Multikulturalizm Qış Məktəbi Qubada
Digərləri 24 Fev 2023 16:25:00 317 0
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən "Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində" adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi işini Qubada davam etdirir. Fevralın 24-də iştirakçılar daha iki mövzuda mühazirlər dinləyiblər.
Bu xəbəri də oxu: Qadınlar oxusun hormonal balansı dəstəkləyən məhsul bu imiş
Son.az Bakı Beynəlxalq Multikulturalizm mətbuat mərkəzinə istinadən bildirir ki, "Azərbaycan ədəbiyyatının tərcümələri mədəniyyətlər sərhədində ünsiyyət aktı kimi" mövzusunda mühazirəni professor Lyudmila Bejenaru (Rumıniya) təqdim edib.
Bildirilib ki, fərqli dillərdə danışan insanlarla ünsiyyət qurarkən, onların bir-birini başa düşməsinə kömək edəcək müəyyən ümumi dil lazımdır. Belə hallarda ünsiyyətin həyata keçirilməsinin mümkün yolu tərcümədir ki, bu da mədəniyyətlərarası ünsiyyətdə ən mühüm vasitəçilikdir.
Lyudmila Bejenaru qeyd edib ki, "Azərbaycan poeziyasının antologiyaları" (Moskva, "Bədii ədəbiyyat", 1939) "Azərbaycan şairləri", (1962-ci il Moskva), Alla Axundovanın tərcümə etdiyi "Bahar" toplusu Azərbaycanın böyük şairlərini bütün mədəniyyət aləminə tanıdılmasında mühüm rol oynayıb.
Tədqiqatçı mühazirəsində Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rolunu xüsusi qeyd edib. Bildirib ki, Mərkəz ölkədə tərcümə fəaliyyətini, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə və xarici ədəbiyyatın Azərbaycanda təbliğini təşviq edir.
Sonra Dr. Kristina Bossauer (Almaniya) iştirakçılara "Qurban Səidin "Əli və Nino" əsəri" mövzusunda mühazirə oxuyub. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatının ən qalmaqallı əsəri olan "Əli və Nino" əsəri ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilinə tərcümə edilib, 66 ölkədə nəşr edilib. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilsə də müəllifinin kimliyi ilə bağlı ötən dövrlər ərzində müxtəlif versiyalar irəli sürülüb. Amma kitabın dəyəri əsərdəki hadisələr, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə etməsidir. Əsərdəki hadisələr əsasən real mənzərəni əks etdirir.
XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları gün ərzində Qubada dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə ilə yaxından tanış olub, sinaqoqları ziyarət edəcək, yəhudi icmasının üzvləri ilə görüşəcəklər. Qış məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılacaqlar.
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı Yol Xəritəsi
Bölgələrdə həkim çatışmazlığı problemi hələ də qalmaqdadır. Bəzi
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal planını Kreml elitasında
Səki dağıldığı üçün piyadalar yolun hərəkət hissəsi ilə gedirlər.
Məlumdur ki, 1941-1945-ci illərdə bütün SSR-i məkanında olan dövlətlər
Əməkdar artist Bəsti Bəkirova bir neçə gün əvvəl əməliyyat olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göst�
Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlü
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf �
Azərbaycanda daşınmaz əmlakın ilkin qeydiyyat prosesinin avtomatlaşdırıl
2022-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunmas
İranın paytaxtı Tehranda və bir sıra şəhərlərdə etiraz aksiyaları yen
Xəbər verdiyimiz kimi, müğənni Əlikram Bayramov Biləsuvar rayon Mədəniy