Amulsar qalmaqalı: Vardanyan indi də Ermənistanı qarət etməyə hazırlaşır


Siyasət 23 Fev 2023 16:35:00 323 0

Amulsar qalmaqalı: Vardanyan indi də Ermənistanı qarət etməyə hazırlaşır

Xankəndidəki marionet Ruben Vardanyanın Azərbaycanın keçmiş Ağdərə rayonundakı mis və qızıl yataqlarını vəhşicəsinə istismar etmək əməliyyatına faktiki olaraq son qoyulduğunu anladığından indi Ermənistanı qarət etmək fikrinə düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, Cermukda, Qısırdağın yaxınlığında yerləşən Amulsar qızıl yatağının istismarının bərpasına nail olub.

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın dediyinə görə, Amulsar yatağının istismarı ilə bağlı Ermənistan hökuməti, Avrasiya İnkişaf Bankı və "Lydian Armenia" şirkəti arasında 250 milyon dollarlıq üçtərəfli anlaşma imzalanıb.

Anlaşmanın şərtlərinə görə, Amulsarı istismar etmək hüququnun müqabilində "Lydian Armenia" səhmlərinin 12,5 faizini Ermənistan hökumətinə verəcək.

Sözügedən şirkət adi, tipik offşor strukturu olaraq Cersi adasında rəsmi qeydiyyata alınmış "Lydian International"ın Ermənistanda fəaliyyət göstərən törəmə qurumudur.

"Lydian Armenia" şirkəti Ermənistandakı "GeoTeam" şirkətinin adı dəyişdirilmiş varisi kimi qələmə verilir.

Gerçək isə çox fərqlidir. Belə ki, sənədlərə görə, "Lydian Armenia" ABŞ-da qeydə alınmış "Orion Mine Finance" və Kanadada qeydiyyatdan keçirilmiş "Osisko Gold Royalties" şirkətlərinə məxsus strukturdur.

89,376 milyon ton filiz, 73733 ton qızıl və 294367 ton mis ehtiyatlarına malik Amulsar yatağının istismarına "Lydian Armenia" 400 milyon dollar sərmayə yatıracağını vəd edib.

Şirkətin idarə heyəti barədə rəsmi açıqlamalar yoxdur.

Lakin aparılan araşdırmalar göstərir ki, şirkətin iri, "kölgə" səhmdarları arasında "Resource Capital Funds", "Orion Mine Finance", "Franklin Templeton Resources", EBRD, habelə, bir neçə başqa instituonal və fərdi səhmdarlar var.

Ermənistandakı ekoloqlar və ətraf mühitin mühafizəsi üzrə qeyri-hökumət təşkilatları Amulsar yatağının istismarının arxasında Ruben Vardanyanın da durduğunu vurğulayırlar. O da deyilir ki, Amulsarda istismar işləri başlayarsa, Ermənistanın ekologiyasına fəlakətli zərbələr vurulacaq və ölkə ağır itkilərə məruz qalacaq.

2017-ci ildən bəri erməni ekoloqlar Amulsarda işlərin bərpasına yol verməməyə çalışırlar. Hökumət də medianı, ictimaiyyəti və xüsusilə də ekoloqları sakitləşdirmək üçün Livanın ELARD ("Earth Link & Advanced Resources Development") şirkətinə 400 min dollar (!) ödəyərək Amulsar layihəsinin beynəlxalq ekspertizasını sifariş vermişdi.

Bir il davam edən araşdırmadan sonra ELARD yekun hesabatını açıqlamayaraq bəyan etdi ki, "Amulsar yatağının istismarı ətraf mühit üçün idarəolunmaz riskləri ehtiva etmir".

Fəqət, az sonra məlum oldu ki, ELARD-ın ekspertləri Ermənistandakı yerli strukturların əvvəllər apardıqları araşdırmalardan yararlanıblar. Yəni Livan şirkəti heç bir müstəqil və fərqli tədqiqat, yaxud təhqiqat və monitorinq keçirməmişdi.

Erməni ekoloq Silva Adamyan deyib: "Baş nazir Nikol Paşinyan hökumətinin bütün nikbin bəyanatlarına rəğmən, Amulsarın istismarı ilə bağlı risklər hələ də hesablanmayıb, dəyərləndirilməyib. Sadəcə, onu deyə bilərəm ki, istismar başlayandan sonra Cermuku və Sevan gölünü kurort zonaları kimi itirəcəyik".

