Kremlin bitməyən “yeni SSRİ” yaratmaq xülyası


Dünya 23 Fev 2023 08:53:00 341 0

Kremlin bitməyən “yeni SSRİ” yaratmaq xülyası

Uzun illərdir ki, Rusiyanın, daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Putinin "yeni SSRİ" yaratmaq planı olması haqda danışılırdı. Bir neçə dəfə o, SSRİ-nin xiffətini çəkən açıqlamalar da verib. Ötən müddətdən "Putin NATO"su, "Avrasiya İttifaqı" kimi təkliflər səslənib və bunların da məhz həmin plandan ibarət olduğu bildirilib.

Bu xəbəri də oxu: Ermənistan Rusiyaya nota verdi

Ukrayna müharibəsinin gedişində Putinin sələfi, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də bir neçə ay öncə SSRİ tipində bir qurum yaratmaq niyyətinin mövcudluğunu etiraf etmişdi.

Bu planlarda daha çox Belarusun, Ukraynanın, Moldovanın, Qazaxıstanın, Tacikistanın üzərinə nəzərlər cəlb olunurdu.

Artıq Ukrayna və Qazaxıstanla bağlı bu planları bəlli səbəblərdən heç nəzəri də olsa "icra etmək" mümkün deyil. Hazırda ortaya belə bir məlumat çıxıb ki, Kreml Belarusun 2030-cu ilə qədər Rusiyaya tam ilhaq edilməsinə çalışır və belə bir planı var.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Dosye" mərkəzi xüsusi sənədi ortaya çıxarıb.

Sənəd "Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri" adlanır. Onun Rusiya Prezidentinin administrasiyası Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birgə hazırlandığı iddia edilir. "Dosye"nin təsbitlərinə görə, Belarusla bağlı planlar 2021-ci ildə hazırlanıb və Rusiyanın Ukraynanı işğalından sonra uzunmüddətli perspektivdə dəyişməyib. Strategiyaya əsasən, Kreml 2030-cu ilə qədər Rusiyanın maraqlarını nəzərə alaraq Belarus Konstitusiyasında islahatları başa çatdırmaq, ölkədə rus dilinin Belarus dili üzərində üstünlüyünə nail olmaq və belaruslara Rusiya pasportlarının verilməsində sadələşdirilmiş prosedur tətbiq etmək niyyətindədir.

Bundan əlavə, Kreml Belarusun informasiya məkanına nəzarət etmək, ölkədə elmi və mədəniyyət mərkəzləri açmaq istəyir. Ehtimal olunur ki, bunlar Rusiya kəşfiyyatçılarının çalışdığı "Rossotrudneçestvo" federal xidmətinin (Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik - red.) filialları olacaq.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Rusiya-Belarus ittifaq dövlətinin inteqrasiya layihəsi çərçivəsində ölkələrin ticarət-iqtisadi inteqrasiyası üçün 28 proqram qəbul edilib. Bunlar ümumi enerji və maliyyə bazarlarına, vergi və gömrük siyasətlərinin sinxronlaşdırılmasına aiddir. Bununla bərabər, birgə hərbi doktrina da təsdiq edilib. Bu proqramların əlaqələndirilməsi mərhələsində Lukaşenko Rusiya ilə iqtisadi inteqrasiyanın Belarusun suverenliyinə təhlükə yaratmadığına inandırılıb. Putin daha sonra bildirib ki, iqtisadi baza yaradıldıqdan sonra iki ölkə arasında siyasi yaxınlaşma da başlaya bilər.

Rusiyanın Ukraynaya müdaxiləsi onun Belarusla bağlı planlarını dəyişməyib. "Belarus üzərində tam nəzarətə nail olmaq kimi uzunmüddətli məqsəd hələ də qüvvədədir", - deyə Kremldəki anonim mənbə bildirib.

Bu plan üzrə Rusiya irəliləyə bilərmi? Lukaşenko bu cür projenin baş tutmasında Rusiyaya zəmin yarada bilərmi? Əgər Lukaşenko devrilərsə, hakimiyyətdən gedərsə, Rusiyanın məlum plan üzrə bu ölkəyə də hücumu perspektivdə mümkündürmü?

Burada onu da qeyd edək ki, bu yaxınlarda Moldovada Rusiyanın müəyyən təxribatlara başlaya biləcəyi, siyasi təlatümlər yarada biləcəyinə dair də ittihamlar səslənmişdi. Nəzərə çatdıraq ki, Rusiya Moldovada separatçı rejim bəsləyir və bu təsadüfi deyil.

