“Xocalı şəhidləri 613” kitabının təqdimatı olub FOTO
Digərləri 23 Fev 2023 19:30:00 307 0
Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində fevralın 23-də Heydər Əliyev Mərkəzində "Xocalı şəhidləri 613" kitabının təqdimatı keçirilib.
Bu xəbəri də oxu: Aynur Qurbanlıya yüksək vəzifə verildi
Heydər Əliyev Fondunun "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində nəşr etdirdiyi kitab Xocalı faciəsi qurbanlarına həsr olunub. Kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımı zamanı həlak olan hər bir şəxs haqqında məlumat verilir.
Təqdimat mərasimində çıxış edən müəllif Dürdanə Ağayeva bildirib ki, kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində nəşr olunub. O, bu nəşrin Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində və Azərbaycan gənclərinin bu faciəni unutmaması baxımından vacibliyini qeyd edib. Dürdanə Ağayeva Xocalı soyqırımının təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb.
Dürdanə Ağayeva özü də bu faciənin qurbanlarındandır. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva faciə zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. O, erməni girovluğunda ağlasığmaz işgəncələrə məruz qaldığını, erməni vəhşiliyinin və vandalizminin, xüsusi amansızlıqla törədilmiş soyqırımı cinayətlərinin şahidi olduğunu söyləyib.
Kitabın müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğullarının qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını ifadə edib.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xocalı faciəsinin canlı şahidləri, hərbi ekspertlər də çıxışlar ediblər. Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı soyqırımı (genosidi) günü haqqında" Qərar qəbul edilib və fevralın 26-sı ölkəmizdə Xocalı Soyqırımı Günü elan olunub.
"Xocalı şəhidləri 613" kitabında Xocalının işğaldan əvvəlki vəziyyəti, şəhərin ermənilər tərəfindən mühasirəyə alınması, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə işğal edilməsi haqqında danışılır. Faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri qocalar olub.
Dürdanə Ağayeva Xocalı faciəsi şəhidlərinin bir çoxunu şəxsən tanıdığı üçün onun qələmə aldığı xatirələr xüsusi təsir qüvvəsinə malikdir.
Əməkdar artist Elza Seyidcahan və aparıcı Afaq Gəncəli "Səhər mər
Türkiyəli məşhur aktrisa Eda Ece ailə qurmağa hazırlaşır.
Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında d
Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xid
"Airbnb"də təbii mühitə qarışan bir evi kirayələmək mümkünd
Azərbaycan Şərqi Avropaya və regionun bir çox bazarına qapı rolunu oynay�
Azərbaycan üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi,
Cadenza Contemporary Orchestra 21 fevral tarixində Beynəlxalq Muğam Mərkəzi
58 yaşlı məşhur aktrisa Monika Belluççi 64 yaşlı rejissor Tim Burtonla m
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın reallaşdırdığı t
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova artan kommunal
Avropa Komissiyasının üzvlərinə "TikTok" sosial media platformas�
Müğənni Zenfira İbrahimovanın başına iş gəlib.