Efirə zəng edən şəxs Nahidə Orucovanın oğurlanan pulunu ödədi VİDEO
Şou-biznes 23 Fev 2023 19:43:00 380 0
Xəbər verdiyimiz kimi, Əməkdar artist Nahidə Orucova jurnalist Şəfəq Ağacanı onun evindən 1650 manat pulunu oğurlamaqda ittiham edib.
Bu xəbəri də oxu: Sevgilisindən Günaya hədiyyə
Son.az bizim media-ya istinadən xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı aktrisa ilə jurnalistin qonaq olduğu "Təsir dairəsi" ictimai-sosial verilişinin canlı efirinə adının açıqlanmasını istəməyən şəxs zəng edərək, sözügedən məbləği Nahidə xanıma ödəyəcəyini bildirib.
Həmin şəxs Ş.Ağacana onun N.Orucovanın evinə gətirdiyi icraçı direktorundan uzaqlaşmasını və oğlan övladına sahib çıxmasını məsləhət görüb:
"Jurnalist Anar Vəzioğlu ("Təsir dairəsi" verilişində ekspert -red.) sizi çox gözəl şəkildə müdafiə etməyə çalışdı. Amma sona kimi müdafiə edə bilmədi. Çünki buna gücü çatmadı. Siz çox yaxşı anasız. Gözəl qaynana ola bilərsiniz. Övladınıza yaxşı qulluq edə bilərsiniz.
Siz dediniz ki, çətinliyə düşmüş insansınız. Sizə açar verən xanıma (Nahidə Orucova - red.) icraçı direktorunuzun girməyə səlahiyyəti yoxdur. Siz yaxşı fikirləşin. Burada böyük vəsait yoxdur.
İndi Lalə xanımdan ("Təsir dairəsi" verilişinin aparıcısı Lalə Azərtaş -red.) xahiş edəcəyəm ki, Nahidə xanımın 1650 manatını ona öz adımdan vərəcəyəm. Utanıram! Nahidə xanım oğurlanan o pulunu pambıq tarlasından yığmayıb.
Hər dəfə 50 qəpikləri toplayaraq, yığıb o pulu. Mənə çox pis təsir etdi. Şəfəq xanım, sən o icraçı direktor dediyin oğlandan əl çək. Sən həbs olunmazdan əvvəl həmin şəxslə bir yerdə fəaliyyət göstərirdin. Sən get bir yaxşı yerdə işlə. Jurnalistlikadan isə uzaqlaş. Çünki sənə jurnalist demək olmaz, xətrinə dəyməsin.
Oğlunla məşğul ol. Sənin çox tərbiyəli oğlun var. Sən çətinliyə düşəndə də oğlun bütün əziyyətlərini çəkdi. Səni sual-cavab eləməkdənsə, sən hamını orada sual-cavab edirsən. Reket jurnalist deyilən məhfum var.
Bunlardan uzaqlaşın. Yaxşı jurnalistlərə də bu addımınla ləkə gətirmə. Sən get yaxşı ana ol. İstəmirəm ki, azərbaycan qadınları bizim ana-bacılarımızdır. İstəmirəm ki, onlar çıxıb övladlarımıza belə bir tərbiyə versinlər.
İcraçı direktor isə sənin oğlundan bir-iki yaş böyükdür. Ondan uzaqlaş, gözəl, tərbiyəli, oxumuş, savadlı oğlun var, get ona sahib çıx. Sənə görə Şəfəq bu borcu mən bağlayıram".
Keniyanın Milli Quraqlığı İdarəetmə Agentliyi (NDMA) ölkədə 2,6 milyo
Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində fevralın 23-də Heyd�
Əməkdar artist Elza Seyidcahan və aparıcı Afaq Gəncəli "Səhər mər
Türkiyəli məşhur aktrisa Eda Ece ailə qurmağa hazırlaşır.
Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında d
Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xid
"Airbnb"də təbii mühitə qarışan bir evi kirayələmək mümkünd
Azərbaycan Şərqi Avropaya və regionun bir çox bazarına qapı rolunu oynay�
Azərbaycan üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi,
Cadenza Contemporary Orchestra 21 fevral tarixində Beynəlxalq Muğam Mərkəzi
58 yaşlı məşhur aktrisa Monika Belluççi 64 yaşlı rejissor Tim Burtonla m
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın reallaşdırdığı t
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova artan kommunal