Qisas əməliyyatının davamı: Qarabağdakı 24 post məhv edilməlidir
Siyasət 22 Fev 2023 16:26:31 288 0
https://teleqraf.com/news/siyaset/368271.html
Bu xəbəri də oxu: Yaşar Gülər Bakı ilə İrəvan arasındakı sülh prosesindən danışdı
Bu gün erməniləri yenidən təxribatlara əl atmağa vadar edən, onları ruhlandıran Ermənistana 200 nəfərlik Avropa İttifaqının missiyasının gəlişidir. Məqsəd Azərbaycan Ordusunu mümkün qədər təxribatlara çəkməkdir. Erməni tərəfi əvvəlki dönəmlərdə bir-iki istiqamətdə atəşkəsi pozurdu. İndi isə Ermənistan bir gündə faktiki olaraq missiya gəldikdən sonra 5 istiqamətdə atəşkəsi pozub. Bu, sözsüz ki, həmin missiyaya hansısa absurd iddiaları hazırlamaq üçün əsas yaratmağa hesablanıb.
Son.az xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, bu müddətdə nə Jozef Borrel, nə də Şarl Mişelin dilindən erməni silahlılarının Azərbaycan ərazilərində hələ də qalmaqda olan birləşmələrinin çıxması ilə bağlı heç bir ifadə eşidilməyib: "Çünki onlar erməni silahlılarının Azərbaycan ərazisində qalmasında maraqlıdır. Təxribatlar da məhz onların istəklərindən qaynaqlanır. Ona görə də, Azərbaycan tərəfi olaraq biz bu cür hallara qarşı öz yarımçıq qalmış işlərimizi yekunlaşdırmalıyıq".
Hərbi ekspertə görə, Azərbaycan Qisas əməliyyatını öz ərazisində başa çatdırmaldır: "Son dəqiqləşmiş xəbər odur ki, hazırda Qarabağ ərazisində erməni tərəfinin 24 hərbi obyekti müəyyənləşib. 2020-ci ilin noyabrında bir nəfərinin belə o ərazilərdə qalmağa cürəti çatmayan ermənilər indi burada 24 döyüş postu qurub. Ona görə də, bunlara çox da göz yummaq olmaz. Sülhməramlıların bu prosesə qarşı adekvat reaksiyası yoxdur. Onların hələki başları pul qazanmağa qarışıb".
Türkiyəli aktrisa Eda Eceylə basketbolçu sevgilisi Buğrahan Tuncer evlənir
Ermənistan ölkəmizə qarşı absurd və əsassız iddialarına dəstək axtar
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmo
Almaniyanın Xarici İşlər Nazirliyi İranın Berlindəki səfirliyinin iki ə
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birlə�
Təbii sərvətlərin elektron atlası hazırlanacaq.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mulen Ruj" müzikl
Əməkdar artist Könül Kərimova oğlunu evləndirmək istəyir.
CNN İranın nümayişçilərə işgəncə vermək və onları etiraflara məcbu
Avropa İttifaqının (Aİ) Ermənistanda mülki missiya yerləşdirməkdə məq
"Ermənistanın destruktiv mövqeyindən çəkinərək danışıqlar masas�
22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasını
Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərind�
"Münhen Təhlükəsizlik Konfransı bir çox mətləblərə aydınlıq gə