Xocalı sakini 31 il əvvəldən danışır:
Kriminal 26 Fev 2023 19:07:00 303 0
Xocalı sakini 31 il əvvəldən danışır: Gözümün qabağında meyitlər küçələrə səpələnirdi Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
Bu xəbəri də oxu: Dayısının 14 yaşlı qızı ilə evlənmişdi bu cəzanı aldı
Son.az xəbər verir ki, Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev yaşadığı acı və dəhşətli günlərin xatirələrini "Report"-a danışıb.
Qeyd edək ki, Saday Rzayev Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonuna yazılanlardan biri olub. 1992-ci ilin fevralında şəhərin müdafiəsi yalnız yerli sakinlərin gücü hüsabına təmin edilirdi. Xocalı sakinləri əlavə qüvvələrin gəlməsi ümidi ilə şəhərətrafı səngərlər qazaraq müdafiəni möhkəmləndirməyə başlasalar da, bu, düşmənin zirehli texnikasının qarşısını ala bilməzdi.
"Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxtı orada olan Sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri varıydı. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank üzümlük deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı".
Saday kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi.
"Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Mən komandirimiz Tofiq müəllimə dedim ki, bu, müharibə işarəsidir. İki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanır. Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdim. Qan su yerinə axırdı. Bu dəhşətli hadisələrin hamısı gözümün qabağında olub. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı qalan insanları şəhərdən çıxarmaqdır".
Hazırda zəlzələ ilə əlaqədar Türkiyədə ancaq Azərbaycan və Flippind�
"Xocalı hadisəsi hər birimizin beyninə və ürəyinə saplanan bir zər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas
"Ukrayna Prezidenti Volodimir Zelenskinin və nazirlərin həmişə kamufly
İranda etiraz aksiyaları zamanı həbs edilən 24 yaşlı İspaniya vətənda�
Ermənilərin Xocalıda törətdikləri soyqırımdan 31 il ötür.
Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşının əvəzinə hərbi
Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində Xocal�
Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqı
Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.
İtaliyanın cənub sahillərində miqrantları daşıyan gəmi batıb.
Ukraynaya qarşı müharibə nəticəsində Rusiya uzun müddət qeyri-sabit ola
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayy
Amerikalı 21 yaşlı məşhur müğənni Billi Aylişi pərəstişkarından bir