Sabahdan plyonkalarla bağlı yeni qaydalar qüvvəyə minir
Digərləri 23 Fev 2023 11:04:00 330 0
Sabahdan etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.
Bu xəbəri də oxu: "TikTok"da şantaj olunan qadının nişanı POZULDU, işdən çıxarıldı
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinindən Son.az-a verilən məlumata görə, yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.
Eləcə də nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
- Minik avtomobillərində - plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
- Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda - plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
Bu qaydada nəzərdə tutulan hal istisna olmaqla, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir.
Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.
Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içərip tərəfdən quraşdırılmalıdır.
Bütün sürücülərin diqqətinə çatdırmaq istərdik ki, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbri
AXC-Müsavat hakimiyyəti illərində ölkədə hakimiyyətsizlik, səriştəsiz
"Ruben Vardanyan fevralın 23-dək istefaya gedəcək".
Türkiyənin bir neçə ölkədəki səfiri geri çağırılıb.
Paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikr
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunan danışıqların müsb�
Məsuliyyət. Bu söz yəqin ki, müasir cəmiyyətlərin əsas təkanverici qü
Mingəçevirdə hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi h�
"Min nəfərlik kənddən çıxmışdı, 10 milyonluq bir məhəbbət, Azə
Fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki
Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir
Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudi