Beqlaryanın ortaqları kimlər olublar?
Digərləri 14 Noy 2024 12:05:00 119 0
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qondarma rejimi necə soyduğu barədə dəhşətli faktlar üzə çıxıb.
Bu xəbəri də oxu: Ağdamda 23 yaşlı qız
Son.az Baku TV-yə istinadən xəbər verir ki, Ermənistanın DOK Partiyasının təsisçisi, bloqer Vardan Qukasyanın açıqlamasına görə, "Fleş" şirkətinin rəhbəri Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram, təxminən 2,6 milyon manat təzminat alıb.
B.Beqlaryan iddia edib ki, 44 günlük müharibə dövründə guya Füzuli rayonunda ona məxsus yanacaqdoldurma məntəqəsi olub və həmin məntəqə Azərbaycan Ordusu tərəfindən məhv edilib. Buna görə də, özünə dəymiş zərərə görə Araikdən nə az, nə çox, düz 600 milyon dram qopara bilib. Partiya lideri bildirib ki, həmin yerdə, ümumiyyətlə, yanacaqdoldurma məntəqəsi olmayıb və o bunu sübut edəcək faktlar ortaya qoyur.
Müharibədən sonra separatçı rejimdə ciddi sosial böhran yaranmışdı. Faktiki olaraq çöküş ərəfəsində olan, insanların ən adi tibb və yemək ehtiyaclarını qarşılamaq imkanından məhrum olan bir rejimin iş adamının uydurma iddiası əsasında bu qədər vəsait verməsi məsələnin məğzinin tamamilə başqa cür olduğunu göstərir. Əvvəla, Barseq Beqlaryan müstəqil iş adamı deyil. Onun idarə etdiyi biznes, xüsusilə də "Fleş" şirkəti ölkənin keçmiş prezidenti Serj Sarqsyan və ailə üzvlərinə məxsusdur.
Hansı ki, B.Beqlaryan pul qoparmaq üçün bəhanə etdiyi yanacaqdoldurma məntəqəsinin məhz bu şirkətə aid olduğunu iddia edirdi. "Fleş"in Ermənistanda yanacaqdoldurma məntəqələri var və sadə ermənilər belə onların, əslində, S.Sarqsyana məxsus olduğunu bilir. Arxasında Nikol Paşinyanın dayandığı Araik Arutyunyan heç vaxt Barseq Beqlaryana bu pulu özbaşına verməz. Demək ki, onu buna kimsə məcbur edib. Şübhəsiz ki, bu şəxs Serj Sarqsyandır.
Müğənni Roza Zərgərli qonaq olduğu "Elcanlı"da maraqlı açıql
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezi
Bakıda elektrikli avtomobil istehsal ediləcək.
Sağlığı ilə bağlı ciddi problem olan yaşayan meyxanaçı Xəyyam Əhməd
Sabah, 15 Noyabr 2024, bəzi bürclər üçün uğur və şansla dolu ola bilər
Son illərdə yol nəqliyyat hadisələrinin sayı ölkəmizdə ciddi narahatlı
Növbəti ildən yaşa görə pensiyanın orta məbləği 50 manat artaraq 516 m
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Yenidən prezident seçilən Tramp həftə sonu nəvələri ilə istirahət ed�
Müğənni Samir Piriyevin həyat yoldaşı ilə birlikdə maraqlı görüntül