Cadenza Contemporary Orchestra “Yaddaş 2” adlı növbəti konsertini keçirdi VİDEO FOTO
Kriminal 23 Fev 2023 17:54:00 389 0
Cadenza Contemporary Orchestra 21 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində "Yaddaş 2" adlı növbəti konsertini keçirib. Xocalı soyqırımına həsr olunan konsertdəOrxan Həşimovun "Violin və solo piano üçün musiqi", Fərhəng Hüseynovun "Stabat Mater", Qalib Məmmədovun "Simli kvartet", Ayaz Qəmbərlinin "Miniatür", Tahir İbişovun "Epitafiya" və Azər Hacıəskərlinin "613.1992" əsərləri ifa olunub. Konsertin əsas məqamlarından biri uzun illərdir əsərləri ifa olunmayan, yaradıcılığı ilə özünəməxsusluq qazanmış Fərhəng Hüseynovun ən son 1998-ci ildə səslənmiş "Stabat Mater" əsəri oldu. Bütün tarixi dövrlərdə dünya bəstəkarlarının müraciət etdiyi bu məşhur Bibliya mətni və ecazkar Fərhəng Hüseynov üslubu solist Fəridə Məmmədovanın 25 il sonrakı ifasında dinləyənləri həm Xocalı soyqırımının, həm də son günlərin ağır mənzərəsinə köklədi. Qalib Məmmədovun müəllimi Qara Qarayevə ithaf etdiyi "Simli kvartet"in kövrək melodik hekayəsi, Ayaz Qəmbərlinin 2019-cu ildə yazdığı "Miniatür" triosuna hopmuş orta əsrlərin miniatür sənətinin fəlsəfəsi dinləyicini konsertin kuliminasiyasına hazırlayırdı.
Bu xəbəri də oxu: Polis əməliyyatlar keçirdi Çox sayda saxlanılan var FOTO
Epitafiya...Tahir İbişovun tam 1 il öncə Cadenza Contemporary Orchestra ifasında dinləyici ilə görüşən və unudulmayan əsəri yenidən səsləndi. Əsər ilk olaraq, II Qarabağ müharibəsində həlak olan mülki vətəndaşlara həsr olunsa da bu konsertdə həm Xocalıda vəhşicəsinə qətlə yetirilən, həm də Türkiyədə baş verən zəlzələ zamanı həyatını itirən günahsız insanlara ən səmimi ithaf, bəşəriyyət üçün səslənən laylay idi.
Konsertin kuliminasiyası isə Azər Hacıəskərlinin "613.1992" əsəri oldu. Bu ağır, simvollarla dolu kompozisiya Xocalı soyqırımının bütün kodlarını musiqi tariximizə bir daha həkk etdi. Əvvəlcə səhnədəki 26 ifaçının səsləndirdiyi Xocalı sakinlərinin bioqrafiyası, daha sonra fasiləsiz qlissandolar və o dəhşətli əsirilikdən xilas olmuş Dürdanə Ağayevanın səsi eşidilir. Yenidən orkestr ifası bu səsi boğmağa çalışır. Bu, Xocalı həqiqətinə, misilsiz qətliama 31 ildir susan dünya birliyinə bəstəkar etirazı idi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
58 yaşlı məşhur aktrisa Monika Belluççi 64 yaşlı rejissor Tim Burtonla m
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın reallaşdırdığı t
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova artan kommunal
Avropa Komissiyasının üzvlərinə "TikTok" sosial media platformas�
Müğənni Zenfira İbrahimovanın başına iş gəlib.
Bakının Xətai rayonunda yerləşən 147 nömrəli texniki humanitar liseyin t
Xankəndidəki marionet Ruben Vardanyanın Azərbaycanın keçmiş Ağdərə ray
Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədov
Xocalı soyqırımı Azərbaycanın müstəqilliyə atdığı ilk addımlar zama
Rep müğənnisi İqqi Azalea mütəmadi olaraq açıq-saçıq şəkillərdə fo
Ötən gün atəşkəsin pozulması, mövqelərimizin yenidən atəşə məruz q
Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i
Ceyms Uebb kosmik teleskopu kainatda bir anda altı fövqəladə böyük qalakti