Aİnin Cənubi Qafqaza münasibətində “yeni mərhələ”


Siyasət 22 Fev 2023 14:29:00 294 0

Aİnin Cənubi Qafqaza münasibətində “yeni mərhələ”

İllər boyu Cənubi Qafqazda Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması üçün addımlar atılıb, vasitəçilər təyin edilib. Lakin dəyişən hər zaman adlar olub. Nəticələr isə eynidir.

Ötən gün Avropa İttifaqının (Aİ) Ermənistana göndəriyi mülki missiya (EUMA) fəaliyyətə başlayıb, missiyanın mülki personalı 100 nəfərdən, o cümlədən, 50-yə yaxın mülki müşahidəçidən ibarət olacaq.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək. Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Yəni Aİ-nin mülki personalı Ermənistan sərhəddin də mülki insanları qoruyacaq. Mülki heyət nə zamandan qoruyucu fəaliyyət göstərir bu ayrı məsələ. Digər bir məsələ isə regionda daima qarşıdurma yaradıb, soyqırımlar törədən, işğalçı xislətə sahib yalnız Ermənistandır. Belə olan halda missiya kimi kimdən qoruyur?

30 ilə yaxın bir müddət Ermənistan Azərbaycan torpaqlarının işğal altında saxlayarkən, o torpaqlarda vandalizm aktları törədərkən, insanların öz torpaqlarından didərgin salarkən gözünü yuman beynəlxalq təşkilat bir anda gözünü açmaq qərarına gəldi. Lakin hələ də doğruları görə bilmir. Sözügedən missiya bölgədə stabilliyi pozan yeganə dövlətin - Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq istəyir.

Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiyası aparılmayıb. Buna səbəb Ermənistandır. Aİ missiyası hansı sərhəddə stabilliyi təmin edəcək?

Əslində Ermənistanın qərbi delimitasiya olunmayan sərhədə gətirməyə can atması bu prosesin həyata keçirilməsinin qarşsını almaq istəyindən irəli gəlir. Onun üçün heç fərqi də yoxdur sərhəddə kim dayanır. Əsas odu sığınıb, yardım gözləyəcəyi biriləri olsun. Onsuzda Ermənistan öz öhdəliklərdən bu cür cəhdlərlə yayınmağı vərdiş halına gətirib. Amma hər dəfə eynilik təşkil edən nəticələrdən də dərs çıxarmır.

Aİ-nin əli ilə Fransanın regionda qurmaq istədiyi oyun dedikləri kimi sülhə yox, yeni qarşıdurmalara səbəb olacaq. Aİ bilərəkdən özünü alətə çevirib, yoxsa bilməyərəkdən istifadə olunur, bu başqa məsələ. Lakin bu oyunu təşkil edənlərin və oyunçuların unutduqları bir detal var. 2020-ci il noyabr ayından etibarən Azərbaycanın regionda yaratdığı yeni reallıq. Yəqin ki, hələ də düşünürlər ki, regiona istədikləri kimi təsir edə bilərlər. Amma gec-tez görmək istəmədikləri bu reallıqla üzləşəcəklər. Aİ missiyası kimi verəcəkləri qərarın,dedikləri sözün heç bir hüquqi əsası olmayan vasitəçilər regionda hər hansı prosesə nə idarəçilik, nə də müdaxilə edə bilər.

Ermənistan çıxış yolunu işə yaramayan, heç bir faydası olmayan vasitəçilərdə görmək yerinə, Azərbaycanla münasibətləri normallaşdırmada görməlidir. Çünki bu yoldan başqa heç bir yol onlara "xilas" vəd etmir.

İllər ərzində Cənubi Qafqazda Ermənistan və Azərbaycan münasibətlərinin normalaşması üçün addımlar atılıb, vasitəçilər təyin edilib. Lakin dəyişən hər zaman adlar olub. Nəticə isə hər zaman eynidir. Missiya və vasitəçilərin sözdə yox, əməldə məqsədləri dəyişmədiyi müddətcə nəticə də eyni olaraq qalacaq.

