Avropa Parlamentindəki frikşou nə zaman bitəcək?


Siyasət 22 Fev 2023 16:19:00 329 0

Avropa Parlamentindəki frikşou nə zaman bitəcək?

Ermənistan ölkəmizə qarşı absurd və əsassız iddialarına dəstək axtarışında bu dəfə avropalı separatçılara üz tutub. İrəvanın məqsədi Avropada separatizmi təbliğ edən və "tanınmamış dövlətlər" aberrasiyasına tapınaraq siyasi mübarizə aparmağa çalışan siyasət tullantılarından faydalanmaqdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, Fransa parlamentinin üzvü, korsikalı siyasətçi, "Avropa Azad Alyansı" partiyasının sədri Fransua Alfonsi İrəvanda səfərdə olub.

Alfonsi həm də Avropa Parlamentindəki ən idiotik strukturlardan biri sayılan "Qarabağlı ermənilərlə dostluq qrupu"nun rəhbəridir.

Onun yanında macar parlamentar, "Qarabağlı ermənilərlə dostluq qrupu"nun üzvü Atilla Ara-Kovaç, habelə bu "qrup"un digər həmsədri, fransalı deputat Silvi Giyom vardılar.

Onlar Sisernakaberddə qondarma "erməni soyqırımı"nın xatirəsinə ucaldılmış memorial kompleksdə olublar.

Avropalı deputatları Daşnaksutyunun Avropa "Hay Dat" ("Erməni məsələsi") ofisinin sədri Qaspar Karapetyan, "Hay Dat"ın mərkəzi ofisinin xüsusi proqramlar üzrə məsul katibi Gevork Qukasyan və ofisin direktoru Yegine Evinyan müşayiət ediblər.

Daha sonra Fransua Alfonsi Twitter-dəki akkauntunda belə paylaşım edib: "Bir əsr sonra Azərbaycanla Türkiyə Dağlıq Qarabağda etnik təmizləmələrə hazırlaşır: ermənilər üçün həyati önəm daşıyan Laçın yolunun blokadası, təbii qaz və elektroenerji nəqlinin dayandırılması... Ölkə boşalır, hücuma hazırlıq gedir. Erməni xalqını dəstəkləyin!".

Bir qədər sonra isə Avropa Parlamentinin digər mənsubları - Piter van Dalen (Hollandiya), Lars Patrik Berq (Almaniya), Fransua-Ksavye Bellami (Fransa) və Andrey Kovaçev (Bolqarıstan) Avropa Şurasının sədri Şarl Mişellə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrelə məktub ünvanlayaraq "qarabağlı erməniləri bakılı faşistlərdən qorumağa" çağırıblar.

Fransızların təbirincə desək, bu "voyaj"ın təşəbbüskarı daşnaklar olsalar da, bəyanatların müəllifi Fransua Alfonsidir.

Fransanın Korsika adasından olan 69 yaşlı bu siyasətçi ifrat separatçı, radikal olmaqla yanaşı, siyasi mövqeyini və baxışlarını asanlıqla, sürəkli dəyişmiş bir şəxsdir.

Hazırda "Avropa Azad Alyansı" (European Free Alliance, EFA) partiyasına sədrlik edən Alfonsi korsikalı separatçıların tanınmış funksionerlərindən biri olmaqla yanaşı, Avropa İttifaqı ölkələrindəki separatçıların populyar fiqurlarından sayılır.

Onun fəaliyyətinin maliyyə mənbələri arasında Daşnaksutyun və Fransadakı erməni diaspor təşkilatları ilə yanaşı, kürdlərin terror PKK təşkilatı da əlahiddə yer tutur.

Məsələn, fevralın 15-də PKK mənsubları Avropa Parlamentinin binasına soxularaq "Türkiyəyə ölüm!", "Məhbus qardaşlarımızı azad edin!", "PKK terror təşkilatı deyil!" bağıranda F.Alfonsi onların fotosunu çəkmiş, sonra Twitterdəki akkauntunda həmin fotoları paylaşaraq yazmışdı: "Kürd fəallar Avropa parlamentinə girərək səsverməni yarımçıq qoydular. Onların Avropadan dəstək tələbləri haqlıdır! PKK terrorçu təşkilatlar siyahısından çıxarılmalıdır!".

F.Alfonsi "praqmatik və demokrat siyasətçi" olduğunu fasiləsiz təkrarlasa da, adi və primitiv radikal separatçıdır.

Onun rəhbərlik etdiyi EFA isə sözdə "Avropa ölkələrindəki milli azlıqların hüquqlarını müdafiə edərək yaşadığı ölkənin və ya regionun siyasi suverenliyinə, yaxud müstəqilliyinə can atan, yaxud da özünüidarəyə nail olmaq istəyən şəxslərin hüquqlarını müdafiə edən siyasi struktur" kimi qələmə verməsinə rəğmən, Avropada separatizmi hər vəchlə və vasitə ilə dəstəkləyən alyansdır.

Avropadakı "yaşıllar" hərəkatının tərkibində olan EFA indi Avropa Parlamentində 5 deputatla - Fransua Alfonsi (Fransa), Tatyana Jdanok (Latviya), Jordi Sole (İspaniya), Diana Riba (İspaniya) və Pyer-Nikol Pediçini (İtaliya) ilə təmsil olunublar.

