Cəbhəçilər bir az da hakimiyyətdə qalsaydılar, hətta neft buruqlarını doğrayıb metal kimi İrana satacaqdılar
Siyasət 23 Fev 2023 11:00:00 236 0
AXC-Müsavat hakimiyyəti illərində ölkədə hakimiyyətsizlik, səriştəsizlik, korrupsiya və talançılıq tüğyan edirdi. Heç bir quruculuq işi görülmürdü, sənaye sahəsi yaradılmırdı. İnfrastrukturu dağıtmaq, metalloma çevirmək, İrana satmaqla məşğul idilər. Elə böyük müəssisələr var idi ki, onu təmir etməklə, cüzi vəsaitlə işə salmaq olardı. Ancaq talançılıq o həddə çatmışdı ki, həmin müəssisələr gecə ilə yox olurdu. Hərdən düşünürdük ki, neft buruqlarındakı estakadaları da doğrayıb İrana metal kimi stacaqlar.
Bu xəbəri də oxu: Saxta kartlarla oyun: ABŞda prezidentliyə namizədlərin
Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
S.Heydərov qeyd edib ki, həmin dövrdə Azərbaycan iqtisadiyyatına zərbə vurmaq başadüşülən deyildi. Ölkədə separatçılıq baş alıb gedirdi. Cənubda, Şimalda təhlükələr var idi.
"Erməni təcavüzü genişlənməkdə idi, ərazilərimiz işğal olunurdu. İnsanlarda inamsızlıq yaranmışdı. AXC-Müsavat hakimiyətinin qonşu ölkələrlə dil tapa bilməməsi, məsuliyyətsiz bəyanatlarla həmin ölkələri qıcıqlandırması böhranı daha da dərinləşdirirdi. Belə bir çətin dövrdə Azərbaycan xalqının yeganə ümidi ulu öndər Heydər Əliyevə idi. Ümummilli lider hakimiyyətə gəlməklə Azərbaycan dövlətini və xalqını xilas etdi. İnsanlarda inam yarandı. Heydər Əliyev tədricən sabitlik yaratdı, iqtisadiyyat bərpa edildi. Bu bir həqiqətdir ki, əgər cəbhəçilər bir qədər də hakimiyyətdə qalsaydı, İran heç bir tərəddüd etmədən sərhədlərimiz pozar, Azərbaycanı işğal edərdi. İndi təsəvvür edin, Azərbaycan dövlətinin belə qüdrətli vaxtında İran səfəriliyimizə qarşı terror törədirsə, 90-cı illərdə, dövlətin zəif vaxtında nələr edə bilərdi. Məhz ulu öndərin qətiyyti, siyasi məharəti, şəxsiyyəti Azərbaycanı bu təhlükələrdən xilas etdi", - deyə o, əlavə edib.
Xəbərə aid video
"Ruben Vardanyan fevralın 23-dək istefaya gedəcək".
Türkiyənin bir neçə ölkədəki səfiri geri çağırılıb.
Paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikr
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunan danışıqların müsb�
Məsuliyyət. Bu söz yəqin ki, müasir cəmiyyətlərin əsas təkanverici qü
Mingəçevirdə hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi h�
"Min nəfərlik kənddən çıxmışdı, 10 milyonluq bir məhəbbət, Azə
Fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki
Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir
Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudi
Böyrəklərin funksiyasının qəflətən pozulması kəskin böyrək çatışm
Türkiyədə hökm sürən şaxtalı və qarlı havanın təsiri ilə Bayburt ş