Fevralın 22-də isə Moldovanın xarici işlər naziri Nikolay Popesku Avropa İttifaqını "Şor" partiyasının lideri İlan Şora qarşı sanksiya tətbiq etməyə çağırıb. O, Şoru Moskvanın dəstəyi ilə Kişinyova qarşı hibrid müharibə aparmaqda ittiham edib.

Yanaqda qızartıların əmələ gəlmə səbəbi like
  • 23 Fev 08:51  
Digərləri Yanaqda qızartıların əmələ gəlmə səbəbi

Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik ad�

arrow Ətraflı
Bakıda uşaqlar arasında son vaxtlar ən çox like
  • 23 Fev 08:49  
Digərləri Bakıda uşaqlar arasında son vaxtlar ən çox

Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb

arrow Ətraflı
“Dünya Rusiyanı imperiya ambisiyalarından əl çəkməyə məcbur etməlidir” like
  • 23 Fev 08:48  
Dünya “Dünya Rusiyanı imperiya ambisiyalarından əl çəkməyə məcbur etməlidir”

Azad dünya Rusiyanı imperiya ambisiyalarını geridə qoymağa məcbur etməli

arrow Ətraflı
Vazorenal arterial təzyiq like
  • 23 Fev 08:46  
Digərləri Vazorenal arterial təzyiq

Vazorenal hipertenziyanın baş verməsinin 60-80%-ı  40-50 və ondan böük y

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 23 Fev 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
“Ekoloji cinayətə son”  XankəndiLaçın yolunda etiraz aksiyası 74 gündür davam edir like
  • 23 Fev 08:29  
Digərləri “Ekoloji cinayətə son” XankəndiLaçın yolunda etiraz aksiyası 74 gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Azərbaycanlı “qanuni” oğruya like
  • 23 Fev 08:28  
Kriminal Azərbaycanlı “qanuni” oğruya

Moskva şəhər məhkəməsi azərbaycanlı "qanuni" oğru Rəşad İs

arrow Ətraflı
Böyrəklərdə kalsium daşları like
  • 23 Fev 08:25  
Digərləri Böyrəklərdə kalsium daşları

Hiperkalsiuriya. Böyrək  daşlarının  80%-dən  çoxunun  tərkibində�

arrow Ətraflı
“Ukrayna NATO üzvü olacaq” like
  • 23 Fev 08:24  
Dünya “Ukrayna NATO üzvü olacaq”

Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Britaniya artıq bu ölkənin Aly

arrow Ətraflı
Türkiyəli iş adamı qadınlarla gəzdi, arvadı isə... – Naxçıvanda şok olay like
  • 23 Fev 08:23  
Kriminal Türkiyəli iş adamı qadınlarla gəzdi, arvadı isə... – Naxçıvanda şok olay

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 1971-ci il təvəllüdlü C

arrow Ətraflı
Qeyridüz dişləm like
  • 23 Fev 08:21  
Digərləri Qeyridüz dişləm

Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə - tənəffüs, həzm, dan

arrow Ətraflı
İranda cinsi ticarətlə məşğul olanlar ortaya çıxdı  VİDEO like
  • 23 Fev 08:18  
Dünya İranda cinsi ticarətlə məşğul olanlar ortaya çıxdı VİDEO

Zaman-zaman İranda insan hüquqlarının pozulması gündəm mövzulardan birin

arrow Ətraflı
Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli? like
  • 23 Fev 08:15  
Digərləri Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli?

Damaq və dişlərin profilaktikasında ilk növbədə hər qida qəbulundan son

arrow Ətraflı
Erməni silah alverçisi Moskvada tutuldu like
  • 23 Fev 08:13  
Dünya Erməni silah alverçisi Moskvada tutuldu

ABŞ vətəndaşı Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına gör�

arrow Ətraflı
İtaliya Azərbaycan qazına ümid edir  Prezident İlham Əliyev regionda yeni imkanlar yaradır like
  • 23 Fev 08:12  
Siyasət İtaliya Azərbaycan qazına ümid edir Prezident İlham Əliyev regionda yeni imkanlar yaradır

Qitədə sürətlə inkişaf edən siyasət fonunda Azərbaycan zamanla ayaqlaş

arrow Ətraflı