Onların istisnasız olaraq hamısı Daşnaksutyun və Avropadakı erməni diaspor təşkilatları ilə sıx "əməkdaşlıq" edirlər. Bu "fəaliyyət" o həddə çatıb ki, "Hay Dat"ın mərkəzi ofisində adları çəkilən başabəla deputatlara "maliyyə dəstəyi" məsələlərinə görə məsul olan Ara Musayan ötən ay ermənilərin "Ramkavar-Azatakan" partiyasının Paris təmsilçisi Poqos Arustamyana şikayətlənərək "həddən artıq pul xərclənir bu adamlara, effektivlik səviyyəsi isə çox aşağıdır" demişdi.

Fransua Alfonsi belə fəaliyyətin bariz nümunəsi sayıla bilər. "Dağlıq Qarabağ" ifadəsinin artıq tarixi nonsens və siyasi atavizm olduğunu dərk etməyən korsikalı siyasətçi "bakılı faşist"lərdən bəhs edir, qarabağlı ermənilərin "blokada"da olduqlarını yazır və üstəlik, hansısa irreal "hücum"dan bəhs edir.

Alfonsinin açıqlamasındakı iddialar yığını puç olduğu kimi, onun təmsil olunduğu "Qarabağlı ermənilərlə dostluq qrupu" da ermənilərin konkret maraqlarına xidmət etdiyindən, korsikalı parlamentar ən primitiv tamah hissinin, siyasi merkantilizmin girovuna çevrildiyini etiraf etmək istəmir.

Əslində, Avropa Parlamentinin indiki heyətindəki deputatların tam əksəriyyəti Fransua Alfonsi təki siyasət frikləridir.

Ümid edək ki, 2024-cü ildə keçiriləcək seçkilərdən sonra avroparlamentarlar arasında adekvat şəxslərin statik sayı indiki kimi bədbinlik vəd edəcək sayda az olmaz.

İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib like
  • 22 Fev 16:12  
Siyasət İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmo

arrow Ətraflı
Almaniya İran səfirliyinin iki əməkdaşını ölkədən qovdu like
  • 22 Fev 16:11  
Dünya Almaniya İran səfirliyinin iki əməkdaşını ölkədən qovdu

Almaniyanın Xarici İşlər Nazirliyi İranın Berlindəki səfirliyinin iki ə

arrow Ətraflı
BƏƏ ilə imzalanmış Anlaşma Memorandumu təsdiqləndi like
  • 22 Fev 16:04  
Siyasət BƏƏ ilə imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birlə�

arrow Ətraflı
Təbii sərvətlərin elektron atlası hazırlanacaq like
  • 22 Fev 16:00  
Digərləri Təbii sərvətlərin elektron atlası hazırlanacaq

Təbii sərvətlərin elektron atlası hazırlanacaq.

arrow Ətraflı
"Mulen Ruj" müziklinin uyğunlaşdırılmış variantı nümayiş olundu  FOTO like
  • 22 Fev 15:59  
Kriminal "Mulen Ruj" müziklinin uyğunlaşdırılmış variantı nümayiş olundu FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mulen Ruj" müzikl

arrow Ətraflı
“Oğlum qəşəngdir, necə çirkin qız alım?” əməkdar artist like
  • 22 Fev 15:51  
Şou-biznes “Oğlum qəşəngdir, necə çirkin qız alım?” əməkdar artist

Əməkdar artist Könül Kərimova oğlunu evləndirmək istəyir.

arrow Ətraflı
İranda bu cür işgəncələr verilir  CNNdən şok hesabat like
  • 22 Fev 15:40  
Dünya İranda bu cür işgəncələr verilir CNNdən şok hesabat

CNN İranın nümayişçilərə işgəncə vermək və onları etiraflara məcbu

arrow Ətraflı
"Ermənistan destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına qayıtmalıdır" like
  • 22 Fev 15:30  
Siyasət "Ermənistan destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına qayıtmalıdır"

"Ermənistanın destruktiv mövqeyindən çəkinərək danışıqlar masas�

arrow Ətraflı
“Muz TV Azərbaycan"a Tolikə görə xəbərdarlıq edildi like
  • 22 Fev 15:20  
Digərləri “Muz TV Azərbaycan"a Tolikə görə xəbərdarlıq edildi

22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasını

arrow Ətraflı
LaçınXankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib like
  • 22 Fev 15:11  
Siyasət LaçınXankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib

Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərind�

arrow Ətraflı
Paşinyan Rusiyanın "TORBASINI TİKDİ": like
  • 22 Fev 15:00  
Siyasət Paşinyan Rusiyanın "TORBASINI TİKDİ":

"Münhen Təhlükəsizlik Konfransı bir çox mətləblərə aydınlıq gə

arrow Ətraflı
"Tanış olanda mənim 48, onun 24 yaşı var idi" like
  • 22 Fev 14:57  
Şou-biznes "Tanış olanda mənim 48, onun 24 yaşı var idi"

Mərhum Xalq artisti Tahir Salahovun qızı, rəssam və heykəltəraş Aydan Sa

arrow Ətraflı
Əsgərin davranışı gündəm oldu like
  • 22 Fev 14:46  
Dünya Əsgərin davranışı gündəm oldu

Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı görüntülər böyük mar

arrow Ətraflı