Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı
Digərləri 22 Fev 2023 18:12:00 306 0
Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.
Bu xəbəri də oxu: Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir?
Son.az report-a istinadən xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25 % (əsasən yaxındangörmə), həzm sistemi 20% (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 % (əsasən lor), sümük-əzələ sistemi 12.3 % (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.
Məlumat üçün bildirək ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) tapşırığına uyğun olaraq, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib.
Qeyd edək ki, ilkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkar edilməsi və müvafiq sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) rəhbərliyinin tapşırığına əsasən təhsil müəssisələri və o cümlədən valideynlər arasında sanitar-maarif işinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirilib.
Oxçuçayın çirkləndirmələr üzrə göstəriciləri sistemləşdirilir.
Məşhur rus bloger və aktrisa Valeriya Çekalina həyat yoldaşı Artem Çekal
20 ildən çoxdur ölkəmizin ali təhsil müəssisələri baloniya sisteminə q
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmay
Ötən ildən indiyə qədər təxminən yarım milyon müxtəlif növlü balıq
İordaniya Haşimilər Krallığının Kralı ll Abdullah ibn Al Hüseyn ölkəl
Xəbər verdiyimiz kimi, amerikalı aktrisa-model Meqan Foks məşhur reper niş
Fevralın 24-də Heydər Əliyev Mərkəzində dahi Cəlil Məmmədquluzadənin
Aktyor Kamran Ağabalayev də Xalq artisti Ramiz Novruzla vida mərasiminin çal
Bu günlərdə Gəncədə xoşagəlməz hadisə baş verib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının h�
https://teleqraf.com/news/siyaset/368271.html
Türkiyəli aktrisa Eda Eceylə basketbolçu sevgilisi Buğrahan Tuncer evlənir
Ermənistan ölkəmizə qarşı absurd və əsassız iddialarına dəstək axtar
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmo