Talıbovların “qara kassası” danışa bilər


Digərləri 03 Mar 2023 08:07:00 354 0

Talıbovların “qara kassası” danışa bilər

"Xan"ın mandatı təhvil verməməsinin sirri açılır...    

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes obyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Hər halda, bu barədə yerli mediada gedən məlumatlar təkzib olunmayıb. 2 gün əvvəl isə Bəhruz Bayramov muxtar respublikanın kənd təsərrüfatı naziri, Nicat Mahmudov isə Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıblar.

APA-nın əldə etdiyi məlumata görə, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub. Yerli media xatırladır ki, bir neçə il öncə intim videoları ilə gündəmə gəlmiş Nicat Mahmudov Vasif Talıbovun oğlu Seymur Talıbovun "komandasının" ən aktiv üzvlərindən - "qara kassa"larından biri idi. Seymur Talıbov Nicat Mahmudovun əli ilə Sədərək gömrüyünü şəxsi obyekti kimi işlədirdi. Məhz bu gömrük vasitəsilə Naxçıvana və əks istiqamətə hər il dəyəri on milyonlarla dollarla ölçülən qaçaqmal əməliyyatları keçirilirdi. Bu səbəbdən Nicat Mahmudovun məsuliyyətə cəlb olunacağı da istisna deyil. 

Maraqlıdır ki, Naxçıvan Ali Məclisinin keçmiş sədri, Milli Məclisin deputatı Vasif Talıbov istefa verdikdən sonra da parlamentin iclaslarına qatılmır. Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Azərbaycan Milli Məclisində təmsil edən deputat mandatı ilə vidalaşmayıb. Konstitusiyanın 89-cu maddəsi  əsasında, Vasif Talıbovun deputatlıq mandatından imtina etmək hüququ var, amma  o, bu hüququndan da hələ istifadə etməyib.  

Qüvvədə olan qanunvericiliyə görə, onun məsələsinə intizam komitəsində baxılmalı və bu, ümumi yığıncağın müzakirəsinə verilməlidir.

Vasif Talıbovun illərdir Milli Məclisin binasında görünməməsinə rəğmən, onun barəsində hər hansı bir qərarın qəbul edilməməsi çoxsaylı suallar doğurur. "Parlament Talıbovun məsələsini niyə müzakirə etmir" sualına  Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov cavab verib. O, bildirib ki, hələ ki bu barədə məlumat yoxdur: "Bununla bağlı hələ ki, bir xəbər yoxdur, ola da bilməz. Əsasnamə ilə ona hələ heç bir söz deyilməyib. İndiyə qədər 2 iclas olub. Onun mandatının ləğv olunub-olunmayacağı gələcəkdə müəyyənləşəcək. Gözləmək və dözmək lazımdır". 

Belə ehtimal etmək olar ki, Talıbov hələ hadisələrin axarını gözləyir və deputat mandatını da hələ formal olsa da, toxunulmazlığını saxlamaq üçün təhvil verməyə tələsmir.

Son.az bildirir ki, tədqiqatçı-jurnalist Tural Səfərov musavat.com-a deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov öz postundan istefa versə də, hələ də həm Milli Məclisin, həm də Naxçıvan Ali Məclisinin deputatı kimi qalır: "Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda çoxsaylı qanun pozuntuları, dövlət əmlakını və vəsaitini mənimsəmə, korrupsiya cinayətləri baş verib. Bütün bunlara görə, Vasif Talıbov və övladları məsuliyyətə cəlb edilməlidir. Təəssüf ki, həm Vasif Talıbovun, həm də oğlu Seymur Talıbovun deputat mandatı buna mane olur.

Vasif Talıbov 1 saylı Sədərək-Şərur seçki dairəsindən Milli Məclisə deputat seçilib. Seymur Talıbov isə Naxçıvan şəhərindən Ali Məclisin deputatı seçilib. Yəni onların hər ikisinin deputat toxunulmazlığı vardır. 

