Paşinyan üçün ƏZAB BAŞLADI
Siyasət 20 Fev 2023 12:43:00 292 0
Münhen Təhlükəsizlik Konfransının növbəti sessiyası (59-cu) maraqlı məqamlarla yadda qaldı. Ən diqqətçəkən məsələlərdən biri heç şübhəsiz ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu.
Bu xəbəri də oxu: Ciorcia Meloni: Azərbaycanı COP29un Prezidenti kimi görməkdən məmnunam
Tərəflər arasında görüşün keçirilməyəcəyi deyilsə də, bir gündə Azərbaycan və Ermənistan liderləri düz iki dəfə fərqli formatda qarşı-qarşıya gəldilər. Öncə fevralın 18-də Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə belə bir görüş gerçəkləşdi, ardınca da "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda bu dəfə panel müzakirə zamanı üz-üzə gəldilər.
Hər iki görüş rəsmi İrəvan üçün gözləntilərin altında oldu desək yanılmarıq. Çünki erməni baş nazirin Əliyevin faktları qarşısında dəlilsiz, sübutsuz çıxışı boş söz yığınından başqa bir şey olmadığı açıq görünürdü. Misal üçün onun "Dağlıq Qarabağ" termininin üçtərfli imzalanmış sənəddə mövcudluğu haqqında bəyanatı kimi...
Ermənistan baş naziri Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün hazır olduqlarını bildirsə də, "Dağlıq Qarabağ" deməklə Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə təhdid etdiyinin yəqin ki, fərqindədir. Sülh məsələsi isə ilk-öncə sərhədlərin delimitasiya-demarkasiya prosesinə bağlı bir mövzu olduğunu nəzərə alsaq, o zaman Nikol Paşinyanın niyyətinin sülh olmadığı gün kimi aydın olur. Çünki sülhə gedən yol qarşılıqlı ərazi bütövlüyünü tanımaqdan keçir ki, erməni baş nazir bunu hələ keçən ilin sonlarında Praqa görüşündə təsdiqləmişdi. Amma görünür, rəsmi İrəvan özü-özünü də təkzib etməyi siyasi uğur hesab edir.
Ona ən yaxşı və tutarlı cavabı isə elə İlham Əliyev panel müzakirələri zamanı dünyanın gözü qarşısında verdi: "Diqqətinizə çatdırım ki, "Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. "Naqorno" sözünün mənası dağlıq deməkdir".
Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan İlham Əliyev qeyd edib:
"Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur".
Bəli, Azərbaycan Prezidentinin 2021-ci ilin 7 iyulda imzaladığı fərmandan sonra çoxsaylı erməni və rus terminləri kimi "Dağlıq Qarabağ" da göndərilib gedər gəlməzə. Bizim indi dünya ictimaiyyətindən tələb etdiyimiz budur ki, hazırda Azərbaycanda bu terminləri ifadə edən ərazi vahidi yoxdur. Artıq Qarabağ İqtisadi Rayonu, Şərqi Zəngəzur İqtisadi rayonu mövcuddur ki, onların sırasına Qərbi Zəngəzuru da daxil edə bilərik.
Görünür, 3 il əvvəl elə Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev tərəfindən cılız vəziyyətə salındığını unudan Nikol Paşinyan, indi daha diqqətli olmalı olduğunu belə unudub. Onu da unudub ki, panel müzakirədə dili topuq vura-vura yarımçıq ingiliscəsinə rus sözü olan "Naqorno Karabağ" ifadəsini dürtmələməklə Qərbə inteqrasiya etmək üçün orbitindən çıxmaq istədiyi Rusiyadan qopmağın çətinliyini dünyaya nümayiş etdirmiş oldu.
Özünü yenə yaxşı aparmayan Ermənistan baş naziri yəqin ki, növbəti Münhen dueli gerçəkləşənə qədər hakimiyyətdə postunu qoruyub-saxlamağı bacaracağı təqdirdə daha diqqətli cümlələr, sözlər seçməyi öyrənəcək.
Bir daha gördük ki, Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlardakı fərqlilik regionu istənilən an həssaslaşdıra bilər. Buna görə məsuliyyət isə birbaşa olaraq məhz Ermənistan və onun havadarlarının üzərinə düşür.
