Münxen konfransı: Prezident İlham Əliyevin lakonizmi və Paşinyanın çarəsiz çırpınışları


Siyasət 20 Fev 2023 11:21:00 300 0

Münxen konfransı: Prezident İlham Əliyevin lakonizmi və Paşinyanın çarəsiz çırpınışları

Planetdə əsaslı təmizlənmə başlayıb. Son zamanlar tez-tez bəhs edilən yeni dünya nizamının ilk cizgiləri tədricən təzahür etməyə başlayır.

Müəlliflərin gözündə necə göründüyü ancaq onlara məlumdur. Reallıqda necə olacağını isə hələlik yəqin ki, heç kəs bilmir. Lakin hər halda bir şey dəqiqdir: onu müharibələrin və təcavüzün köməyilə yaratmaq olmaz.

Münxen Təhlükəsizlik Konfransı Davos İqtisadi Forumu kimi digər beynəlxalq qeyri-rəsmi forumlarla yanaşı, məhz mövqelərin yoxlanıldığı, bu və ya digər ölkələrin liderlərinin fikirləri ilə tanış olunduğu və bu ən yeni qlobal nizamın təməlinin pillə-pillə qoyulduğu platformadır.

Münxen konfransının sədri Kristof Hoysgen konfransın ilk günü onun "qaydalara əsaslanmış siyasəti dəstəkləyən forum olduğunu" qeyd edib.

Bu qeydi beynəlxalq hüquq nöqteyi-nəzərindən nüfuzu qüsursuz olan ölkəmizə tam anlamında aid etmək olar və danılmaz bir üstünlükdür.

Bununla belə, üç Cənubi Qafqaz dövlətinin başçılarının iştirak etdiyi panel müzakirəsində moderator qismində çıxış edən Hoysgen son dərəcə həyasız bir müqayisə apardı: "biz zəlzələ zonasında [Türkiyədə] humanitar vəziyyətdən danışırıq, lakin bizi həm də blokadaya alındığı görünən Laçın dəhlizindəki humanitar vəziyyət də narahat edir".

Belə bir əlverişli "pas" alan erməni lideri Paşinyan tam beş dəqiqə danışdı və bununla belə yeni və həqiqətə uyğun heç nə demədi: "bəli, haqlısınız, Laçın dəhlizi artıq 70 gündür ki, bağlıdır, Dağlıq Qarabağ blokadadır, oraya elektrik enerjisi və qaz ötürülmür" və s.

O həmçinin bu gün Qərbin Rusiyaya qarşı münasibətini bildiyindən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Laçın dəhlizinin fəaliyyətinin rus sülhməramlı kontigenti tərəfindən təmin edilməli olduğunu deyərək bununla Azərbaycan və Rusiyanın əlbir olduğuna eyham edib.

Ermənistan lideri başqa nələrdən danışdı? Öz ölkəsində demokratiyanın və müstəqil məhkəmə sisteminin qurulmasından, Azərbaycan tərəfin təhqir və revanş siyasəti apardığından, ermənilərin Qarabağda məscidləri dağıtmasını nəzərdə tutaraq müzakirə olunan məsələlərə dini kontekstin daxil edilməsinin təhlükəli olduğundan.

Bir sözlə, Paşinyanın da komandası "yaxşı çalışıb". Doğru və ya yalan olmasından asılı olmayaraq, əllərinin altında olan hər şeydə Azərbaycanı ittiham etdilər.

Qısacası, bunlar erməni baş nazirinin növbəti çarəsiz çırpınışları idi.

Allah şahiddir ki, mən öz Prezidentimizi fövqəlinsan kimi qələmə vermirəm, lakin deməliyəm ki, o hesabında yalnız ölkələrinin şanlı tarixləri olan bir çox dünya liderini çoxdan geridə qoyub.

Azərbaycan Prezidenti məhz lazım olan yerdə böyük qətiyyət nümayiş etdirdi.

Onun Ermənistanın baş naziri ilə moderator vasitəsilə qiyabi müzakirəsi sadə bir postulata gətirib çıxardı: Ermənistana və Azərbaycana uzunmüddətli sülh lazımdır. Müharibələr arasında sülh deyil, gizli düşmənçiliyin olmadığı real sülh.

O, erməni separatçıları tərəfindən Azərbaycan torpağında törədilən çoxlu sayda hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə baxmayaraq, bu sülh naminə qarşı tərəfə əlini uzatmağa hazırdır və Prezident müzakirə zamanı bu barədə də qeyd etdi.

