Xocalı soyqırımında təqsiri olanlar məsuliyyətə cəlb olunmalıdırlar
Siyasət 23 Fev 2023 12:35:00 333 0
Fransanın "La Gazette" xəbərlər portalında 31 il əvvəl erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında məqalə dərc olunub.
Bu xəbəri də oxu: Ceyhun Bayramovun Serbiyaya səfəri başlayıb
Son.az Trend-ə istinadən bildirir ki, məqalədə deyilir ki, hər il dünya Ermənistan və Azərbaycan arasındakı Birinci Qarabağ müharibəsində, 1992-ci il 26 fevral gecəsi törədilən Xocalı faciəsini yada salır.
Müəlliflərin sözlərinə görə, əksəriyyəti qadın və uşaq olan onlarla dinc sakin erməni cəlladlarından qaçaraq meşədə gizləndikləri yerdə donaraq ölüblər. Bundan başqa, ermənilərin hücumu zamanı minə yaxın dinc sakin əsir götürülüb.
Məqalədə həmçinin məşhur azərbaycanlı jurnalist Çingiz Mustafayevin hücumdan dərhal sonra Xocalıya yollanaraq faciənin nəticələrini və miqyasını lentə aldığı və bu kadrların bütün dünyanı dəhşətə gətirdiyi qeyd olunub. Kadrlardan bu amansız qırğının qurbanlarının xilas olmağa çalışan, lakin yollarda qətlə yetirilən günahsız dinc sakinlər olduğu açıq-aşkar görünür.
"Analitiklrin və tədqiqatçıların şahidliklərinə əsasən Xocalı qırğınından sonrakı dörd gün ərzində təkcə Ağdama 200-ə yaxın meyit daşınıb, şəhərdəki qətliam zamanı ümumilikdə 613 nəfər öldürülüb. Qətlə yetirilənlər arasında 63 uşaq, 106 qadın, 70 yaşlı ahıl olub. İnsanlar əsir götürülüb və bunlardan 150 nəfərin aqibəti hələ də naməlum olaraq qalır", - məqalədə deyilir.
Müəlliflərin haqlı olaraq qeyd etdikləri kimi Xocalı soyqırımına görə cavabdeh şəxslər indiyədək öz əməllərinə görə məsuliyyətə cəlb olunmayıblar. "Human Rights Watch" qeyri-hökumət təşkilatının mülki əhalinin qətlinə görə birbaşa erməni silahlı qüvvələrinin məsuliyyət daşıdığına dair rəyinə baxmayaraq, 2019-cu ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bu qırğını "ağ yalan" adlandıraraq bunun "azərbaycanlıların özləri tərəfindən törədiliyini" deyib.
Son.az
İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb.
İsrail ordusu HƏMAS-ın Qəzza sektorundakı bazasına raket zərbələri endi
Hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar a
Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaql
Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib.
Orta Dəhliz layihəsi təşəbbüsündə Azərbaycanın xüsusi rolu var.
Abşeron rayonu, Xırdalan şəhərində qadın ərini bıçaqlayıb.
21 fevral Park Bulvar-da yerləşən Park Cinema kinoteatrında "Evdə qalm
Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min ma
Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub.
Rusiya ordusu bu gün və sabah kiçikmiqyaslı raket hücumu planlaşdırır la
Sabahdan etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin ç�
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbri
AXC-Müsavat hakimiyyəti illərində ölkədə hakimiyyətsizlik, səriştəsiz