Erməni ekoloqlar onu da vurğulayırlar ki, Amulsar yatağında işlər başlayandan sonra tərkibində zəhərli sianidli birləşmələr olan qruntun təhlükəsiz mühafizəsi və yığılması ilə bağlı ciddi problemlər yaranacaq.

"Lydian" şirkəti Gürcüstandakı "Kela" yatağının istismarı ilə məşğul olur. Hər halda, sənədlərdə belədir.

2010-cu ildə "Lydian İnternational" Britaniyanın Cersi adasında yeni törəmə şirkətini - "Lydian Resources Georgia Limited"i qeydiyyatdan keçirir, yeni şirkət də Tbilisidə "Georgian Resource Company LLC" adlı məhdud məsuliyyətli cəmiyyət (MMC) yaradır.

2011-ci ilin oktyabrın 4-də isə "Georgian Resource Company LLC" şirkəti Gürcüstanın Çoxatauri rayonundakı Zoti kəndinin yaxınlığında yerləşən və sahəsi 720,75 hektar olan "Kela" yatağının istismarına dövlət lisenziyası almışdı.

Lakin "Lydian Resources Georgia Limited" geoloji-kəşfiyyat işlərinin nəticələrini və faydalı qazıntıların istismar layihəsini təqdim etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdi.

2017-ci ilin fevralın 20-də isə Gürcüstanın Dövlət Ekoloji Müfəttişliyi Tbilisi şəhər məhkəməsinə üz tutaraq sözügedən şirkətin qanunvericiliyin tələblərini pozduğunu bildirmişdi.

"Lydian" şirkətinin Ermənstandakı bitmək bilməyən qalmaqallar, korrupsiya ittihamları və qanun pozuntularında suçlamalarla müşayiət edilən fəaliyyətini araşdırarkən Xankəndidəki separatçı rejimin artıq keçmiş "dövlət naziri", marionet Ruben Vardanyanın adına dəfələrlə rast gəlinir.

Ermənistan mediası, ekoloqlar, ekspertlər Ruben Vardanyanı Amulsar yatağının "istismar" adı ilə vəhşicəsinə qəsb edilməsi layihəsinin "kölgə dirijor"larından biri sayırlar.

Daha dəqiq olsaq, Ruben Vardanyanın "Lydian Armenia"nın sahiblərindən biri olduğuna ekoloqlar və media mənsubları şübhə etmirlər.

R.Vardanyan isə həmişəki ampluasına sadiq qalaraq, hər şeyi danır, ittihamları təkzib edir.

O, Ermənistanın Birinci Kanalına verdiyi müsahibəsində deyib: "Amulsar yatağı ilə bağlı heç bir əlaqəm yoxdur. Mənim və biznes tərəfdaşım Nubar Afeyanın "Lydian"la heç vaxt heç bir əlaqəsinin olmadığını araşdırmaq, sübut etmək və buna əmin olmaq çox asandır".

Amma bir müddət sonra R.Vardanyan bəyan etdi ki, direktorlar şurasının üzvü olduğu "AmeriaBank" qalmaqallı "Lydian" şirkətinə 7 milyon dollar kredit verib.

Halbuki, sənədlərə görə, Vardanyan "Lydian Armenia"ya 7 yox, 24 milyon dollar ayırıb.

Bununla yanaşı, o, şərik qismində Amulsar yatağının istismarına Britaniyada qeydiyyatdan keçirilən və erməni iş adamı Cozef Uğurlyana məxsus olan "Amber Capital"ı da cəlb edib.

2021-ci ilin baharında o, həmin dönəmdə Ermənistan Prezidenti olan Armen Sarkisyandan "Lydian Armenia"adakı səhm payını 60 milyon dollara satın almışdı.

Xatırladaq ki, Ermənistan prezidenti seçilənədək Armen Sarkisyan "Lydian İnternational"ın direktoru idi.

Adi kalkulyasiyaya müraciət edək: toplam olaraq 84 milyon dollar sərmayə qoyduğu "layihə"də iştirakını, daha dəqiq olsaq, Amulsar yatağının istismar planını qətiyyətlə təkzib etməyə çalışan Ruben Vardanyan böyük məbləğdə maliyyə vəsaitini sadəcə "ianə" edib?

