Laura Loxman: ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir
Siyasət 03 Fev 2023 12:12:00 331 0
ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.
Bu xəbəri də oxu: Annalena Berbok Bakıda görün nə etdi AlmaniyaAzərbaycan arasında növbəti gərginlik
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış edən ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman deyib.
Bildirib ki, Prezident Cozef Bayden Xəzər dənizindən Avropaya qaz ixracı məsələsini dəstəkləyir. ABŞ Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
"Cənub Qaz Dəhlizi Avropa üçün çox əhəmiyyətli layihədir və Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir. Lakin Cənub Qaz Dəhlizi Avropanın yalnız enerji deyil, siyasi təhlükəsizliyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihə bir çox ölkənin əməkdaşlığına imkanlar yaradır ki, bu imkandan istifadə iqtisadi artımı təmin edir. ABŞ Xəzər dənizində hasil olunan təbii qazın Avropaya nəql olunmasını bundan sonra da dəstəkləyəcək və Azərbaycana yardım edəcək", - deyə Laura Loxman vurğulayıb.
Xanım Laura Loxman onu da qeyd edib ki, dünyada ekoloji problemləri nəzərə alan ABŞ Azərbaycanda yaşıl enerji istehsalına və ixracına sərmayə yatıra bilər.
Son.az
Apteklərə üz tutanlar ya əliboş qayıdır, ya da axtardığı dərmanın ə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
İrandakı zəlzələdə evləri dağılan azərbaycanlılar küçələrdə gec�
Uzun zamandır ABŞ-a köçüb orada ikinci dəfə ailə quran keçmiş aparıc�
Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkə
Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası
Bir zamanlar BNA tərəfindən dayanma-durmaya nəzarət etmək məqsədilə ş�
2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qaz�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin mart ayına qədər Donetsk və L
Lənkəranda gözəllik salonunda 12 kiloqrama yaxın narkotik və saxta ABŞ do
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında"
Ötən il vacib bir hadisə oldu və bu, bizim enerji təhlükəsizliyi sahəsin