Vasif Talıbov deputat kimi Milli Məclisin iclaslarında iştirak etmir. O, 1995-ci ildən Milli Məclisin deputatıdır. Amma bu 27 ildə Milli Məclisin heç 27 iclasında iştirak etməyib. Milli Məclisin Daxili Nizamnaməsinə görə, Vasif Talıbova deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq olunmalıdır.

Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsində göstərilir ki, deputatların Milli Məclisin iclaslarında iştirakı məcburidir.

Daxili Nizamnamənin 45-ci maddəsi "Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları" adlanır. Həmin maddədə Milli Məclisin deputatının hansı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunduğu qeyd edilib. Maddənin 3-cü hissəsində yazılıb: "Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə".

Daxili Nizamnamənin 47-ci maddəsi isə "Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası" adlanır. 47-ci maddədə yazılıb:

"Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.

Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzürsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam Komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir".

Milli Məclisə sonuncu seçkilər 2020-ci ilin fevral ayında keçirilib. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 2020-ci ildə 43, 2021-ci ildə 38, 2022-ci ildə isə 37 plenar iclası olub. Vasif Talıbov bu dövrdə cəmi bir iclasda iştirak edib. Yəni, ona indiyədək deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq edilməli idi. Təəssüf ki, Milli Məclisin rəhbərliyi buna əhəmiyyət verməyib, beləliklə, parlamentin Daxili Nizamnaməsinin qaydaları pozulub. Nizamnamənin tələbləri pozulduğundan Milli Məclisin növbəti iclaslarında Vasif Talıbovun deputat səlahiyyətlərinin itirilməsi məsələsinə baxılmalıdır.

Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki, bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur. Millət vəkillərinin əksəriyyəti bir neçə parlamentlərarası işçi qrupunun üzvüdür. Vasif Talıbovun isə hər yerdə olduğu kimi, burada da xüsusi imtiyazları olub.

Deputat Vasif Talıbov bu 27 il ərzində parlamentdə bir dəfə də olsun çıxış etməyib. Əgər o, Milli Məclisin iclaslarına qatılmayıbsa, deməli, qəbul olunan qanunlara da səs verməyib. Yəni Vasif Talıbov deputat kimi heç bir iş görməyib. Milli Məclisə açıq hörmətsizlik nümayiş etdirərək parlamentin iclaslarına gəlməyən, qanunların qəbulunda heç bir əməyi olmayan, ümumiyyətlə, parlamentin işində yaxından iştirak etməyən birinin deputat olmağa mənəvi haqqı çatmır. Bütün bunlar nəzərə alınaraq, Vasif Talıbovun mandatı əlindən alınmalıdır.

Bu məsələ qaldırılanda parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov gülünc bir arqumentlə açıqlama vermişdi. Deputat demişdi ki, Vasif Talıbovun vaxtı olmadığı üçün o, Milli Məclisin iclaslarına qatılmayıb. Əlbəttə ki, bu, çox gülünc və absurd yanaşmadır. Deyək ki, Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə vaxtı yox idi. O zaman bəs indi niyə Milli Məclisin iclaslarına gəlmir? 

Bu məsələ təcili şəkildə Milli Məclisdə qaldırılmalı, Vasif talıbovun deputat səlahiyyətlərinə xitam verilməlidir.

Maraqlıdır ki, bu ata-bala heç Ali Məclisin də sessiyalarına qatılmırlar. O zaman niyə deputat olmalıdırlar? Deputat mandatı onlara sadəcə qalxan rolunu oynayır. Onların deputat mandatının ləğv edilməsi bütün Naxçıvan əhalisinin istəyi və tələbidir".

