"Bunları eşidəndə bədənim əsirdi"
Şou-biznes 26 Fev 2023 18:51:00 303 0
"Xocalı hadisəsi hər birimizin beyninə və ürəyinə saplanan bir zərbədir, sağalmaz yaradır. Xocalı faciəsindən neçə il keçməsinin əhəmiyyəti yoxdur, bu yara hələ də qanayır. Biz bunun unudulmasına heç vaxt icazə verməyəcəyik. Çünki əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı tutduğu bu mövqe, bu qətliamlar bir Xocalı ilə bitmir. Amma o vaxt beynəlmiləl, beynəlxalq sakit, dost, bir-birini sevən xalq sözləri ilə bizim xalqımızın yarısını sildikləri kimi bu yaraları da beynimizdən silməyə çalışıblar".
Bu xəbəri də oxu: "Yalı çapkını"nda yeni aktyor
Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Xocalı soyqırımı ilə bağlı fikirlərində qeyd edib. Aktrisa faciə ilə bağlı fikirlərinə belə davam edib:
"Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünün başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, niyə belə deyir. Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir. Mən bu faciəni bütün nəslimə, övladlarıma ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutmayaq, unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik.
Allah müharibədə canını verən qocalarımız, cavanlarımız, gəlinlərimiz, qardaşlarımız, körpələrimizə qəni-qəni rəhmət eləsin. Hər dəfə Xocalı hadisəsi gələndə mən heç vaxt yaddan çıxarmıram, Xocalı hava limanının rəisi bir tək yalın əllə, bir tapança ilə vuruşdu və qəhrəmancasına həlak oldu. Orada canını qoyan bütün oğullarımıza söz verməliyik ki, hələ bu 44 günlük müharibədə sizin tam qanınızı ala bilməmişik, hələ sizin qanınızı yerdə qoymamaq bizim boynumuzun borcudu. Allah o günləri bizə nəsib etsin.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas
"Ukrayna Prezidenti Volodimir Zelenskinin və nazirlərin həmişə kamufly
İranda etiraz aksiyaları zamanı həbs edilən 24 yaşlı İspaniya vətənda�
Ermənilərin Xocalıda törətdikləri soyqırımdan 31 il ötür.
Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşının əvəzinə hərbi
Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində Xocal�
Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqı
Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.
İtaliyanın cənub sahillərində miqrantları daşıyan gəmi batıb.
Ukraynaya qarşı müharibə nəticəsində Rusiya uzun müddət qeyri-sabit ola
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayy
Amerikalı 21 yaşlı məşhur müğənni Billi Aylişi pərəstişkarından bir
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Türkiyəli aktyor-rejissor Müfit Can Saçıntıya ağır itki üz verib.