Tullantılar? Xeyr, incəsənət! Fidan Manafovanın heyranedici və faydalı yaradıcılığı FOTO
Digərləri 23 Fev 2023 10:00:00 315 0
Məsuliyyət. Bu söz yəqin ki, müasir cəmiyyətlərin əsas təkanverici qüvvəsinə çevrilib: biz bir-birimizə münasibətdə, özümüzə qarşı və əlbəttə ki, yaşadığımız planet qarşısında məsuliyyətli olmağa çalışırıq. Bəşəriyyət özünün ətraf mühitə mənfi təsirinə o qədər uzun müddət fikir verməyib ki, indi məsuliyyətli istehlak, köhnəlmiş əşyaların təkrar emalı və yenidən həyat qazanması önəmli və faydalı trendə çevrilib. Dünyada minlərlə fikir liderləri, blogerlər və aktivistlər mümkün qədər çox insanın ətraf mühitin qayğısına necə qalmaq barəsində düşünməsi üçün böyük səy göstərirlər.
Bu xəbəri də oxu: BakıQazax yolunda 10a yaxın maşın toqquşdu
Bu gün belə insanlardan biri olan həmvətənimiz Fidan Manafovadan bəhs edəcəyik.
Bu cür təşəbbüslərdən biri də ötən ilin may ayında Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən EU4Climate layihəsi çərçivəsində BMT İnkişaf Proqramının (BMTİP) məişət tullantılarının təkrar emalı üzrə innovativ həllərlə maraqlanan bütün Azərbaycan sakinləri üçün keçirdiyi "Özün Yarat" adlı müsabiqəsi oldu.
Fidan Azərbaycanda biznes turizminin inkişafı ilə məşğul olub. Yerli Konqres bürosunda işləyən Fidan işgüzar turizmin inkişafı ilə məşğul olur və beynəlxalq peşəkar tədbirlərdə Azərbaycanı təmsil edib. Özünün əsas işi ilə paralel olaraq Fidan həm də Azərbaycan Turizm və Menecment Universitetində "Marketinqin əsasları" fənnindən dərs deyib.
Hər şey o ana olduqdan sonra dəyişib. "Qızım Fərəhin dünyaya gəlməsi mənim düşüncə tərzimi tamamilə dəyişdi. Mənəvi cəhətdən böyüdüm və daha da məsuliyyətli oldum. Hər şey çox güman ki, belə başladı. Analıq məzuniyyətində mən məişət tullantılarının təkrar emalı ilə maraqlanmağa başladım. Instagram-da bloq yaratdım öz əllərimlə hazırladığım əşyaları burada paylaşmağa başladım", - Fidan xatırlayır.
Onun sözlərinə görə, DIY ("do it yourself") konsepsiyası əziyyətinin bəhrəsini görəndə düşdüyün hisslər burulğanıdır. Fidanın öz əlləri ilə düzəltdiyi ilk əşyalar qızı üçün hər ay evdə keçirdikləri bayramlarda hazırladığı "candy bar"lar olub. "Mən bütün hazırlıq prosesini, yekun nəticəni və təbii ki qızımın emosiyalarını fotolentə aldım və bu fotoları Instagram-da paylaşdım. Konsepsiyada məhz "recycle DIY" ilə bağlı ilk predmet isə betondan hazırlanmış balqabaqlar olub, biz onu qızımla bağ evində hazırlamışıq. Daha sonra biz Fərəhlə birlikdə mümkün bütün məişət tullantılarından interyer predmetlərinin hazırlanması prosesinə dair videolar paylaşmağa başladıq", - Fidan deyir.
Fidanın dediyinə görə onu ən çox həvəsləndirən ətrafındakıların, yaxınlarının, dostlarının və bloq izləyicilərinin reaksiyasıdır. "Bloqda paylaşdığım əl işlərimlə bağlı izləyicilərdən tez-tez geri dönüşlər alıram. Onların rəylərini və mesajlarını oxuyanda bunu necə bəyəndiklərini və geri dönüşlərini paylaşmaqdan necə məmnun olduqlarını görürəm. İnsanlar məmnuniyyətlə mənim "DIY" ideyalarımı təkrarlayır və nəticələrini mənimlə paylaşırlar",- deyən Fidan əl işlərinin məlumatlandırma və estetika ilə yanaşı, insanlara tamamilə praktiki səmərə verdiyini də qeyd edir. "Azərbaycanda belə bir tendensiyanın olduğunu başa düşdüm ki, qızlara məkanın təşkili üçün heç vaxt yer çatmır. Bizə həmişə balaca səbətlər, orqanayzerlər lazım olur və mən məhz bu mövzuda əl işləri paylaşanda insanlara bu maraqlı olur - onlar bunu istəyirlər. Mən hər dəfə öz işlərimi izləyicilərimlə paylaşmaqla bu tendensiyaya böyük təkan verməyə və domino effekti yaratmağa çalışıram. Yaradıcılığımın onlara motivasiya verdiyi və artıq onların da bu cür hobbisi olduğuna dair mesajlar alanda sevinc və qürur hissi keçirirəm", - Fidan deyir.
Onun sözlərinə görə, təkrar istifadə üçün nəzərdə tutulmuş materiallardan dekor hazırlanması ilə maraqlanmağa başlayandan demək olar ki, dərhal sonra öz işlərini peşəkarlara nümayiş etdirmək imkanı yaranıb. O bunu böyük uğur hesab edir: "Qohumlarım mənə EU4Climate layihəsinə link göndərdilər - bu, "Özün yarat" müsabiqəsi idi. Onlar mənim müsabiqədə mütləq iştirak etməli olduğumda israr edirdilər, çünki müsabiqənin ideyası - təkrar emalın yaradıcı üsulları - mənim məşğul olduğum işə çox yaxın idi. Mən əlbəttə ki razılaşdım", - o deyir.
Fidan müsabiqədə özünün bir neçə işini sərgiləyib və onlardan biri "Ağacdan hazırlanmış ən yaxşı məhsul" kateqoriyasında mükafata layiq görülüb. Peşəkar münsiflər heyəti onun işini 250 namizədin arasından seçib. Fidan bu qələbənin onu daha da ruhlandırdığını deyib: "Başa düşdüm ki, bu işi inkişaf etdirmək lazımdır".
Mingəçevirdə hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi h�
"Min nəfərlik kənddən çıxmışdı, 10 milyonluq bir məhəbbət, Azə
Fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki
Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir
Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudi
Böyrəklərin funksiyasının qəflətən pozulması kəskin böyrək çatışm
Türkiyədə hökm sürən şaxtalı və qarlı havanın təsiri ilə Bayburt ş
1. Dişləri vaxtlı-vaxtında fırçalamaq çürümələrə və ağrıya səbə
Uzun illərdir ki, Rusiyanın, daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Pu
Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik ad�
Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb
Azad dünya Rusiyanı imperiya ambisiyalarını geridə qoymağa məcbur etməli