"Tanış olanda mənim 48, onun 24 yaşı var idi"


Şou-biznes 22 Fev 2023 14:57:00 183 0

"Tanış olanda mənim 48, onun 24 yaşı var idi"

Mərhum Xalq artisti Tahir Salahovun qızı, rəssam və heykəltəraş Aydan Salahova haqında lentə alınan "Aidan.doc" adlı sənədli film təqdim olunub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, rəssam müsahibəsi əsnasında ilk həyat yoldaşı Qor Çahal ilə tanışlığından və oğlu Kayın dünyaya gəlməsindən söz açıb:

"İlk qalereyama gəlmişdi, illüstrasiyalarla birlikdə kiçik əsərlərini verdi və biz onları uğurla satdıq. Bir dəfə isə o, əlində ağ qızılgüllərlə gəlmişdi, elə bildim ki, mənim üçündür, amma elə onlarla da getdi. Nədənsə məni incitdi, ondan sonra münasibətimiz başladı. Daha sonra tez-tez Amerikaya getməyə başladıq. Robert Rauşenberqin mənə verdiyi tablonu Sohoda mənzillə dəyişdim. Gah icarəyə verdim, gah da iki ay orada yaşadım. Sonra ABŞ-də uşaq dünyaya gətirmək qərarına gəldim. Bizim belə bir fikrimiz yox idi ki, münasibətimizi rəsmiləşdirək. Amma rəsmi  iş vizası üçün imza atmalı idim. O zaman hamiləliyin doqquzuncu ayında idim.

Çətin bir dövr idi, çünki hamiləlik ərəfəsində demək olar ki, heç nə etməmişəm. Sonra həyat yoldaşım mənim üçün şərtlər qoydu: seçim etməli idim - ya rəssamam, ya da qalereya sahibi.

Hesab edirəm ki, evlilik sisteminə yenidən baxılmalıdır. İsveçrə qanunvericiliyini daha çox bəyənirəm, hansı ki, bərabərliyi tarazlayır. Onlarda belə müqavilələrin bağlanmasının beş-altı növü var. Təəssüf ki, dünya da, insanlar da buna hazır deyil. Uşaq dünyaya gələndə (oğlu Kay) həyat yoldaşıma olan hisslərim birdən yox oldu. Əsas mübahisələrimiz onun qadının sənətçi ola bilməyəcəyi ilə bağlı düşüncələrinə görə yaşanırdı".

Salahova ikinci həyat yoldaşı ilə bağlı isə bu fikirləri səsləndirib:

"Qrişa (Aydanın hazırkı həyat yoldaşı Qriqori Reçan. - red.) ilə tanış olanda 48 yaşım var idi. Onun isə 32-34 yaşı olduğunu düşünürdüm. Sonra məlum oldu ki, onun 24 yaşı var. İnsanların nə düşündüyü məni maraqlandırmır".

O, xərçənglə mübarizədə qarşılaşdığı çətinlikləri danışıb:

"Xərçəngə qalib gələcəyimə şübhəm yox idi. Ancaq üç ay ərzində hiss etdiyim yan təsirlərə və şiddətli ağrılara hazır deyildim. Dostlarıma stomanı çıxartdığımı (red.- bağırsaq və ya onun bir hissəsi götürüldükdən sonra qarın boşluğunun ön divarında cərrahi yolla yaradılmış deşik, bağırsağın içindəkiləri boşaltmaq üçün nəzərdə tutulmuş dəlik) deyəndə, onlar dəhşətə gəldilər. Rusiyada bu barədə danışmaq normal deyil.

Ağrılar içində işləməyə davam edirdim. Eyni zamanda, xəstəlik mənə "yox" deməyi öyrətdi. Cəmiyyətə, ünsiyyətə "yox" deməkdə çətinlik çəkirdim. Çox mülayim biriyəm və insanları sevirəm. Bu, şərq təhsilidir. Ən pisi isə odur ki, hamının sənə yazığı gəlib "döz" deməsidir.

Beləcə, narahat olmamağı öyrənməyə başlayırsınız, buna dəyməz deyirsən. Yaxınlarınızın qarşılaşdıqları çətinliklər, problemdir, ancaq bunları öz ürəyinizə atmaq lazım deyil. Xəstəlik bunu öyrədir. Hər dəfə radioterapiyaya gələndə bu aparatın altında ağlıma müxtəlif fikirlər gəlirdi".

