TRACECA AvropaQafqazAsiya dəhlizinin rəqəmsallaşdırılması üzrə işçi qrup yaradacaq
Digərləri 20 Fev 2023 10:17:00 290 0
TRACECA-ya üzv ölkələr Avropa-Qafqaz-Asiya dəhlizinin rəqəmsallaşdırılması məsələləri üzrə işçi qrupun yaradılması qərarını təsdiqləyiblər.
Bu barədə Trend-ə "TRACECA" Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin mətbuat xidmətindən bildiriblər.
Təsdiqlənmiş sənədlər içərisində həmçinin sərhədlərin kəsişməsi və avtomobil nəzarət məntəqələri üzrə qaynar xətt konsepsiyasının yeni redaksiyası və TRACECA dəhlizinin marşrutları üzrə statistik məlumatların formalaşması, həmçinin sərhədlərin kəsişməsi prosedurlarını yüngülləşdirmək və TRACECA dəhlizi ilə daşınan yük həcmlərinin hesablanmasının effektivliyini artırmaq məqsədi güdən "Multimodal daşınmaların hüquqi əsasları"nın icmalı öz əksini tapıb.
"TRACECA-ya üzv ölkələr həmçinin Xəzər dənizi ilə yüklərin daşınması üçün təklif edilən gəmi konsepti üzrə əsas çoxtərəfli sazişlərdə maraqlı tərəflər üçün sənədlərin təkmilləşdirilməsi, TRACECA Fondu və İşgüzar Şurasının yaradılması, peşəkar sürücülərin Avropa-Qafqaz-Asiya dəhlizi ilə vizasız daşımaları haqqında razılaşmalar istiqamətində fəaliyyəti müzakirə ediblər və bunu davam etdirmək niyyətindədirlər", - mətbuat xidmətindən bildiriblər.
Bundan başqa, Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin üzv ölkələri əsas çoxtərəfli saziş tərəflərinin 2016-2026-ci illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə gördükləri işi, habelə beynəlxalq avtomobil daşımaları üçün TRACECA icazələr sisteminin fəaliyyətinin nəticələrini müsbət olaraq dəyərləndiriblər.
Aparıcı Vüsalə Əlizadə Türkiyədəki zəlzələ ilə bağlı paylaşım e
Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Rövşən Al
Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan
Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti Azərbaycanla yaşıl
Reper Motanın Moskvada gecə klublarından birində keçirilən konsertində qo
Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxı
Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağa
Sabirabadda pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (
Türkiyədə baş verən zəlzələ nəticəsində Osmaniyədə fəlakət qurban
Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxı
AB Rusiyaya yönəlmiş, lakin Avropaya zərər verən yeni sanksiyalar tətbiq
Tərkibində təbii biotənzimləyicilər - poliprenollar və bioflavonoidlər o
Əfqanıstanda tərk edilmiş xarici hərbi bazalar ölkənin iqtisadi artımın
İsgəndərun və Hatay Mavi Vətənin (Türkiyənin ərazi suları - red.) qəl