"Biz Qarabağın bərpasında iştirak etməkdə maraqlıyıq"  VİDEO  FOTO like
  • 03 Mar 08:01  
Digərləri "Biz Qarabağın bərpasında iştirak etməkdə maraqlıyıq" VİDEO FOTO

İslam İnkişaf Bankı (İİB) Qarabağın bərpasında iştirak etməkdə mara

arrow Ətraflı
Türkiyədə 5 bal gücündə like
  • 03 Mar 07:56  
Dünya Türkiyədə 5 bal gücündə

Türkiyənin Kahramanmaraş əyalətində 5 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
İstanbuldan köçənlərin sayı pik həddə çatır like
  • 03 Mar 07:52  
Dünya İstanbuldan köçənlərin sayı pik həddə çatır

Türkiyəni sarsıdan zəlzələlərdən və bölgə ilə bağlı xəbərdarlıq

arrow Ətraflı
Naxçıvanda polisin tələbinə tabe olmayan like
  • 03 Mar 07:46  
Kriminal Naxçıvanda polisin tələbinə tabe olmayan

Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs ol

arrow Ətraflı
Ukrayna İranı beynəlxalq məhkəməyə verir like
  • 03 Mar 07:40  
Dünya Ukrayna İranı beynəlxalq məhkəməyə verir

Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.

arrow Ətraflı
Sərvər Bəşirlinin evi də Türkiyədən gəldi like
  • 03 Mar 07:34  
Digərləri Sərvər Bəşirlinin evi də Türkiyədən gəldi

Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya

arrow Ətraflı
ABŞa gizli səfər edən Arutyunyana like
  • 03 Mar 07:28  
Dünya ABŞa gizli səfər edən Arutyunyana

ABŞ-da Qlendeyl dairəsindəki mağazalardan birində bir qrup gənc Ermənista

arrow Ətraflı
Moskva vilayətində partlayışlar: "İsgəndər" zavodu vuruldu? like
  • 03 Mar 07:22  
Dünya Moskva vilayətində partlayışlar: "İsgəndər" zavodu vuruldu?

Moskva vilayətinin Kolomna şəhərində ardıcıl partlayış səsləri eşidi

arrow Ətraflı
Paşinyan Qarabağı gündəmdən bu cür çıxarır like
  • 03 Mar 07:11  
Siyasət Paşinyan Qarabağı gündəmdən bu cür çıxarır

Paşinyan və komandası Ermənistanın daxili gündəmindən Qarabağ mövzusun

arrow Ətraflı
ŞərqQərb qarşıdurması və Prezident İlham Əliyevin təklif etdiyi yeni düzən like
  • 03 Mar 07:05  
Siyasət ŞərqQərb qarşıdurması və Prezident İlham Əliyevin təklif etdiyi yeni düzən

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübariz�

arrow Ətraflı
"İmkanım olsaydı, Hacı Şahindən bircə kəlmə bunu soruşardım" like
  • 03 Mar 07:00  
Digərləri "İmkanım olsaydı, Hacı Şahindən bircə kəlmə bunu soruşardım"

"Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyat

arrow Ətraflı
Zərərli vərdişlərini tərgidə bilməyən dörd bürc like
  • 03 Mar 03:22  
Digərləri Zərərli vərdişlərini tərgidə bilməyən dörd bürc

Bəzi insanlar vərdişlərini sevsələr də, bir çoxları onlardan yaxa qurta

arrow Ətraflı
Madonna gənc boksçu ilə sevgilidir  FOTO like
  • 03 Mar 02:44  
Şou-biznes Madonna gənc boksçu ilə sevgilidir FOTO

64 yaşlı dünyaca məşhur müğənni Madonna 29 yaşlı boksçu Coş Popperl�

arrow Ətraflı
Azərbaycanlı model qəbilələrlə bir arada  FOTO like
  • 03 Mar 01:22  
Şou-biznes Azərbaycanlı model qəbilələrlə bir arada FOTO

Bir neçə müddətdir Tanzaniyada olan model Günay Musayeva yeni görüntülə

arrow Ətraflı
Qadınları PUL QARŞILIĞINDA SOYUNDURUB görün nə edirmiş like
  • 03 Mar 00:15  
Dünya Qadınları PUL QARŞILIĞINDA SOYUNDURUB görün nə edirmiş

Türkiyənin Kayseri şəhərində qəribə hadisənin üstü açılıb.

arrow Ətraflı