Azərbaycana "HÜCUM" ƏMRİ verildi


Siyasət 23 Fev 2023 16:10:00 307 0

Azərbaycana "HÜCUM" ƏMRİ verildi

Ötən gün atəşkəsin pozulması, mövqelərimizin yenidən atəşə məruz qalması Münhen danışıqlarına, müzakirələrinə bəlli qüvvələrin reaksiyasıdır. Burada söhbət təkcə Ermənistandan getmir...

Düşünürəm ki, atəşkəsin pozulması əgər tək Ermənistanlıq bir məsələ olsaydı, sadəcə bir istiqamətdə biz bu silahlı insidenti müşahidə edərdik. Əgər Qarabağda, xüsusilə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonası istiqamətində mövqelərimiz atəşə tutulursa, bu o deməkdir ki, hadisənin arxasında həm də Vardanyanı günlər öncə Moskvada yenidən dindirənlər dayanır. 

Bu da ondan xəbər verir ki, Münhen görüşündə Ermənistanla Azərbaycanın sülh danışıqları istiqamətində xeyli irəliləyişlər əldə edilib. Və bu, həm də ondan xəbər verir ki, əgər bu proses bu şəkildə davam edərsə, o zaman Rusiyanın regiondakı mövqeləri xeyli zəifləyə bilər. Bundan irəli gələrək də biz ötən gün atəşkəsin pozulması halını müşahidə etdik. 

Bir halda ki, bizim mövqelərimiz Qarabağda atəşə tutulur, özü də indiki halda, bu o deməkdir ki, Rusiya hərbi kontingentinin ən azı bundan xəbəri var. 

Amma atəşkəsin pozulması halının Naxçıvandan tutmuş Qarabağdan keçməklə Tovuz istiqamətinə qədər baş verməsi bir məqamı xüsusi ilə ön plana çıxarır:

Avropa İttifaqının "mülki" missiyasının fəaliyyətə başlamasından sonra mövqelərimizin atəşə məruz qalması...

Bəli, fevralın 20-də Avropa İttifaqının missiyası Ermənistanda fəaliyyətə başladı, ondan cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı süılhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizə qarşı təxribat baş verdi.

Azərbaycan tərəfi öncədən də dəfələrlə bildirmişdi ki, Aİ missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, daha gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi 1 gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi.

Görünür, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün "təhlükəsizlik "çətiri" hesab edir və "cəsarətlənib". Fransanın sədrliyini etdiyi Aİ-nin Azərbaycanla sərhəddə göndərdikləri 100 nəfərlik "mülki" missiya adını qoyduqları qrupun yarı heyyətinin silahlı olması faktı bir çox məqamlardan xəbər verir. 

Bu missiyanın fəaliyyət dairəsinin nədən ibarət olduğunu da elə ötən gün Ermənistanın uzun zamandan sonra belə geniş maştabda mövqelərimizi atəşəkə zəruz qoymasından aydın görmək mümkündür. Nəzərə alsaq ki, bu missiya Ermənistan ərazisində fəaliyyətə başlayıb və atəş də məhz Ermənistan sərhədlərindəki mövqelərindən Azərbaycan postlarına atılıb, bəs o zaman bu missiya niyə geridə qalan iki gün ərazində hər hansı bir hesabatlar çıxış etmədi, hər hansı bir bəyanat səsləndirmədi? 

Məqsəd və məramları aydındır. Missiyanın qarşısına qoyulan tapşırıq "kimin qaydanı qozduğunu" aşkar etmək yox, Ermənistanın təxribatlar törədərək sülhə mane olmaq, danışıqlar prosesini növbəti dəfə dalana dirəmək üçün bu tip təxribatlarına Azərbaycandan gələcək adekvat cavaba dərhal reaksiya verərək Qərbi məlumatlandırmaq və bunun əsasında Bakının atəş nöqtələrini susdurmaq istiqamətində hər hansı bir fəaliyyət planına mane olmaqdır. Yekunda Fransa Bakı ilə İrəvan arasında istənilən halda sülh danışıqlarının davamına mane olacaq, diplomatik əlaqələri yenidən tamamilə korlayaraq bir masa ətrafında iki dövlət adamlarının bir araya gəlməsinə mane olmuş sayılacaq. 

Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycanın səbri əbədi deyil. Ermənistanın havadarlarına arxayın olub, onların şirin vədlərinə yenidən aldanıb Azərbaycana qarşı bir edəcəyi olacaqsa, görəcəyi də olacaq. 

Təhməz Əsədov Son.az

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb  SİYAHI like
  • 23 Fev 16:08  
Siyasət Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb SİYAHI

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.

arrow Ətraflı
Əfv Məsələləri Komissiyasının iclası keçirilir like
  • 23 Fev 16:01  
Digərləri Əfv Məsələləri Komissiyasının iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i

arrow Ətraflı
Altı nəhəng qalaktika kəşf edildi  FOTO like
  • 23 Fev 16:00  
Dünya Altı nəhəng qalaktika kəşf edildi FOTO

Ceyms Uebb kosmik teleskopu kainatda bir anda altı fövqəladə böyük qalakti

arrow Ətraflı
“Kaş ölərdim, bu günü yaşamazdım” like
  • 23 Fev 15:49  
Şou-biznes “Kaş ölərdim, bu günü yaşamazdım”

Müğənni Xatun Əliyeva mərhum qardaşı - stilist Balaşla bağlı paylaşı

arrow Ətraflı
Mobil telefonlar kəskin bahalaşdı  VİDEO like
  • 23 Fev 15:38  
Digərləri Mobil telefonlar kəskin bahalaşdı VİDEO

Ölkəyə fərdi şəkildə gətirilən və qiyməti 800 dollardan yuxarı olan

arrow Ətraflı
İnsult keçirən Nisə Qasımovanın yeni görüntüsü  VİDEO like
  • 23 Fev 15:27  
Şou-biznes İnsult keçirən Nisə Qasımovanın yeni görüntüsü VİDEO

İnsult keçirən Xalq artisti Nisə Qasımovanın yeni görüntüsü yayılıb.

arrow Ətraflı
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi like
  • 23 Fev 15:25  
Digərləri Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbət

arrow Ətraflı
Haaqa Məhkəməsi erməniləri sevindirdi like
  • 23 Fev 15:22  
Siyasət Haaqa Məhkəməsi erməniləri sevindirdi

Dünən Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-bir

arrow Ətraflı
Mikrodalğalı soba xərçəng yaradır?  VİDEO like
  • 23 Fev 15:16  
Digərləri Mikrodalğalı soba xərçəng yaradır? VİDEO

Bir çox insanların iş rejimi və ya həyat tərzi imkan vermir ki, yemək bi�

arrow Ətraflı
“Polkovnikleytenantın ölümündən 3 ay keçsə də, onu vuran hələ də tutulmayıb” like
  • 23 Fev 15:14  
Digərləri “Polkovnikleytenantın ölümündən 3 ay keçsə də, onu vuran hələ də tutulmayıb”

Ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində baş vermiş yol qə

arrow Ətraflı
Vəfa aşıq Zülfiyyə ilə barışmaq üçün efirdə ona hədiyyə bağışladı  VİDEO like
  • 23 Fev 15:05  
Şou-biznes Vəfa aşıq Zülfiyyə ilə barışmaq üçün efirdə ona hədiyyə bağışladı VİDEO

Aşıq Zülfiyyə İbadovanın müğənni Vəfa Şərifovadan küsülü olduğu

arrow Ətraflı
"Heydər Əliyev irsi ölkənin inkişafının əsas sütunlarından biridir" like
  • 23 Fev 15:04  
Siyasət "Heydər Əliyev irsi ölkənin inkişafının əsas sütunlarından biridir"

Heydər Əliyev irsi təkcə Azərbaycanın dövlət quruculuğu tarixinin müh�

arrow Ətraflı
Bakının bu ünvanında bina sökülür  Kvadratına 2 min AZN kompensasiya like
  • 23 Fev 14:56  
Digərləri Bakının bu ünvanında bina sökülür Kvadratına 2 min AZN kompensasiya

Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan ins

arrow Ətraflı
Azərbaycanda qanunsuz ov edən ərəb cərimələndi like
  • 23 Fev 14:55  
Digərləri Azərbaycanda qanunsuz ov edən ərəb cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç

arrow Ətraflı
Masallıda qanunsuz tikilən obyekt sökülüb like
  • 23 Fev 14:54  
Digərləri Masallıda qanunsuz tikilən obyekt sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı