Putin Ukraynanın işğalına necə hazırlaşıb?
Dünya 24 Fev 2023 15:56:00 298 0
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal planını Kreml elitasından gizli hazırlayıb və hərbi təcavüz elitada narazılıq yaradıb.
Bu xəbəri də oxu: Hakan Fidan iddialara son qoydu
Son.az Axar.az-a istinadən bildirir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
"Kremlin bütün ali rəhbərliyi işğaldan ancaq həmin səhər Putinin televiziyada "xüsusi hərbi əməliyyat" elan edən zaman xəbər tutub. Daha sonra Kremlə rus oliqarxları toplaşıb. Hamı tamamilə çaşqın vəziyyətdə olub", - nəşr bildirib.
Nəşr yazır ki, oliqarxlardan biri xarici işlər naziri Sergey Lavrovdan Putinin dar çərçivədə belə kütləvi işğalı necə planlaşdıra biləcəyini soruşub. Çünki Kremldə, iqtisadi kabinetdə və biznes elitasının əksər yüksək vəzifəli məmurları belə bunun mümkün olduğuna inanmırdılar. "Onun üç müşaviri var: İvan Qroznı, Böyük Pyotr və Yekaterina", - Lavrov cavab verib.
"Putinin işğal planına görə, rus qoşunları Kiyevi nisbətən qansız blitskriqlə bir neçə gün ərzində ələ keçirməli idi", - nəşr yazıb.
Nəşr bildirib ki, onu tanıyanların dediyinə görə, işğalın Rusiyaya baha başa gələcəyi Putinə aydın olsa da, Kreml lideri həmişə olduğu kimi məsələni həll etməkdə qərarlı idi.
"Hər şey dəhşətli dərəcədə səhv getdi. Putin hərbi əməliyyatlara haqq qazandırmaq üçün yeni arqumentlər axtarır və israr edir ki, istənilən vasitə ilə işğalı davam etdirməkdən başqa seçimi yoxdur. O, yaxın adamlarına deyir: "Belə çıxır ki, biz tamamilə hazırlıqsız idik. Orduda özbaşınalıqdır. Sənayemiz bərbad vəziyyətdədir. Amma nə yaxşı ki, biz bunu NATO-nun bizə hücumu zamanı deyil, elə indi bildik", - keçmiş yüksək rütbəli rusiyalı məmur deyib.
"Faynənşl Tayms" yazıb ki, Putini tanıyanlar onu müharibə başlayandan bəri daha da təcrid olunmuş lider kimi xarakterizə edirlər:
"Stalin bədxah, amma yaxşı idarəçi idi, çünki onu aldatmaq olmazdı. Amma heç kim Putinə həqiqəti deyə bilməz. Putninin təcridi COVİD-19 pandemiyası zamanından dərinləşib. O zaman o, əvvəllər onunla əlaqədə olan nisbətən liberal, qərbyönümlü sirdaşlarından əlaqəni böyük ölçüdə kəsmişdi. Əvəzində o, ilk bir neçə ayı Valdaydakı iqamətgahında yaxın oliqarx Yuri Kovalçukla keçirdi və bu, Putini Böyük Pyotr kimi Rusiyanın böyüklüyünü təsdiqləmək kimi tarixi missiyası haqqında düşünməyə ruhlandırdı.
Səki dağıldığı üçün piyadalar yolun hərəkət hissəsi ilə gedirlər.
Məlumdur ki, 1941-1945-ci illərdə bütün SSR-i məkanında olan dövlətlər
Əməkdar artist Bəsti Bəkirova bir neçə gün əvvəl əməliyyat olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göst�
Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlü
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf �
Azərbaycanda daşınmaz əmlakın ilkin qeydiyyat prosesinin avtomatlaşdırıl
2022-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunmas
İranın paytaxtı Tehranda və bir sıra şəhərlərdə etiraz aksiyaları yen
Xəbər verdiyimiz kimi, müğənni Əlikram Bayramov Biləsuvar rayon Mədəniy
Zəlzələ zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyini
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Ə
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzak