Tövbə


Digərləri 12 Fev 2023 19:55:00 310 0

Tövbə

"Tövbə" sözünün ərəb dilindən tərcüməsi "qayıdış" deməkdir. Tövbə edən şəxs sanki günahlardan itaətə doğru qayıtmış olur. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə tövbə deyilir.

Qurani-Kərimin surələrindən biri (doqquzuncu surə) "Tövbə" adlanır. Müqəddəs Kitabımızda "tövbə" sözü və onunla eyni kökdən olan kəlmələrə 87 dəfə rast gəlinir. Allah bütün möminlərə öz günahlarından tövbə etməyi əmr edir:

"Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasinız" (Nur, 31).

Başqa bir ayədə günahkar insanların axirətdəki acınacaqlı aqibəti haqqında danışıldıqdan sonra buyurulur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir" (Fürqan, 70).

Allah-Taala Qurani-Kərimdə təqvalı (yəni Allahdan çəkinən və günahlardan qaçan) bəndələri təsvir edərkən buyurur:

"O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar" (Ali-İmran, 135).

ALLAH TÖVBƏKARIN GÜNAHLARINI GİZLƏDƏR

Səmimi tövbə edən şəxsin günahlarının üzərinə pərdə çəkilər, hətta qiyamətdə də Allah bu günahların üstünü açmaz. Allahın gözəl adlarından (əsmaül-hüsna) biri də "Səttarül-üyub"dur ki, mənası "eyibləri örtən" deməkdir. Tövbəkarın günahı nə bu dünyada, nə də o biri dünyada aşkara çıxmaz və ona rüsvayçılıq gətirməz. Bu, bəndə ilə Allah arasında sirr olaraq qalar.

Həzrət Musa Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmünı uzun müddət yazğış yağmadı, qəhətlik oldu, camaat aclıqdan əziyyət çəkməyə başladı. Nə qədər dua etdilərsə, faydası olmadı. Allah Həzrət Musaya (ə) vəhy etdi: "Sənin ümmətinin arasında bir nəfər var ki, qırx ildir günah edir, mənim əmrlərimi pozur. Onu özünüzdən uzaqlaşdırın, mən də sizə yağış göndərim".

Musa Peyğəmbər (ə) camaatı bir yerə toplayıb, Allahın kəlamını onlara elan etdi və buyurdu: "Allahın dediyi günahkar adam kimdirsə, irəli çıxsın, bizləri tərk edib getsin".

Heç kim yerindən tərpənmədi. Günahkar da adamların arasında idi, amma utanıb susdu. Amma ürəyində peşman olub Allaha dua etdi: "İlahi! Mən nadanlıq üzündən sənə asi olmuşam. İndi səmimi qəlbdən tövbə edirəm. Günahlarımdan keç, bu ümməti bəladan xilas et". O adamın duası qurtarmamışdı ki, güclü yağış yağdı. Həzrət Musa Peyğəmbər (ə) təəccüb içində olanların səbəbini Allahdan soruşdu, cavab gəldi: "Mənim günahkar bəndəm sidq ürəkdən tövbə etdi, dərgahıma üz tutdu. Mən bu vaxta kimi onun üzündən sizi yağışdan məhrum etmişdim. Amma bil ki, bu gün məhz onun hörmətinə sizə yağış göndərdim. Mənim dərgahımda səmimi tövbənin dəyəri bu qədər böyükdür".

Peyğəmbərin əxlaqı hədislərdə like
  • 12 Fev 19:50  
Digərləri Peyğəmbərin əxlaqı hədislərdə

Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd

arrow Ətraflı
Bir gecədə böyüyən uşaqlar  FOTO like
  • 12 Fev 19:47  
Digərləri Bir gecədə böyüyən uşaqlar FOTO

Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olan�

arrow Ətraflı
Salavatdan sonra "və əccil fəracəhum" demək like
  • 12 Fev 19:20  
Digərləri Salavatdan sonra "və əccil fəracəhum" demək

Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə sala

arrow Ətraflı
Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı təbii məcun like
  • 12 Fev 19:15  
Digərləri Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı təbii məcun

Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri s

arrow Ətraflı
“Yeddi” haqqında qırx nöqtə like
  • 12 Fev 19:10  
Digərləri “Yeddi” haqqında qırx nöqtə

1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxs

arrow Ətraflı
Gənclərin ürəyinin əsas problemi  ARİTMİYA nədir? like
  • 12 Fev 19:01  
Digərləri Gənclərin ürəyinin əsas problemi ARİTMİYA nədir?

Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu pro

arrow Ətraflı
Vasif bu görüntüsünə görə tənqid edildi  VİDEO like
  • 12 Fev 19:00  
Şou-biznes Vasif bu görüntüsünə görə tənqid edildi VİDEO

Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.

arrow Ətraflı
“Qəbələ”də işləmiş məşqçi zəlzələdə öldü like
  • 12 Fev 18:59  
Dünya “Qəbələ”də işləmiş məşqçi zəlzələdə öldü

"İsgəndərunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğ

arrow Ətraflı
Zəlzələ bölgəsində çəkdiyi videoya görə həbs edildi like
  • 12 Fev 18:58  
Digərləri Zəlzələ bölgəsində çəkdiyi videoya görə həbs edildi

Türkiyə zəlzələ bölgəsindəki oğurluq hadisələrini danışdığı ər�

arrow Ətraflı
Ucarda zəncirvari qəza olub  FOTO like
  • 12 Fev 18:57  
Digərləri Ucarda zəncirvari qəza olub FOTO

Ucarda 3 minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Ukrayna səmasında İranın 4 PUAsı zərərsizləşdirildi like
  • 12 Fev 18:56  
Dünya Ukrayna səmasında İranın 4 PUAsı zərərsizləşdirildi

Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zen

arrow Ətraflı
Dağıntılar altında qalan ən yaşlı insanın xilasolma VİDEOsu like
  • 12 Fev 18:51  
Digərləri Dağıntılar altında qalan ən yaşlı insanın xilasolma VİDEOsu

Hataylı 85 yaşlı İsmihan adlı qadın zəlzələnin 153-cü saatında xilas

arrow Ətraflı
"Kuruluş Osman"ın aktyoru və xanımı zəlzələdə həlak oldu  FOTO like
  • 12 Fev 18:45  
Şou-biznes "Kuruluş Osman"ın aktyoru və xanımı zəlzələdə həlak oldu FOTO

Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qal

arrow Ətraflı
Zərərçəkən 10 uşağın təhsil haqqını ödəyəcək like
  • 12 Fev 18:20  
Şou-biznes Zərərçəkən 10 uşağın təhsil haqqını ödəyəcək

Türkiyəli komediya ustası Hasan Can Kaya da zəlzələdə zərərçəkənlər

arrow Ətraflı
Zəlzələdən sağ çıxan gəncdən qeyriadi açıqlama: "İki dəfə öldüm, dindirildim" like
  • 12 Fev 18:11  
Digərləri Zəlzələdən sağ çıxan gəncdən qeyriadi açıqlama: "İki dəfə öldüm, dindirildim"

Türkiyədə baş verən şiddətli zəlzələdən sonra dağıntılar altından

arrow Ətraflı