Kəskin böyrək çatışmazlığı
Digərləri 23 Fev 2023 08:59:00 333 0
Böyrəklərin funksiyasının qəflətən pozulması kəskin böyrək çatışmazlığı adlanır. Kəskin böyrək çatışmazlığının əmələ gəlməsində bir çox faktorların rolu vardır və bu faktorlar qruplara bölünür: 1. Şok böyrəyi 2. Toksik böyrək 3. Kəskin infeksion böyrək 4. Damar obstruksiyası 5. Sidik yollarının kəskin tutulması Xəstəliyin əmələ gəlməsinə mərkəzi venoz təzyiqin düşməsi, yumaqcıq filtirasiyasının azalması və dayanması, qlıkemik şok, qanaxma, yanıq, suyun və elektrolidlərin bədəndən itirilməsi, kardiogen şok, bakterial şok, ağır infeksiyalar, böyrək damarlarının dərman səbəbli spazmı, kəskin tubulyar və kortikal nekroz, böyrəkdə baş verən zədələnmələr, hemotrasfuziya ağırlaşmalrı, ağır hemolitik anemiya, nefrotoksik maddələr, kanalcıqların blokadası səbəb olur. Bunlardan başqa kəskin böryək çatışmazlığına böyrəyin özünün xəstəlikləri (böyrək daşları, çanaq orqanlarının şişləri, sidik axarlarının bağlanması, prostat vəzin şişləri) də səbəb olur. Xəstəliyin ilk dövründə xəstədə ödem baş verir, böyrəyin fibroz kapsulu gərginləşir. Kanalcıqlarda zədələnmələr baş verir, qan kapilyarlarında tromblara təsadüf edilir. Kanalcıqların tutlması sayəsində işemiyalar meydana çıxır. Böyrəklərdə bir sıra patoloji dəyişikliklər meydana çıxdıqca, qabıq maddə qismən və ya tamamilə nekrozlaşır. Bunun əsas səbəbi işemiya dövrünün uzun sürməsidir ki, əksər hallarda ölümlə nəticələnir. Xəstəlik ən çox şoklardan sonra inkişaf etdiyinə görə, hər hansı bir səbəbdən şoka düşən xəstənin ayıldlqdan sonra vəziyyəti yaxşılaşsa belə, sidiyinin müayinəsi nəzarət altında olmalıdır.
Bu xəbəri də oxu: Professor AÇIQLADI: Bu meyvə ağciyəri yeniləyir
Türkiyədə hökm sürən şaxtalı və qarlı havanın təsiri ilə Bayburt ş
1. Dişləri vaxtlı-vaxtında fırçalamaq çürümələrə və ağrıya səbə
Uzun illərdir ki, Rusiyanın, daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Pu
Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik ad�
Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb
Azad dünya Rusiyanı imperiya ambisiyalarını geridə qoymağa məcbur etməli
Vazorenal hipertenziyanın baş verməsinin 60-80%-ı 40-50 və ondan böük y
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Hiperkalsiuriya. Böyrək daşlarının 80%-dən çoxunun tərkibində�
Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Britaniya artıq bu ölkənin Aly
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 1971-ci il təvəllüdlü C
Zaman-zaman İranda insan hüquqlarının pozulması gündəm mövzulardan birin