Bu gün rəsmi Bakı istənilən platformada, istənilən formatda öz qətiyyətli mövqeyini layiqincə qoruya bilir, istək və məqsədlərini açıq şəkildə ifadə edir. Bu məsələdə Ermənistanda vəziyyət tamamilə fərqlidir. Müstəqil siyasətin nə olduğunu bilməyən Ermənistan hakimiyyəti istənilən geosiyasi proseslə, regional məsələlərlə bağlı ona himayədarlıq edən havadarlarının fikrini öyrənməsə, özbaşına addım atmaq cəhdinin ürəkaçan olmayacağından narahatdır.
Elə bunun üçün də Azərbaycan prezidentinin ABŞ dövlət katibi Entoni Blinken və Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə Paşinyan cavab verməkdə çətinlik çəkdir. Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır. Azərbaycan prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub. Amma gördük ki, bu məsələni panel müzakirələr zamanı da qabardan İlham Əliyevə cavab vermək, mövqe bildirmək əvəzinə Nikol Paşinyan susqunluğu seçib.
Baxmayaraq ki, sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına zidd deyil. Necə ki, Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisində daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq. İlham Əliyein də qeyd etdiyi kimi, buna görə bizə heç kim mane ola bilməz.
Hətta Fransa da...
Baxmayaraq ki, Emanuel Makron Münhen Təhlükəsizlik Konfransında "Ermənistana dəstəyə davam edəcəyik" fikirini səsləndirdi, bu cəhdlər Bakını məramından döndərə bilməyəcək. Fransa lideri bu açıqlama ilə açıq şəkildə dünyanın gözü qarşısında işğalçı Ermənistana növbəti dəfə dəstəyini, sevgisini nümayiş etdirməklə yanaşı islamafobiya, türkəfobiyasını da gizlədə bilmədi. Makronun "Ermənistana dəstəyə davam edəcəyik" açıqlamasını Fransanın Cənubi Qafqazda təxribatlara davam edəcəyinin anonsu kimi qəbul etmək lazımdır.
Lakin Fransanın ikilistandarlara uyğun davranışına baxmayaraq, Münhen Konfransı göstərdi ki, Brüssel və Vaşinqton vasitəçilik təşəbbüslərindən əl çəkmək niyyətində deyil. Əsas odur ki, İlham Əliyev və göründüyü qədər Nikol Paşinyan Qərbin vasitəçiliyinə müsbət yanaşır.
Münhendəki danışıqlarda real nəticə əldə olunmasa da, Brüsellə Vaşinqtonun moderatorluğunu davam etdirməsi regionda eskalasiya riskini azaltmaq, məsələləri danışıqlar yolu ilə yoluna qoymaq adına faydalıdır. Lakin bu danışıqlar daha 30 illik işğal zamanı kimi uzun bir zamanı əhatə edəcək kimi görünmür.
Bu gün regionda əsas söz sahibi, aktor kimi Azərbaycan əlini masaya vuraraq beynəlxalq oyunçuları prosesləri dalana dirəmək cəhdindən çəkinməyə səsləyir. Əks təqdirdə Ermənistan üçün böyük təhlükə mənbəyi olurlar. Rəsmi Bakı Münhen Təhlükəsizlik Konfransında istər Ermənistana, istərsə də Cənubi Qafqazda maraqları toqquşan beynəlxalq oyunçulara növbəti dəfə izah etdi ki, bu region sizin arxa baxçanız deyil.
Təhməz Əsədov Son.az
İnanıram ki, qarşıdakı həftələr müəyyən mənada Ukrayna üçün həll
Türkiyədə baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu və
Ukrayna müharibənin 362-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə
Srağagün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları
"Atam rəhmətə gedəndə 47, anam rəhmətə gedəndə isə 63 yaşı olu
"Cənubi Qafqazdakı vəziyyət barədə də danışdıq".
O, zəlzələnin insanlara yaşatdığı dəhşəti anasının qarnında hiss ed
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş g
Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində 1989-cu il təvəllü
Zəlzələdən zərər çəkən Hatay sakini olan qadın şok yaşayıb.
Vətən müharibəsi şəhidi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçman
Planetdə əsaslı təmizlənmə başlayıb. Son zamanlar tez-tez bəhs edilən
İranın Saqqız şəhərində gənc sünni din xadimi güllələnib.