Humay Ağacanova TREND  

“İki aydır maaş almırıq” like
  • 22 Fev 14:24  
Şou-biznes “İki aydır maaş almırıq”

Aktrisa Xəyalə Quliyeva iki ay maaş almadığını bildirib. 

arrow Ətraflı
Dondurulmuş qidalar nə qədər etibarlıdır?  like
  • 22 Fev 14:13  
Digərləri Dondurulmuş qidalar nə qədər etibarlıdır?

Xəmir məmulatları, ət məhsulları doğranmış kartof, paxlalar və bəzi �

arrow Ətraflı
Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı like
  • 22 Fev 14:02  
Digərləri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı

Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 145 060 nəfər�

arrow Ətraflı
20 ildir satdığı maşın hələ də öz adındadır like
  • 22 Fev 13:51  
Digərləri 20 ildir satdığı maşın hələ də öz adındadır

20 ildir satdığı maşın hələ də öz adındadır. Hansı quruma müraciət

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbçiləri döyüş hazırlığı üzrə birgə məşq keçirirlər like
  • 22 Fev 13:44  
Siyasət Azərbaycan və Türkiyə hərbçiləri döyüş hazırlığı üzrə birgə məşq keçirirlər

Müdafiə nazirinin 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun olaraq mühə

arrow Ətraflı
"Sizin üçün" adlı konsert proqramı olacaq like
  • 22 Fev 13:40  
Kriminal "Sizin üçün" adlı konsert proqramı olacaq

3 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Beynəlx

arrow Ətraflı
Ramiz Novruzun oğlu: "Nə efirdə, nə də səhnədə olacam" like
  • 22 Fev 13:32  
Şou-biznes Ramiz Novruzun oğlu: "Nə efirdə, nə də səhnədə olacam"

Mərhum xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov sosial şəb�

arrow Ətraflı
Bakıda vətəndaşlar bu xəstəxananın işindən narazıdırlar like
  • 22 Fev 13:29  
Digərləri Bakıda vətəndaşlar bu xəstəxananın işindən narazıdırlar

Bura Mərdəkan qəsəbəsində yerləşən və "26"lar xəstəxanası

arrow Ətraflı
Səs yazısı yayılan lisey direktoruna şiddətli töhmət verildi, like
  • 22 Fev 13:22  
Digərləri Səs yazısı yayılan lisey direktoruna şiddətli töhmət verildi,

Paytaxtdakı 49 nömrəli "İntellekt" məktəb-liseyində valideynlə

arrow Ətraflı
Nikol komandasının “dosye”sini toplayır like
  • 22 Fev 13:18  
Digərləri Nikol komandasının “dosye”sini toplayır

Paşinyanın komanda yoldaşlarına etimadsızlığı pik həddə çatıb. Baş

arrow Ətraflı
Bakıya sulu qar yağacaq like
  • 22 Fev 13:14  
Digərləri Bakıya sulu qar yağacaq

Fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda görünməmiş oğurluq like
  • 22 Fev 13:10  
Kriminal Azərbaycanda görünməmiş oğurluq

Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü o

arrow Ətraflı
Azərbaycanlı həkim Türkiyə mediasının GÜNDƏMİNDƏ like
  • 22 Fev 13:07  
Digərləri Azərbaycanlı həkim Türkiyə mediasının GÜNDƏMİNDƏ

Daha bir azərbaycanlı həkim Türkiyədə zəlzələdən zərərçəkmiş insa

arrow Ətraflı
Rusiya ABŞa xəbərdarlıq etdi: "Nüvə silahı ilə..." like
  • 22 Fev 12:56  
Dünya Rusiya ABŞa xəbərdarlıq etdi: "Nüvə silahı ilə..."

"Vaşinqton Moskvanın məğlub olmasını istəyirsə, dünya qlobal müna

arrow Ətraflı
Bakıda sərxoş kişinin avtomobilləri cızmasının görüntüləri like
  • 22 Fev 12:45  
Digərləri Bakıda sərxoş kişinin avtomobilləri cızmasının görüntüləri

Paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə g

arrow Ətraflı