Münhenin əkssədası: Dağları aşmaq?
Siyasət 20 Fev 2023 12:08:00 274 0
Srağagün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirildi.
Bu xəbəri də oxu: “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
... 2023-cü ildəki Münhen Təhlükəsizlik Konfransı, beynəlxalq münasibətlər və dünya sülhməramlılığı üzərindəki ciddi müzakirələr üçün ən mühüm platformalardan biridir. Bu konfransın Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətlərinə təsiri diqqət çəkən mövzular arasındadır.
Rusiya-Ukrayna münaqişəsi, son illərdə artan gərginliyin nəticəsidir. Bu münaqişə, Krımın ilhaqından, Donbas bölgəsindəki daxili qarşıdurmaların dərinləşməsindən və NATO-nun Rusiya sərhədindəki aktivləşmədən sonra məcburən Kiyevə siyasi, iqtisadi və hərbi dəstək verməsindən sonra daha da pisləşmiş, ağırlaşmışdı.
Münaqişə ötən ilin fevralın 24-də müharibəyə çevrildi və çözüm yolu hələ də görünmür. Daha dəqiq olsaq, müharibənin daha böyük bir qlobal münaqişəyə səbəb ola biləcək geosiyasi risklərdən bəhs olunur. Münhen Təhlükəsizlik Konfransında bu məsələnin nəinki ciddi müzakirələrinə, hətta ayrıca beynəlxalq toplumun nəticəli tədbirlərinə də ehtiyacı olduğu diqqətə çatdırıldı.
Azərbaycan və Ermənistan arasındakı münaqişə isə son illərdə həyata keçirilən müzakirələrlə həll edilməyə yönələn, amma şərti "kollektiv Qərb"in yetərli iradə nümayiş etdirməməsi səbəbindən hələ də çözümsüz qalmış situasiyadır.
Qərb anlayır ki, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətsizliyi beynəlxalq təhlükəsizlik məsələlərinin ümumi həqiqətlərini və o cümlədən geosiyasi risklərini artırır. Münhen Təhlükəsizlik Konfransı isə bu məsələlərin həllində rol oynamağa çalışır. Ən son müzakirələr isə bu münaqişələrin həlli məsələlərinin neçə dərəcədə daha mümkün olduğunu dəqiqləşdirmək üzrə oldu.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı olaraq, konfransın əsas məqamı, Rusiyanın Ukraynaya qarşı aqressiv hücumların qarşısının alınması yollarının aranması, eyni zamada Kiyevin hərbi potensialının artırılması imkanlarının müzakirəsi oldu.
Azərbaycan-Ermənistan məsələsinə gəldikdə isə, Münhen Təhlükəsizlik Konfransında bu problemin həlli və sonrakı dövrdə regionda sülhün təmin edilməsi üçün daha bir sıra addımlar atılması barədə müzakirələr aparıldı.
Bu baxımdan Münhen Təhlükəsizlik Konfransı dünyanın dəyişən güc dinamikaları və qlobal təhlükəsizlik baxımından əhəmiyyətli bir platformaya çevrildi. Bu konfrans, dünya liderlərinin, diplomatların və hərbi ekspertlərin bir araya gələrək, öhdəliklərini müzakirə etmələrinə və beynəlxalq münasibətlərə işıqlıq atmağa imkan verir.
Ən azı ona görə ki, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mövzuların müzakirəsi, dünya təhlükəsizliyinin dəyişən dinamikalarının bir çox cəhətlərini özündə birləşdirir. Bu münaqişələr, regional və beynəlxalq münasibətlərinə, təhlükəsizliyin inkişafına və digər bir çox problemlərin həllinə təsir edir.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlarla müzakirələr, daha sonra isə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda sualların cavablandırılması zamanı nümayiş etdirilən mövqelər bir çox məqamlara tam aşkarlıq gətirdi.
Həmin məqamların sayı şərti olaraq 8-dir:
1. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə yekun sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı önəmli irəliləyişə nail olunub. Daha doğrusu, bu istiqamətdə razılaşma var və Azərbaycan Prezidentinin açıqlamalarında sözügedən razılaşmaya üstüörtülü işarələr mövcuddur.
Ermənistanın baş naziri Nikol Paşinyan isə daxili və xarici təzyiqləri nəzərə alaraq, həmin razılaşdırılmış məqamları hələlik açıqlamaq istəmir. Daha doğrusu, açıqlamaqdan çəkinir.
2. Danışıqlar prosesi iki konkret istiqamətə bölünüb: "Qarabağın statusu" kimi absurd və olmayan sillogizmsiz Azərbaycan-Ermənistan problematikasının müzakirəsi, yekun sülh müqaviləsinin imzalanması üçün konkret addımların nəzərdən keçirilməsi ilə qarabağlı ermənilərin bundan sonrakı taleyini müəyyənləşdirmək üçün Bakı ilə Xankəndi arasında Azərbaycanın daxili siyasi müstəsivisindəki məsələ qismində danışıqların aparılması.
