İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri
Siyasət 20 Fev 2023 10:19:00 274 0
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Bu xəbəri də oxu: İlham Əliyev Məhəmməd Yunus ilə görüşüb
Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın tələblərini açıq şəkildə dilə gətirdi, Azərbaycan tərəfindən yaradılmış yeni reallıqları növbəti dəfə bütün dünyaya çatdırdı. Azərbaycan tərəfi artıq Ermənistana sülh sazişi ilə bağlı təkliflərini təqdim edib və Ermənistan siyasi rəhbərliyi müxtəlif yollarla sülh sazişinin imzalanması ilə bağlı prosesi ləngitməyə çalışır.
Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir
Sülh müqaviləsinin müddəaları ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Dağlıq Qarabağ problemi həll olunub. Azərbaycan hərbi-siyasi iradə nümayiş etdirərək BMT qətnamələrini öz hərbi gücü hesabına həll edib. Bu reallıq bütün dünya tərəfindən qəbul olunub və olunmalıdır.
Vardanyan Azərbaycan ərazisindən qovulmalıdır
Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlara kənar müdaxilələr prosesi ləngidir. Müxtəlif qüvvələrin prosesi birbaşa müdaxilə cəhdi, öz maraqlarından çıxış etməsi, "Vardaniyan" kimi layihələr, Paşinyanın qeyri-stabil mövqeyi indiyə qədər sülh müqaviləsinin imzalanmasını ləngidən əsas amillərdir. Azərbaycan hakimiyyəti dəfələrlə Qarabağda yaşayan erməni icması ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib, lakin Vardanyan onun timsalında digərləri ermənilərin yox, kənar qüvvələrin maraqlarına xidmət edir. Azərbaycan isə Ermənistandan fərqli olaraq daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməyib və imkan verməyəcək.
Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir
Azərbaycan tərəfinin müharibədən dərhal sonra Ermənistana sülh sazişinin imzalanması ilə bağlı təkliflər göndərməsi də bunun əməli sübutudur. Lakin Ermənistanda revanşist fikirlər bu gün də qalmaqdadır və bir çox hallarda bu fikirlər Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilir və alovlandırılır. İsrarla erməni cəmiyyətinə Azərbaycana-fobiya, azərbaycanlılara qarşı düşmənçilik, qisas ideyaları aşılanır. Regionda sülhün formalaşması üçün isə bu yol verilməzdir.
İclas çərçivəsində isə Ermənistan baş naziri növbəti dəfə absurd bəhanələr səsləndirməyə çalışdı, gah Azərbaycanlıların dağıdılan abidələrinin Sover dövründə baş verdiyini bildirdi, gah da gündə 50-dən çox avtomobilin keçdiyi Laçın yolunun bağlandığını və ermənilərin guya blokada da qaldığını dilə gətirdi. Artıq bir növ dünya ictimaiyyəti də ermənilərin bu yalanlarına, özlərini yazıq göstərmə cəhdlərindən təngə gəlib. Geniş anlamda neytral mövqedə dayanan beynəlxalq birlik ermənilərin bu təxribatçı açıqlamalarının əsl mahiyyətini anlayır.
Ümumilikdə Münxen konfransı çərçivəsində baş tutan panel müzakirələri region üçün müsbət yöndə addım hesab etmək olar. Təbbi ki, sonrakı gedişat bu müzakirələrin nəticələrini daha aydın göstərəcək. Ermənistan Baş nazirinin dəfələrlə müsbət addımlarının əslində manipulasiya olduğunun və sonrakı mərhələdə tamam əks təşəbbüslər göstərdiyinin də şahidi olmuşuq.
TREND
TRACECA-ya üzv ölkələr Avropa-Qafqaz-Asiya dəhlizinin rəqəmsallaşdırıl
Aparıcı Vüsalə Əlizadə Türkiyədəki zəlzələ ilə bağlı paylaşım e
Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Rövşən Al
Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan
Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti Azərbaycanla yaşıl
Reper Motanın Moskvada gecə klublarından birində keçirilən konsertində qo
Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxı
Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağa
Sabirabadda pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (
Türkiyədə baş verən zəlzələ nəticəsində Osmaniyədə fəlakət qurban
Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxı
AB Rusiyaya yönəlmiş, lakin Avropaya zərər verən yeni sanksiyalar tətbiq
Tərkibində təbii biotənzimləyicilər - poliprenollar və bioflavonoidlər o
Əfqanıstanda tərk edilmiş xarici hərbi bazalar ölkənin iqtisadi artımın
İsgəndərun və Hatay Mavi Vətənin (Türkiyənin ərazi suları - red.) qəl