Edibsə, niyə bu faktı gizlədir?

Suallar çoxdur, amma onlara Ruben Vardanyan cavab verən deyil.

O, həmişəki kimi yalan danışmağa üstünlük verir...

İzləyicilər Damlanın yeni obrazını lağa qoydular  FOTO like
  • 23 Fev 16:33  
Şou-biznes İzləyicilər Damlanın yeni obrazını lağa qoydular FOTO

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədov

arrow Ətraflı
Ruben Vardanyan "QOVULDU" like
  • 23 Fev 16:25  
Siyasət Ruben Vardanyan "QOVULDU"

Ruben Vardanyan separatçıların "dövlət naziri" vəzifəsindən az

arrow Ətraflı
"Soyqırımı törədən şəxslərə qarşı sanksiya tətbiq edə bilməmişik" like
  • 23 Fev 16:23  
Siyasət "Soyqırımı törədən şəxslərə qarşı sanksiya tətbiq edə bilməmişik"

Xocalı soyqırımı Azərbaycanın müstəqilliyə atdığı ilk addımlar zama

arrow Ətraflı
"Çılpaq şəkillərimlə pul qazanıram"  Məşhur müğənni like
  • 23 Fev 16:11  
Şou-biznes "Çılpaq şəkillərimlə pul qazanıram" Məşhur müğənni

Rep müğənnisi İqqi Azalea mütəmadi olaraq açıq-saçıq şəkillərdə fo

arrow Ətraflı
Azərbaycana "HÜCUM" ƏMRİ verildi like
  • 23 Fev 16:10  
Siyasət Azərbaycana "HÜCUM" ƏMRİ verildi

Ötən gün atəşkəsin pozulması, mövqelərimizin yenidən atəşə məruz q

arrow Ətraflı
Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb  SİYAHI like
  • 23 Fev 16:08  
Siyasət Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb SİYAHI

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.

arrow Ətraflı
Əfv Məsələləri Komissiyasının iclası keçirilir like
  • 23 Fev 16:01  
Digərləri Əfv Məsələləri Komissiyasının iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i

arrow Ətraflı
Altı nəhəng qalaktika kəşf edildi  FOTO like
  • 23 Fev 16:00  
Dünya Altı nəhəng qalaktika kəşf edildi FOTO

Ceyms Uebb kosmik teleskopu kainatda bir anda altı fövqəladə böyük qalakti

arrow Ətraflı
“Kaş ölərdim, bu günü yaşamazdım” like
  • 23 Fev 15:49  
Şou-biznes “Kaş ölərdim, bu günü yaşamazdım”

Müğənni Xatun Əliyeva mərhum qardaşı - stilist Balaşla bağlı paylaşı

arrow Ətraflı
Mobil telefonlar kəskin bahalaşdı  VİDEO like
  • 23 Fev 15:38  
Digərləri Mobil telefonlar kəskin bahalaşdı VİDEO

Ölkəyə fərdi şəkildə gətirilən və qiyməti 800 dollardan yuxarı olan

arrow Ətraflı
İnsult keçirən Nisə Qasımovanın yeni görüntüsü  VİDEO like
  • 23 Fev 15:27  
Şou-biznes İnsult keçirən Nisə Qasımovanın yeni görüntüsü VİDEO

İnsult keçirən Xalq artisti Nisə Qasımovanın yeni görüntüsü yayılıb.

arrow Ətraflı
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi like
  • 23 Fev 15:25  
Digərləri Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbət

arrow Ətraflı
Haaqa Məhkəməsi erməniləri sevindirdi like
  • 23 Fev 15:22  
Siyasət Haaqa Məhkəməsi erməniləri sevindirdi

Dünən Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-bir

arrow Ətraflı
Mikrodalğalı soba xərçəng yaradır?  VİDEO like
  • 23 Fev 15:16  
Digərləri Mikrodalğalı soba xərçəng yaradır? VİDEO

Bir çox insanların iş rejimi və ya həyat tərzi imkan vermir ki, yemək bi�

arrow Ətraflı
“Polkovnikleytenantın ölümündən 3 ay keçsə də, onu vuran hələ də tutulmayıb” like
  • 23 Fev 15:14  
Digərləri “Polkovnikleytenantın ölümündən 3 ay keçsə də, onu vuran hələ də tutulmayıb”

Ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində baş vermiş yol qə

arrow Ətraflı