3. Laçın rayonunda, Ermənistanla sərhəddə Azərbaycan və Ermənistan tərəfdən qarşılıqlı olaraq nəzarət-buraxılış postlarının (məntəqələrinin) təsis edilərək qurulması. Bakının bu şərti Azərbaycanla Ermənistan arasında kommunikasiyaların bərpası və Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində konstruktiv mərhələdir.
4. Rusiyanın Azərbaycan ərazisi olan Xankəndinə yolladığı siyasi marionet Ruben Vardanyan mütləq şəkildə ölkə ərazisindən çıxarılmalıdır. Rəsmi Bakının dəyişməyən və dəyişməsi mümkünsüz şərtlərindən biri budur ki, Münhendə də səsləndi.
5. Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasını "blokada" kimi təqdim etmək cəhdlərinə rəğmən, Münhendə bu iddia arqumentlərlə puç edildi. Hansı "blokada"dan söhbət gedə bilər ki, R.Vardanyan qaçaq yolla Xankəndini tərk edərək İrəvana, oradan Moskvaya yollanır, sonra geriyə qayıdır? Və ya bu necə "blokada"dır ki, son 71 gün ərzində Laçın-Xankəndi yolu ilə nəqliyyat vasitələrinin Ermənistandan Xankəndinə və Xankəndindən Ermənistana 6 mindən artıq keçidi qeydə alınıb?!
6. Laçın-Xankəndi yolundakı ekoaksiya ilə bağlı situasiyadan həm daxili siyasi arenada, həm də xarici siyasət müstəvisində öz maraqlarının təminatı üçün yararlanmağa cəhd göstərən Ermənistan son günlərdə ritorikasını daha da sərtləşdirərək aksiyanın dayandırılmayacağı təqdirdə, yekun sülh müqaviləsi ilə bağlı danışıqlarda statik mövqe tutacağını, irəlliəyiş olmayacağını və heç bir güzəştə getməyəcəyini bəyan etmişdi. Lakin Münhendə aparılan müzakirələrdə Nikol Paşinyan geri çəkildi və müəyyən məqamlarla bağlı razılaşmaq məcburiyyətində qaldı.
Paşinyan həmin məqamları hələlik açıqlamaq istəmir.
7. Müzakirələrin Brüssel və Vaşinqton formatlarının birinin seçilməsinin uyğunsuzluğunu Bakı sübut etdi və bildirdi ki, formatlar eyni zamanda, paralel mövcud olmalı, tərəflər arasında sıx tərəfdaşlıqla əməkdaşlıq əldə edilməlidir. Fransanın tarixin zibilliyinə atılmış ATƏT-in Minsk Qrupunu bərpa etmək və ya Brüssel formatını üçlü müstəvidən dördlü səthə çıxarmaq cəhdləri də Bakının sərt etirazları ilə üzləşdi. Səbəb bəsit və anlaşılandır: rəsmi Parisin aşkar, qatı ermənipərəst mövqeyi heç bir halda Fransaya obyektiv mövqe tutmağa imkan verməyəcək.
8. Yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş danışıqlarda kiçik də olsa, irəliləyiş qeydə alınıb. Müzakirələrin dinamikasını dəyişən, tempi yeniləyən və şərtləri diqtə edən tərəf də Bakıdır. Buna rəğmən, yaxın perspektivdə ciddi irəliləyiş, yaxud sıçrayışı gözləməyə dəyməz.
... Münhen konfransının əsas nəticəsi isə Cənubi Qafqazdakı yeni reallıqları Bakının idarə etməsinin, İrəvanın danışıqlardan savayı yolunun qalmadığının əyan olmasının və Azərbaycan liderinin şərtlər irəli sürərək Ermənistanın baş nazirinin də o şərtlərlə razılaşması oldu.
Elçin Alıoğlu Son.az
"Atam rəhmətə gedəndə 47, anam rəhmətə gedəndə isə 63 yaşı olu
"Cənubi Qafqazdakı vəziyyət barədə də danışdıq".
O, zəlzələnin insanlara yaşatdığı dəhşəti anasının qarnında hiss ed
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş g
Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində 1989-cu il təvəllü
Zəlzələdən zərər çəkən Hatay sakini olan qadın şok yaşayıb.
Vətən müharibəsi şəhidi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçman
Planetdə əsaslı təmizlənmə başlayıb. Son zamanlar tez-tez bəhs edilən
İranın Saqqız şəhərində gənc sünni din xadimi güllələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərinin
Fevralın 19-du, saat 19:40 radələrində Ermənistanın Sünik vilayətinin Xn
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlük