Peyğəmbərin əxlaqı hədislərdə
Digərləri 12 Fev 2023 19:50:00 328 0
Yer üzünə gəlib-getmiş insanların ən xeyirlisi olan Həzrət Mühəmməd Peyğəmbərin (s) əxlaqı və davranışı barədə mənbələrdə minlərlə hədis vardır. O həzrət öz danışıq və sükutu, sevinc və qəzəbi, oturub-durmağı ilə səhabələrə nümunə idi. Peyğəmbərin hərəkətlərini izləyən hər kəs ən gözəl əxlaqi xüsusiyyətləri Ondan öyrənirdi. Səhabələr gecə-gündüz Onu izləyir, təqlid edir, Onun davranışlarını nümunə kimi bir-birinə ötürürdülər. Peyğəmbərlə (s) ünsiyyətdə olmuş heç kəs Onun əxlaqında zərrə qədər də olsa nöqsan görməmiş, xoşagəlməz cəhət sezməmişdir. Xanımı Aişənin dediyi kimi, Həzrətin əxlaqı sanki Quranın özü idi. Quran ayələri necə ali, ülvi dəyərləri ehtiva edirsə, Peyğəmbərin hər bir hərəkəti də o qədər pak və əxlaqi idi. Quranın təbliğ etdiyi bütün yüksək bəşəri əxlaq normalarını Həzrət öz həyatı boyunca ən yüksək səviyyədə yaşayır və ətrafdakılara aşılayırdı. Aşağıda Peyğəmbər Əfəndimizin (s) gözəl əxlaqı barədə dini mətnlərdəki bəzi nümunələri diqqətə çatdırırıq.
Bu xəbəri də oxu: Şuşaya növbəti köç karvanı yola salındı
1. Uzun illər Mədinədə Peyğəmbərə (s) xidmət etmiş səhabə Ənəs ibn Malik deyirdi ki, o həzrət Mədinəyə daxil olanda Əbu Təlhə (Ənəsin atalığı) əlimdən tutub, məni Onun yanına apardı və söylədi: "Ey Allahın Rəsulu! Ənəs zəkalı uşaqdır, qoy sənə xidmət etsin". Mən (yəni Ənəs) Peyğəmbərə həm səfərlərdə, həm də Mədinədə xidmət etdim. Vallahi, heç zaman etdiyim bir işə görə mənə: "bunu niyə belə etdin?" deyə acıqlanmadı. Etmədiyim heç bir işdən ötrü də "bu işi niyə filan cür etmədin?" deyə danlamadı. Mənbə: Səhih Müslim, Kitab əl-Fəzail, bab 13; Səhih əl-Buxari, Kitab əl-Ədəb, bab 39.
2. Əbu Abdullah Cədəli rəvayət edir ki, Aişədən soruşdum: "Rəsulüllahın (ə) ailə üzvləri ilə əxlaqı necə idi?" Cavab verdi: "O, əxlaq baxımından insanların ən gözəli idi. Çirkin sözlər danışmaz, çirkin işlərə can atmazdı. Küçə-bazarda qışqırmaz, pisliyə pisliklə cavab verməz, bağışlayardı". Mənbə: Səhih əl-Buxari, 8-ci cild, s.55; Səhih Müslim, Kitab əl-Məsacid, bab 48; Müsnədi-Əhməd, 3-cü cild, s.212, 6-cı cild, s.236.
3. Yenə Ənəs ibn Malik deyir: "Peyğəmbər heç kimi söyməz və lənətləməzdi. Lazım olduğundan artıq danışmazdı". Mənbə: Səhih əl-Buxari, Kitab əl-ədəb, bab 44; Müsnədi-Əhməd, 3-cü cild, s.144.
4. Cabir ibn Səmürədən soruşdular: "Sən də Peyğəmbərlə eyni məclisdə otururdunmu?" Cavab verdi: "Bəli. O, çox susar, az gülərdi. Səhabələr Onun yanında şeir deyər, öz işlərindən danışar, gülər və gülümsəyərdilər". Mənbə: Səhih Müslim, Kitab əl-Məsacid, bab 25.
5. Zeyd ibn Sabitdən xahiş etdilər ki, onlara Peyğəmbərdən danışsın. Dedi: "Biz dünyəvi məsələlərdən söz açanda O da bizə qoşulardı. Biz yeməkdən danışanda O da bizimlə birlikdə yeməkdən söhbət edərdi". Mənbə: Beyhəqi, Dəlail əl-Nübüvvə, 1-ci cild, s.324.
