Rəşad Mahmudovdan Hacı Şahinin ölüm səbəbi ilə bağlı PAYLAŞIM “Hadisə qəfil və sirli olmayıb...”
Digərləri 03 Mar 2023 08:17:00 305 0
Dəyərli ilahiyyatçı alim Hacı Şahin Həsənlinin vaxtsız və qəfil vəfatı hər kəsi sarsıtmaqla bərabər, bir çoxlarında ölümün səbəbləri ilə bağlı şübhələr yaradıb.
Bu xəbəri də oxu: Çoxumuz öskürürük Mövsüm dəyişikliyi,
Deputat, Tibb elmləri doktoru, Ürək və Damar Cərrahı Rəşad Mahmudov bir neçə dəqiqə öncə sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.
Son.az musavat.com-a istinadən bildirir ki,R.Mahmudov aşağıdakıları yazıb: "Hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər! Gec də olsa, yazmağa qərar verdim.
Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heçdə "qəfil və sirli" olmamışdır. Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi həqiqətləri sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr gün-gündən artacaqdır.
Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016) dəfələrlə ürək şikayətləriylə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjiografiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə gündüz saatlarında yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (KəskinKoronarSendrom) xəstəxanaya yatması bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə Troponin dəyəri normadan yüksək çıxıb".
R.Mahmudov daha sonra əminliklə bildirib: "Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, genişmiqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, "gəlirəm" deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib.
Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir sui-istimal və s. var isə hadisəyə aydınlıq gətirəcəkdir.
Allah rəhmət eləsin. Ailəsinə və sevənlərinə səbir diləyirəm.
Gecəniz xeyrə qalsın!"
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Qoşul
İlon Maskın "Nevralink" şirkəti neyroçiplərin insanlarda sınama
"Xan"ın mandatı təhvil verməməsinin sirri açılır...
İslam İnkişaf Bankı (İİB) Qarabağın bərpasında iştirak etməkdə mara
Türkiyəni sarsıdan zəlzələlərdən və bölgə ilə bağlı xəbərdarlıq
Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs ol
Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.
Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya
ABŞ-da Qlendeyl dairəsindəki mağazalardan birində bir qrup gənc Ermənista
Moskva vilayətinin Kolomna şəhərində ardıcıl partlayış səsləri eşidi
Paşinyan və komandası Ermənistanın daxili gündəmindən Qarabağ mövzusun
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübariz�
"Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyat
Bəzi insanlar vərdişlərini sevsələr də, bir çoxları onlardan yaxa qurta