dollar bolluğuna səbəb olan digər amil qlobal bazarlarda əlverişli qiymət şərtləri nəticəsində neft-qaz gəlirlərinin kəskin artımıdır. Belə ki, bu mənbədən 2021-ci ildə Azərbaycan 18,1 milyard manat əldə etmişdisə, 2022-ci ildə bu göstərici 5,7 milyard manat çox olmaqla 23,8 milyard manat təşkil edib. Neft-qaz gəlirləri daxili dövriyyəyə yalnız ARDNF vasitəsilə deyil, SOCAR tərəfindən də daxil edilir. Şirkət ölkə daxilindəki öhdəliklərini icra etmək üçün dollar satmağa məcburdur.
2022-ci il ərzində qeyri-neft ixracında da artım baş verib - həcmi 3 milyard dollara çatıb. Eyni zamanda ötən il ərzində bankların xaricdən cəlb etdikləri vəsaitin həcmində də artım qeydə alınıb. Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il dekabrın 31-nə 1 milyard 761,9 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 65,7 faiz çoxdur.
Ötən il və elə bu ilin ilk aylarında da ölkədə dolların çoxalmasına xarici ölkələrdən, əsasən də Rusiyadan fiziki şəxslərin göndərdiyi pul baratları da mühüm paya malikdir. Belə ki, AMB-nin açıqladığı məlumata görə, 2022-ci ildə Azərbaycana 3,4 milyard ABŞ dolları məbləğində pul baratları daxil olub. Bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.
AMB hələlik 2022-ci ildə ölkələr üzrə reallaşdırılan köçürmələri açıqlamayıb. Lakin burada Rusiyadan köçürmələrin böyük paya malik olduğu şübhəsizdir. Belə ki, doqquz aylıq göstəriciyə əsasən yanvar-sentyabrda Azərbaycana ən çox pul Rusiyadan - 2,3 milyard dollar köçürülüb.
Paytaxt ərazisində mənzilin bir kvadratmetri 4-5 min manata qədər arta bil�
"Virgin Atlantic" aviaşirkətinin London-İslamabad reysini yerinə y
Bakının Yasamal rayonunda dava zamanı 33 yaşlı kişi bıçaq xəsarəti al�
İranda azyaşlı məktəblilər, xüsusilə də qız uşaqları arasında zəh�
Dəyərli ilahiyyatçı alim Hacı Şahin Həsənlinin vaxtsız və qəfil vəfa
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Qoşul
İlon Maskın "Nevralink" şirkəti neyroçiplərin insanlarda sınama
"Xan"ın mandatı təhvil verməməsinin sirri açılır...
İslam İnkişaf Bankı (İİB) Qarabağın bərpasında iştirak etməkdə mara
Türkiyəni sarsıdan zəlzələlərdən və bölgə ilə bağlı xəbərdarlıq
Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs ol
Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.
Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya
ABŞ-da Qlendeyl dairəsindəki mağazalardan birində bir qrup gənc Ermənista