“Muz TV Azərbaycan"a Tolikə görə xəbərdarlıq edildi
Digərləri 22 Fev 2023 15:20:00 403 0
22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.
Bu xəbəri də oxu: Daha bir vəzifəli şəxs cərimə edildi
Şuradan verilən xəbərə görə, İclasda "MTV" televiziya redaksiyasının (kanalının) efirində 20 fevral 2023-cü il tarixdə saat 12:00-14:45 arası yayımlanan "Ümid ilə gəl" proqramında qeydə alınmış "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunmuşdur.
Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında "Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz...kimdi dalında duran?" ifadələr səsləndirilmişdir. Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən "...kimdi e bunun daydayı... guya "uçastkovu" bilmir? Onda "uçastkovu"nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli..." ifadələri səsləndirilmişdir.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-yə ("MTV" televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul etmişdir.
Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərind�
"Münhen Təhlükəsizlik Konfransı bir çox mətləblərə aydınlıq gə
Mərhum Xalq artisti Tahir Salahovun qızı, rəssam və heykəltəraş Aydan Sa
Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı görüntülər böyük mar
Zəlzələ yerində işləmək üçün xilasedicilər qrupunun tərkibində Tür
Fransanın Havr şəhərinin meri, ölkənin sabiq baş naziri Eduar Filipp Erm�
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçi
Çox qəribə, eyni zamanda təhlükəli bir məsələ var. Qadağan edilən də
İllər boyu Cənubi Qafqazda Ermənistan və Azərbaycan münasibətlərinin no
Xəmir məmulatları, ət məhsulları doğranmış kartof, paxlalar və bəzi �
Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 145 060 nəfər�
20 ildir satdığı maşın hələ də öz adındadır. Hansı quruma müraciət
Müdafiə nazirinin 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun olaraq mühə
3 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Beynəlx