Qeyd edək ki, Salahova ilk dəfə xəstəliyini 2017-ci ildə bilsə də, uzun illər diaqnozunu gizlədib.

Əsgərin davranışı gündəm oldu like
  • 22 Fev 14:46  
Dünya Əsgərin davranışı gündəm oldu

Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı görüntülər böyük mar

arrow Ətraflı
İnsanlıq və sevgi haqqında təsirli hekayə like
  • 22 Fev 14:43  
Digərləri İnsanlıq və sevgi haqqında təsirli hekayə

Zəlzələ yerində işləmək üçün xilasedicilər qrupunun tərkibində Tür

arrow Ətraflı
Eduard Filippin İrəvan "ağrı"sı: like
  • 22 Fev 14:41  
Siyasət Eduard Filippin İrəvan "ağrı"sı:

Fransanın Havr şəhərinin meri, ölkənin sabiq baş naziri Eduar Filipp Erm�

arrow Ətraflı
XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi regionda davam edir  FOTO like
  • 22 Fev 14:40  
Digərləri XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi regionda davam edir FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçi

arrow Ətraflı
Qadağan edilən dərman hələ də satışdadı like
  • 22 Fev 14:35  
Digərləri Qadağan edilən dərman hələ də satışdadı

Çox qəribə, eyni zamanda təhlükəli bir məsələ var. Qadağan edilən də

arrow Ətraflı
Aİnin Cənubi Qafqaza münasibətində “yeni mərhələ” like
  • 22 Fev 14:29  
Siyasət Aİnin Cənubi Qafqaza münasibətində “yeni mərhələ”

İllər boyu Cənubi Qafqazda Ermənistan və Azərbaycan münasibətlərinin no

arrow Ətraflı
“İki aydır maaş almırıq” like
  • 22 Fev 14:24  
Şou-biznes “İki aydır maaş almırıq”

Aktrisa Xəyalə Quliyeva iki ay maaş almadığını bildirib. 

arrow Ətraflı
Dondurulmuş qidalar nə qədər etibarlıdır?  like
  • 22 Fev 14:13  
Digərləri Dondurulmuş qidalar nə qədər etibarlıdır?

Xəmir məmulatları, ət məhsulları doğranmış kartof, paxlalar və bəzi �

arrow Ətraflı
Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı like
  • 22 Fev 14:02  
Digərləri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı

Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 145 060 nəfər�

arrow Ətraflı
20 ildir satdığı maşın hələ də öz adındadır like
  • 22 Fev 13:51  
Digərləri 20 ildir satdığı maşın hələ də öz adındadır

20 ildir satdığı maşın hələ də öz adındadır. Hansı quruma müraciət

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbçiləri döyüş hazırlığı üzrə birgə məşq keçirirlər like
  • 22 Fev 13:44  
Siyasət Azərbaycan və Türkiyə hərbçiləri döyüş hazırlığı üzrə birgə məşq keçirirlər

Müdafiə nazirinin 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun olaraq mühə

arrow Ətraflı
"Sizin üçün" adlı konsert proqramı olacaq like
  • 22 Fev 13:40  
Kriminal "Sizin üçün" adlı konsert proqramı olacaq

3 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Beynəlx

arrow Ətraflı
Ramiz Novruzun oğlu: "Nə efirdə, nə də səhnədə olacam" like
  • 22 Fev 13:32  
Şou-biznes Ramiz Novruzun oğlu: "Nə efirdə, nə də səhnədə olacam"

Mərhum xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov sosial şəb�

arrow Ətraflı
Bakıda vətəndaşlar bu xəstəxananın işindən narazıdırlar like
  • 22 Fev 13:29  
Digərləri Bakıda vətəndaşlar bu xəstəxananın işindən narazıdırlar

Bura Mərdəkan qəsəbəsində yerləşən və "26"lar xəstəxanası

arrow Ətraflı
Səs yazısı yayılan lisey direktoruna şiddətli töhmət verildi, like
  • 22 Fev 13:22  
Digərləri Səs yazısı yayılan lisey direktoruna şiddətli töhmət verildi,

Paytaxtdakı 49 nömrəli "İntellekt" məktəb-liseyində valideynlə

arrow Ətraflı