Baş prokurora yeni səlahiyyət verilir
Siyasət 24 Fev 2023 16:47:00 272 0
Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Baş prokurorun səlahiyyətləri sırasına prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsi də daxil edilir.
Təqdim edilən Qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.
Eyni zamanda Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Son.az
Vətəndaşlar xüsusilə özəl tibb müəssisələrində analizlərin qiymətl
Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi şərti hüduddur. Dem
Ermənistan öz vəhşi əməllərini Xocalıdan sonra İkinci Qarabağ müharib
Əməkdar artist Könül Kərimova bir neçə gün əvvəl verdiyi "Gəlin
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı il�
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı Yol Xəritəsi
Bölgələrdə həkim çatışmazlığı problemi hələ də qalmaqdadır. Bəzi
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal planını Kreml elitasında
Səki dağıldığı üçün piyadalar yolun hərəkət hissəsi ilə gedirlər.
Məlumdur ki, 1941-1945-ci illərdə bütün SSR-i məkanında olan dövlətlər
Əməkdar artist Bəsti Bəkirova bir neçə gün əvvəl əməliyyat olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göst�
Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlü
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf �