Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş TƏFƏRRÜAT


Digərləri 15 Yan 2025 19:45:00 60 0

Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş  TƏFƏRRÜAT

Ağcabədi rayonunun Ağabəyli kənd sakini, 2015-ci il təvəllüdlü Aytac Novruzovanın vəfat etməsi ilə bağlı bəzi detallar məlum olub.

Son.az xəbər verir ki, bununla bağlı onun babası Heydər Hüseynov açıqlamasında danışıb. O qeyd edib ki, on yaşlı nəvəsinin hər hansı xəstəliyi olmayıb:

"Vallah, elə bir xəstəliyi yox idi. Uşaq idi də, arada bir hamının uşağı kimi naxoşlayırdı, qızdırması da olurdu, öskürəyi də.

Rəhmətə getməmişdən əvvəl uşaq çöldə oynayıb. Həmin axşam əhvalı bir az çönüb. Nənəsi də getmişdi. Nənəsi soruşub ki, haran ağrıyır? Deyib ki, nənə, bir az böyrüm ağrıyır. Olardı axşam saat altı, ya yeddi - bu aralar. Onlar da dədə-baba üsulu ilə uşağın ayağını isti suya qoyublar ki, bəlkə, soyuqlayıb.

Qız qalıb anasının yanında, nənəsi gəlib. Uşaq normal yatıb. Gecə saat dörd olardı, qızım zəng edib ki, ana, durma gəl, Aytac ölür, Aytacın vəziyyəti ağırdır. Durub qaçaraq özümüzü çatdırdıq, baxdım ki, uşaq yoxdur, ölüb artıq.

Yəni əlimi atdım xirtdəyinə ki, dilini çəkəm, gördüm yox, dil qayıdıb yerinə, qıcolma deyil. Bilirəm ki, qıcolma olanda uşağın dili qatlanır, nəfəs tutulur. Durmadım, tez təcili tibbi yardım çağırdım. Haradasa, yarım saata, ya 20 dəqiqəyə gəldilər, baxdılar, onlar da dedilər ki, qız keçinib.

Sonra da gecə ilə müstəntiq, polis gəldilər ki, bəs meyit aparılmalıdır ekspertizaya. TTY gəldi, səhər tezdən uşağın meyitini apardıq. Orada da müəyyən etdilər ki, uşağın ağciyəri qapqara olub. Daxili qızdırması olub, üzə vurmayıb".

Hadisədən əvvəl Aytacı hansısa həkimə aparıb-aparmadıqları barədə suala cavabında isə H.Hüseynov bildirib ki, təxminən ayyarım əvvəl anası onu həkimə aparmışdı.

"Yüngülvari məsələlər idi. Ciddi bir şey yox idi uşaqda. İndi ondan balaca bacısı var evdə, altı-yeddi yaşında, uşaq rəhmətə gedən gün elə onu da apardıq həkimə. USM-dən keçirdik, dedilər, bir az qanı azdır deyə qaraciyərində bərkimə gedir, qanı artmalıdır, yəni ciddi bir xəstəliyi yoxdur. Müalicə olunmalıdır, ona da dava-dərman edirik. Yasımız bu gün qurtardı. İndi onu da axşam aparacağam xəstəxanaya, qalsın orada, müalicə alsın", - H.Hüseynov deyib.

H.Hüseynov onu da diqqətə çatdırıb ki, Aytacın valideynləri üç il olar ki, boşanıblar. Uşağın atası başqa rayonda, İmişlidə olur. Ona xəbər versələr də, ata yasa gəlməkdən imtina edib.

"Qızım mənimlə qalır, uşaqların atası isə İmişlidə olur. Uşaq rəhmətə gedən gün onun nömrəsinə düşə bilmədim, zəng çatmadı. İndi boşanıbsa da, uşağın atasıdır axı, mən deməliyəm bunu ona. Alınmadı. İmişlidə aliment verilən yerdə işləyən bir müəllim var. Ona zəng etdim ki, bəs hal-qəziyyə belədir. Mən onun nömrəsinə düşə bilmirəm, bəlkə, siz düşərsiniz. Zəng edin, deyin ki, uşağın başına belə bir iş gəlib. O da dedi ki, mən də zəng etdim, zəng çatmadı, amma qohumlarına dedim.

Gözlədim, yenə də zəng etmədi. Sonra dünən qaynıma dedim ki, mən onunla danışmıram, ona bir də sən yaz ki, məsələ belədir. O da zəng edib qaynıma deyib ki, mənim uşağım yoxdur. Mənə uşaq lazım deyil".

"Aytacın atasının, təxminən, 42-43 yaşı olar. Bilmirəm, evlidir, ya subaydır. Sadəcə, bu, onun uşağıdır və mən bunu ona deməli idim. Qızım da heç yerdə işləmir. Aliment alırdı, bir də sosial yardım alır. Mən də kömək edirəm, özü də pis-yaxşı dolanır", - deyə H. Hüseynov vurğulayıb.

Xatırladaq ki, Ağabəyli kənd sakini, 2015-ci il təvəllüdlü A.Novruzova dünən saat 6 radələrində yaşadığı evdə ölüb. Onun pnevmoniyanın yaratdığı yüksək qızdırmadan dünyasını dəyişdiyi bildirilib./oxu.az

Xəstəxanada səsküy salan həkim məsuliyyətə cəlb edildi like
  • 15 Yan 19:37  
Digərləri Xəstəxanada səsküy salan həkim məsuliyyətə cəlb edildi

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cə

arrow Ətraflı
Çimnaz Sultanova vəfat etdi like
  • 15 Yan 19:33  
Şou-biznes Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanovanın vəfat etdiyi deyilir.

arrow Ətraflı
Zibillikdən tapılan kitab 40 min funt sterlinqə satılacaq like
  • 15 Yan 19:30  
Digərləri Zibillikdən tapılan kitab 40 min funt sterlinqə satılacaq

İngiltərədə "Harri Potter və Fəlsəfə Daşı"nın ilk nəşri s

arrow Ətraflı
İnstaqram "çökdü" like
  • 15 Yan 19:26  
Digərləri İnstaqram "çökdü"

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyy�

arrow Ətraflı
Goranboyda iki maşın toqquşub, xəsarət alan var like
  • 15 Yan 19:18  
Digərləri Goranboyda iki maşın toqquşub, xəsarət alan var

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"Artıq ölü yuya bilərəm”"  Aktyordan qəribə açıqlama like
  • 15 Yan 18:47  
Şou-biznes "Artıq ölü yuya bilərəm”" Aktyordan qəribə açıqlama

TRT-nin "Tabii" platformasında yayımlanan "Qassal" serial�

arrow Ətraflı
Bayden vida məktubu yazdı  Son sətirlər... like
  • 15 Yan 18:28  
Dünya Bayden vida məktubu yazdı Son sətirlər...

ABŞ-ın təqaüdə çıxan prezidenti Co Bayden vida məktubu ilə ölkəyə vi

arrow Ətraflı
"Qayınanagəlin mövzusu yığışdırılsın"  Afaq Bəşirqızı əsəbiləşdi like
  • 15 Yan 18:19  
Şou-biznes "Qayınanagəlin mövzusu yığışdırılsın" Afaq Bəşirqızı əsəbiləşdi

Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində iştirakç

arrow Ətraflı
“CZN Burak” izləyicilərini belə aldatdı – özünə 3,5 milyon dollara ev aldı like
  • 15 Yan 18:10  
Dünya “CZN Burak” izləyicilərini belə aldatdı – özünə 3,5 milyon dollara ev aldı

Sosial media vasitəsilə məşhurlaşan və əsasən "CZN Burak" (Bur

arrow Ətraflı
Cənubi Koreyanın sabiq Prezidenti təcridxanaya aparıldı like
  • 15 Yan 18:01  
Dünya Cənubi Koreyanın sabiq Prezidenti təcridxanaya aparıldı

Cənubi Koreyanın vəzifəsindən kənarlaşdırılmış prezidenti Yoon Suk Ye

arrow Ətraflı
İrəvanda on minlərlə insan etiraz edir like
  • 15 Yan 17:42  
Digərləri İrəvanda on minlərlə insan etiraz edir

Ermənistanın paytaxtı İrəvanda 76 min nəfər ictimai nəqliyyatda gediş h

arrow Ətraflı
Paytaxtın 3 qəsəbəsi qazsız qalacaq like
  • 15 Yan 17:35  
Digərləri Paytaxtın 3 qəsəbəsi qazsız qalacaq

3 qəsəbənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

arrow Ətraflı
Türkiyədə polis ailə faciəsi yaşatdı  5 ailə üzvünü öldürdü like
  • 15 Yan 17:22  
Digərləri Türkiyədə polis ailə faciəsi yaşatdı 5 ailə üzvünü öldürdü

Türkiyədə polis əməkdaşı ailə faciəsi ilə bağlı dəhşətli qətliam

arrow Ətraflı