6. Ənəs xatırlayırdı ki, Allahın Rəsulu (s) səhabələrdən biri ilə görüşəndə onunla birlikdə ayaq üstə durardı (onu ayaq üstə saxlayıb özü oturmazdı), danışdığı adam ayrılıb getməyincə özü ayrılıb getməzdi. Peyğəmbər (s) uşaqların yanından keçəndə onlara: "əs-səlamu əleykum, uşaqlar!" deyə, salam verərdi. Mənbə: Sünən əl-Nəsai, Kitab əl-Təharə, bab 169; İbn Həcər, Fəth əl-bari, 11-ci cild, s.33 və 56; Müsnədi-Əhməd, 3-cü cild, s.183.
7. Abdullah ibn Abbasın rəvayətində deyilir: Məkkə müşrikləri Peyğəmbərdən (s) tələb etdilər ki, Səfa təpəsini onlar üçün qızıla çevirsin, əkin əkmələri üçün dağları ərazidən uzaqlaşdırsın. Allahdan vəhy gəldi: "Sən onlara acıya və yumşaq davrana bilərsən. Əgər istədiklərini ona verməyimi istəsən, onlar isə bundan sonra haqqı inkar etsələr, əvvəlki ümmətləri həlak etdiyim kimi onları da məhv edərəm". Peyğəmbər (s) isə buyurdu: "Xeyr! Mənim onlara yazığım gəlir, onlarla yumşaq davranmaq istəyirəm". Mənbə: Müsnədi-Əhməd, 1-ci cild, s.258; İbn Kəsir. Əl-Bidayə və-n-nihayə, 3-cü cild, s.52.
8. Əbu Hüreyrə rəvayət edir: Tüfeyl ibn Əmr Dəvsi Peyğəmbərin (s) hüzuruna gəlib xəbər verdi: "Dəvs qəbiləsi üsyan etdi, müsəlman olmaqdan boyun qaçırdı. Sən də əvəzində onlara bəd-dua (qarğış) et!" Həzrət qibləyə dönüb əllərini dua üçün səmaya qaldırdı. Səhabələr Onun qarğış etdiyini düşünüb dedilər: "Dəvs qəbiləsi həlak oldu!" Amma gördülər ki, Peyğəmbər (s) belə dua edir: "İlahi! Dəvs qəbiləsini haqqa hidayət et, onları azğınlıqdan geri çevir". Mənbə: Səhih əl-Buxari, 4-cü cild, s.54; Səhih Müslim, Kitab Fəzail əl-səhabə, 197; Müsnədi-Əhməd, 2-ci cild, s.243, 448 və 502.
9. Aişə demişdir: "Allahın Rəsulu qadınlı-kişili heç bir xidmətçini vurmadı, Allah yolunda cihaddan savayı heç nəyi əliylə vurub döymədi. Ona dəyən heç bir ziyan üçün intiqam almadı. Yalnız bir kəs Allahın haramlarını pozsaydı, Allah yolunda onu cəzalandırardı". Mənbə: Səhih Müslim, Kitab əl-Fəzail, bab 20, hədis 79.
10. Hind rəvayət etmişdir: "Allahın Rəsulu (s) dünyadan və dünya işlərindən ötrü qəzəblənməzdi. Bir kəsin haqqı tapdananda qisasını almadıqca heç nə onu sakitləşdirməzdi. Amma şəxsinə qarşı edilənlər üçün hirslənməz və intiqam almazdı". Mənbə: Təbrisi, Məkarim əl-əxlaq, s.23.
Onlar Türkiyədəki zəlzələnin qurbanlarıdır. Sağ çıxanı, həlak olan�
Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə sala
Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri s
1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxs
Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu pro
Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.
"İsgəndərunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğ
Türkiyə zəlzələ bölgəsindəki oğurluq hadisələrini danışdığı ər�
Ucarda 3 minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəs
Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zen
Hataylı 85 yaşlı İsmihan adlı qadın zəlzələnin 153-cü saatında xilas
Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qal
Türkiyəli komediya ustası Hasan Can Kaya da zəlzələdə zərərçəkənlər
Türkiyədə baş verən şiddətli zəlzələdən sonra dağıntılar altından
Bu gündən (fevralın 12-dən) Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən Ce