Prezident İlham Əliyev həmçinin erməni tərəfinə Ermənistan-Azərbaycan sərhədində birgə nəzarət buraxılış məntəqələri yaratmağı təklif etdi.

Beləliklə, dünya Azərbaycan və Ermənistan rəhbərlərinin mövqelərini bir daha eşitdi və əmin oldu ki, rəsmi Bakı hansısa müqavimətə baxmayaraq, sülh sazişi bağlanması məsələsini sonadək aparmaq niyyətindədir.

Yeni qarşıdurma mənasızdır, Cənubi Qafqazda sülh isə yeni imkanlar yaradacaq və bu kontekstdə Azərbaycanın mövqeyi yeni dünya nizamının qurucularının maraqlarına cavab verir.

TREND

İranda sünni din xadiminin oğlu öldürülüb like
  • 20 Fev 11:07  
Digərləri İranda sünni din xadiminin oğlu öldürülüb

İranın Saqqız şəhərində gənc sünni din xadimi güllələnib.

arrow Ətraflı
Xilasedicilərimizin dağıntılardan çıxardığı cəsədlərin sayı açıqlandı like
  • 20 Fev 10:56  
Dünya Xilasedicilərimizin dağıntılardan çıxardığı cəsədlərin sayı açıqlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas

arrow Ətraflı
Bank Respublika Qazaxda 35ci xidmət nöqtəsini açıb like
  • 20 Fev 10:50  
Digərləri Bank Respublika Qazaxda 35ci xidmət nöqtəsini açıb

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərinin

arrow Ətraflı
Ermənistanda qar uçqununda “UAZ” dərəyə aşıb, like
  • 20 Fev 10:26  
Dünya Ermənistanda qar uçqununda “UAZ” dərəyə aşıb,

Fevralın 19-du, saat 19:40 radələrində Ermənistanın Sünik vilayətinin Xn

arrow Ətraflı
İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri like
  • 20 Fev 10:19  
Siyasət İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlük�

arrow Ətraflı
TRACECA AvropaQafqazAsiya dəhlizinin rəqəmsallaşdırılması üzrə işçi qrup yaradacaq like
  • 20 Fev 10:17  
Digərləri TRACECA AvropaQafqazAsiya dəhlizinin rəqəmsallaşdırılması üzrə işçi qrup yaradacaq

TRACECA-ya üzv ölkələr Avropa-Qafqaz-Asiya dəhlizinin rəqəmsallaşdırıl

arrow Ətraflı
“Bu hadisə çiyinlərimizdən tutub, bizi silkələdi” like
  • 20 Fev 10:15  
Şou-biznes “Bu hadisə çiyinlərimizdən tutub, bizi silkələdi”

Aparıcı Vüsalə Əlizadə Türkiyədəki zəlzələ ilə bağlı paylaşım e

arrow Ətraflı
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kapital Bankda olublar like
  • 20 Fev 10:07  
Digərləri İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kapital Bankda olublar

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Rövşən Al

arrow Ətraflı
Xilasedicilərim tapdıqları qızıl və zinət əşyalarını polisə təhvil verdi like
  • 20 Fev 09:54  
Dünya Xilasedicilərim tapdıqları qızıl və zinət əşyalarını polisə təhvil verdi

Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan

arrow Ətraflı
Fortescue Future Industries Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək like
  • 20 Fev 09:52  
Digərləri Fortescue Future Industries Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək

Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti Azərbaycanla yaşıl

arrow Ətraflı
Reperin konsertində atışma like
  • 20 Fev 09:41  
Şou-biznes Reperin konsertində atışma

Reper Motanın Moskvada gecə klublarından birində keçirilən konsertində qo

arrow Ətraflı
Münxendə qurulan antiRusiya İttifaqı like
  • 20 Fev 09:30  
Siyasət Münxendə qurulan antiRusiya İttifaqı

Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxı

arrow Ətraflı
Azərbaycan Ordusunun polkovnikleytenantı qəflətən vəfat etdi like
  • 20 Fev 09:27  
Digərləri Azərbaycan Ordusunun polkovnikleytenantı qəflətən vəfat etdi

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağa

arrow Ətraflı
Pambıq zavodunda yanğın: like
  • 20 Fev 09:24  
Digərləri Pambıq zavodunda yanğın:

Sabirabadda pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (

arrow Ətraflı