Ukrayna qəzeti Xocalı soyqırımından yazdı
Siyasət 23 Fev 2023 20:23:00 276 0
Ermənistanda Xocalı soyqırımı haqqında hələ də həyasızcasına və zərrə təəssüf hissi keçirmədən danışırlar.
Bu xəbəri də oxu: İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Gazeta.ua onlayn qəzetində dərc olunmuş məqalədə deyilir.
"Ermənistan Xocalıda dinc Azərbaycan əhalisinin soyqırımına görə hələ də cəzalandırılmayıb. Bəşəriyyətə qarşı bu cinayət 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi. Erməni silahlı birləşmələri rus ordusunun (366-cı motoatıcı alayın) iştirakı ilə Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı törətdi. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi. İnsanların başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarınları süngü ilə yarıldı. 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 487 nəfər şikəst oldu", - materialda deyilir.
Məqalədə də qeyd olunduğu kimi, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində baş verənləri bu cür şərh edib: "Xocalı hadisəsinə qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qırmalı idik".
"Dinc Azərbaycan əhalisinə qarşı törədilmiş cinayət haqqında Ermənistanda hələ də bu cür həyasızcasına və zərrə təəssüf hissi keçirmədən danışırlar", - məqalədə deyilir.
Həmçinin, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu bütün bu illər ərzində ona qarşı işğalçı ölkə kimi heç bir sanksiya tətbiq olunmadığı vurğulanır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı sözlərindən sitat gətirilib.
"30 il ərzində bizim torpaqlarımız Ermənistanın işğalı altında olub. Baş nazir Qaribaşvili xatırlatdı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiya tətbiq olunmadı. Amma mən də deyə bilərəm ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı", - Prezident İlham Əliyev deyib.
5 il əvvəl vəfat edən şəxsin adına 187 manat məcburi dövlət sosial sı
Rusiya və Belarus vətəndaşları Estoniyada silah daşıya bilməyəcək.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Nahidə Orucova jurnalist Şəfəq Ağ
Keniyanın Milli Quraqlığı İdarəetmə Agentliyi (NDMA) ölkədə 2,6 milyo
Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində fevralın 23-də Heyd�
Əməkdar artist Elza Seyidcahan və aparıcı Afaq Gəncəli "Səhər mər
Türkiyəli məşhur aktrisa Eda Ece ailə qurmağa hazırlaşır.
Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında d
Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xid
"Airbnb"də təbii mühitə qarışan bir evi kirayələmək mümkünd
Azərbaycan Şərqi Avropaya və regionun bir çox bazarına qapı rolunu oynay�
Azərbaycan üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi,
Cadenza Contemporary Orchestra 21 fevral tarixində Beynəlxalq Muğam Mərkəzi