Doğulmağın və ölməyin qadağan olduğu vahiməli ŞƏHƏR
Digərləri 15 Yan 2025 06:06:00 76 0
Baku TV-də Svalbard adası haqqında araşdırma materialı yayımlanıb.
Bu xəbəri də oxu: "Türkiyənin Maldivləri" SATILIR bu qiymətə FOTO
Son.az bildirir ki, Şimal Buzlu okeanda yerləşən bu arxipelaqın digər adı Şpitsbergendir. Svalbard həm də "Qiyamət günü" anbarının olduğu şəhərdir. Nuh peyğəmbərlə bağlı əfsanəyə əsasən, dünyanın ən şimal şəhərində "Qiyamət günü" anbarı tikmək fikri ortaya çıxıb. 1983-cü ildən başlayaraq norveçli mütəxəssislər "Qlobal Toxum Anbarı" layihəsini həyata keçirərək Nuhun tufanından sonrakı həyatı davam etdirən addımı təkrarlayıblar.
Şpitsbergen adasında, buzlaqlar arasındakı iri bir dağın 130 metr altında - mağarada inşa edilən və 9 milyon dollara başa gələn Svalbard Qlobal Toxum Anbarı 2008-ci ilin mart ayından fəaliyyət göstərir. Divarları atom bombasına qarşı davamlı olan anbarda, qlobal istiləşmə və dağıdıcı fəlakətlər baş verəcəyi halda bəşəriyyətin məhv olmaması üçün dünyanın hər bir guşəsindən gətirilən 4 milyon müxtəlif bitki toxumu saxlanılır.
Bu şəhər haqqında maraqlı məqamlardan biri də Svalbardda övlad dünyaya gətirməyin mümkün olmamasıdır. Çünki buradakı xəstəxana doğum üçün nəzərdə tutulmayıb. Belə bir hal qaçılmaz olarsa, ananı helikopterlə Tromsö şəhərinə aparırlar. Həmçinin Svalbardda dünyasını dəyişənləri də torpağa vermirlər. Səbəb isə odur ki, torpaq buzlaqlardan ibarətdir. İnsanlar burada dəfn olunsalar belə, şaxta torpağın altında olan hər şeyi üzə çıxaracaq. Buna görə də dünyasını dəyişənləri adadan aparırlar.
Ürəyi istəyən hər kəs Svalbardda gəlib yaşaya və işləyə bilər. Bunun üçün Şengen vizası almaq kifayətdir. 2020-ci ilin siyahıyaalınmasına görə, burada 2 939 nəfər yaşayır. Svalbardda hər kəs qonaqdır. Müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşayır və bundan razıdırlar. Adətən özünü axtaran, bu dünyadakı yerini, həyatın mənasını anlamaqda çətinlik çəkənlər Svalbarda üz tuturlar.
İnsanların çoxu çörəyi kənarından kəsməyə başlayır və tədricən o
Müğənni Xatirə İslam "Xəbərin var?" verilişində ailəni qorum
Qiymət və xüsusiyyətlərin əla birləşməsini təklif edən beş televizor
Müğənni Kəmalə Qaramollayeva açıqlamaları ilə diqqət çəkib.
Bir qrup avstraliyalı tədqiqatçı cisimlərin parçalanması prosesini müşa
UBS analitikləri, 2024-cü ildə "təhlükəsiz liman" olaraq rekord
Slovakiyada riyaziyyat fənn olimpiadasında fəal iştirakına görə mükafat
"Mən gözələm və ya çirkinəm. Nə gündəyəm və ya nəyə oxşayır
"İrandan gələn məhsullara tələbat qiyməti ilə əlaqədardır. Çün
Əvvəlcə depozit ödəniş tələb edilir, bank hesabı, kartı nömrəsi gön
Rusiya, Azərbaycan və İran arasında yanvarın 28-də nəqliyyat sahəsi üzr
Counterpoint Research-ün hesabatına əsasən, mobil telefon bazarı 2023-cü i
Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyətin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam yanvarın 14-də istefa