Günün qoroskopu: Bədxərclik etməyin, pullarınızın qədrini bilin
Digərləri 03 Fev 2023 00:01:00 427 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Balıqçılardan tarixi nailiyyət Mövsümi dünya rekordu
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - işgüzar mənafelərin şəxsi maraqlarla kəsişdiyi gündür. Ətrafınızdakı insanlar belə situasiyada, bəlkə də, çaşıb qalarlar. Amma siz bunu etməyin, qətiyyət və uğurla irəliləməyə çalışın. Bu gün təməli qoyulacaq tanışlıq çoxsaylı müsbət emosiyalar yaradacaq. Təmaslar peşəkar fəaliyyət baxımından da sərfəlidir. Anlaşma, sövdələşmə, danışıqlar üçün yaxşı gündür. Ekstravaqant addımlar ataraq problemin həllinə orijinal yanaşa bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Sizə rəğbət bəsləyənlərlə yanaşı, bədxah və düşmənlərin də sayı artır. Belə insanlardan uzaq durun. Onlar sizə zərbə vura bilər. Buğa - işlərinizdə hətta sizin üçün gözlənilməz irəliləyişlər ola bilər. Bacarıq və istedadınızın olmadığını düşünməyin. Problemləri olduğundan artıq dəyərləndirməyin. Günün hadisələri göstərir ki, çox iş görə bilərsiniz. Peşəkar fəaliyyətinizlə bağlı insanlarda özünüzə rəğbət yaradın. Tanışlıqlar asanlıqla baş tutur. Gözlənilməz hədiyyə istisna deyil. Əkizlər - xəyallar və illüziyalar aləminə qapılmayın. Daha çox işlərin real durumu barədə düşünün. Təbii, arzular və xəyallar aləmində pərvaz etmək asandır. Amma inanın ki, praktiki məsələlərin həlli daha maraqlı ola bilər. Xoşagəlməz xəbər ala bilərsiniz. Buna görə də planlarda dəyişikliklər etməli olacaqsınız. Səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Sevdiyiniz insanla kəskin mübahisə riski var. Sərt tənqid və aqressiv iradlardan çəkinin. Xərçəng - birmənalı olmayan gündür. Təlaş və narahatlıq üçün ciddi səbəblər yoxdur. Lakin buna rəğmən özünüzü bədgüman, təşvişdə hiss edirsiniz. Kiçik məsələlərə görə təbdən çıxmayın, ətrafınızdakı insanları sinirləndirməyin. Belə vəziyyətdə işləməklə yanaşı, yaxınlarınızla ünsiyyətdən həzz almaq da çətindir. Gününüzü elə planlaşdırın ki, axşam saatlarında bir qədər tək qala biləsiniz. Müstəqil fəaliyyət üçün pis gün deyil. Alış-verişə çıxa bilərsiniz. Maliyyə məsələlərini yaxşı düşünün. Maliyyə vəsaitini tam xərcləməyin. Şir - işlərdə uğur olacaq. Sizə dəstək verəcək insanlara arxalana bilərsiniz. Bədxahlarınızın məkrli əməllərini faş edin, intriqaların üstünü açın. Müttəfiqlərinizə kömək etməyə hazır olun. Bu gün onların dəstəyinizə ehtiyacı var. Səfər və səyahət üçün əlverişli zamandır. Ətrafınızdakı insanlarla dil tapın. Macəra və uğurlu alış-veriş üçün yaxşı gündür. Qız - işgüzar aktivlik yüksək deyil. Peşəkar fəaliyyət sahəsində uğurlarınız azdır. Bu probemi aradan qaldırmağa çalışın. İşinizi başqa adam görən deyil və bunu ağlınıza da gətirməyin. Hesablarda səhvlər olarsa, işgüzar tərəfdaşlarla münaqişələr yarana bilər. Gözlədiyiniz ödəniş və ya məbləğ gecikir. Bütün çətinliklərə rəğmən nikbin olun, yaxınlarınızın da bədbinliyə qapılmasına yol verməyin. Əks cins mənsubu sizinlə maraqlanacaq. Nikbinlik, həyat eşqi sizi daha maraqlı şəxsə çevirə bilər. Tərəzi - intellektual fəaliyyət, çətin işlərin həlli üçün yaxşı gündür. Çevik və aktiv olun. Ən müxtəlif insanlarla dil tapın. Sizi yoldan çıxarmağa kimsəyə imkan verməyin. Yaxın ətrafınızdakı insanları yanlış dəyərləndirməyin. Mənasız və əsassız gözləntilərə qapılmayın. Köhnə əlaqələri kəsməyin. Yeni öhdəliklər və vədlərə tələsməyin.İranın molla rejiminin təbii fəlakətdən zərər çəkən vətəndaşların
Həkim, Dr. Fərhad Meysəmi, həm də tərcüməçi və mədəni fəaldır.
Yer kürəsi kainat okeanının çox kiçik bir zərrəsini təşkil edir. Tənt
Bakıda doğuş zamanı ana ölüb, uşağın vəziyyəti ağırdır.
Bu gün ərzində Şuşadan keçən Xankəndi-Laçın yolunda, ümumilikdə, 95
Qəfləti ölümlərin əsas səbəbi sayılan infarkt son illərdə çox geniş
ABŞ-da qar fırtınası bu həftə bir sıra yol qəzalarına səbəb olub.
Peyğəmbər (s) buyurur: Mömini sevindirən şəxs məni sevindirmişdir və m
Gərginlik, həyəcan, stress, çox fikir çəkmək, depressiya insanda, xüsus�
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FBI) datalarına əsasən, fırıldaqçı
Qəbizlikdən əziyyət çəkən insanlar bir çox hallarda həkimlə məsləhə
İsveçin "Göteborq" klubunun futbolçularının və məşqçi heyət