Fortescue Future Industries Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək
Digərləri 20 Fev 2023 09:52:00 277 0
Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti Azərbaycanla yaşıl enerji sahəsində sıx əməkdaşlıq edəcək.
Bu xəbəri də oxu: Elman Paşayevin həbs müddəti uzadıldı
Trend-ə bu barədə FFI-dan bildiriblər.
"Azərbaycan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmaq və Avropaya yaşıl enerji nəql etmək niyyətindədir. FFI bərpa olunan enerji mənbələri və ekoloji təmiz hidrogen istehsalı ilə əlaqədar potensial layihələrin reallaşdırılması üçün ən uyğun yeri müəyyənləşdirmək üçün qarşıdakı müddətdə hökumətlə sıx əməkdaşlıq edəcək", - şirkətdən bildiriblər.
Şirkətin bildirdiyinə görə, Azərbaycanın mövcud boru kəmərləri ilə Avropaya yaşıl enerjinin nəqli üçün ideal coğrafi mövqeyi və birləşdirici kabelləri var və hazırda bunlar ölkə ilə Avropa İttifaqı (Aİ) arasında müzakirə olunmaqdadır.
"FFI həm Avropaya yaşıl enerjinin nəqli yolları, həm də Azərbaycanda dekarbonizasiya üçün yaşıl enerjinin istifadəsində maraqlıdır", - şirkətdən bildiriblər.
Xatırladaq ki, 2022-ci ilin sonunda Fortescue Future Industries və Azərbaycanın Energetika Nazirliyi arasında ölkədə 12 min meqavat gücündə külək və günəş enerjisi istehsalı üzrə layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb.
Bundan başqa, FFI tərəfindən artıq Azərbaycanda yaşıl hidrogenin istehsalı və nəqli üzrə layihənin planını hazırlanıb və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə bərpa olunan enerji mənbələri üzrə komissiyanın ikinci iclasında təqdim olunub.
Reper Motanın Moskvada gecə klublarından birində keçirilən konsertində qo
Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxı
Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağa
Sabirabadda pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (
Türkiyədə baş verən zəlzələ nəticəsində Osmaniyədə fəlakət qurban
Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxı
AB Rusiyaya yönəlmiş, lakin Avropaya zərər verən yeni sanksiyalar tətbiq
Tərkibində təbii biotənzimləyicilər - poliprenollar və bioflavonoidlər o
Əfqanıstanda tərk edilmiş xarici hərbi bazalar ölkənin iqtisadi artımın
İsgəndərun və Hatay Mavi Vətənin (Türkiyənin ərazi suları - red.) qəl
Münhen Təhlükəsizlik Konfransı zamanı Baş katib Yens Stoltenberqin eyham
Yaponiya hökuməti Şimali Koreyanın raket buraxılışı ilə bağlı BMT Tə
Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen yekun nitqində Q
BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın iki raket buraxmasını