İnsan bu kainatda tək deyil
Digərləri 02 Fev 2023 23:55:00 322 0
Yer kürəsi kainat okeanının çox kiçik bir zərrəsini təşkil edir. Təntavi öz təfsrində dünyanın əzəmətini bəyan edəndən sonra yazır: "Elə bir kitabxana təsəvvür edin ki, orada 500 000 kitab vardır. Hər bir cildində 270 səhifə və hər səhifəsində 30 sətr, hər sətrində də 40 söz vardır. Bu kitabxana varlıq aləmidir ki, hər ulduz buradakı kitabların bir hərfini təşkil edir. Bizim Yer kürəsi bu kitabxanada çox kiçikdir. Hətta "nun" hərfinin nöqtəsi qədər deyildir". İnsan o zaman böyüyür ki, düşünməyi öyrənir. Ağlını peyğəmbərlər (ə), İmamlar (ə), Sirat-müstəqim istiqamətində işə salır. Gözəl əxlaq, saleh əməli, Haqqa ibadəti ilə fərqlənir. Məşhur riyaziyyatçı olan Paskal dəfələrlə deyirdi: "Bəşər çox zəifdir, bir zərrə buxar və su onun məhv olması üçün kifayətdir. Ancaq üstünlüyü fikirləşməyindədir". Qurani-Kərimə nəzər salan zaman görmək olur ki, kainat nə qədər böyük və əzəmətlidir. Texnikanın bu qədər inkişaf etməsinə baxmayaraq, alimlər hələ də ulduzların dəqiq sayını müəyyən edə bilməmişdilər. Çünki kainat tək bu fəza ilə bitmir, uzaqlarda da kainatlar və fəzalar vardır ki, bizim onları görməyə qabiliyyətimiz yoxdur. Quran bu həqiqəti belə bəyan edir: "Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik". ("Saffat" 6). "Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq". ("Mulk" 5). İnsan gərək bu kainatdakı yerini tanısın və təkəbbürdən, eqoistlikdən qaynaqlanan qürurunu kənara qoysun. İmam Əli (ə) Malik Əştəri Misirə hakim olaraq, göndərdiyi zaman ona belə buyurur: "Əgər məqamın və əlinin altında olanlar səndə təkəbbür yaratsalar, başının üstünə bir nəzər sal. Allahın yaratdığı dünyanın əzəmətini bir düşün ki, özünün necə dəyərsiz olduğunu dərk edəsən. Nəticədə qürur və təkəbbür miniyindən aşağı düşəsən". Alimlərin hesablamasına görə ancaq bizim kainatda 600 milyon ulduz vardır. Bu ulduzlarda yaşayış ehtimalı edilmişdir ki, yer əhlinin yaşayışına bənzəyir. Ola bilsin ki, bu insanlar yer əhiindən də irəlidə olsunlar. Bu yaxınlarda amerikalı və rusiyalı alimlər bir yerdə "Mən tək deyiləm" adlı kitabın üzərində çalışırlar. Bu kitab hər iki alimin nəzərlərini özündə cəm etmişdir. Hər iki alim yəqinliklə bildirirlər ki, kainatda təxminən minə qədər həyat vardır. "Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir". ("Şura" 29). Bu ayədən iki mühüm məsələni görmək olar: 1. Göylərdə də yerdəki kimi canlı varlıqlar mövcuddur. 2. O zaman ki, Allah iradə edər, yer ilə göy əhli bir-biri ilə görüşəcəkdir. Bir cəmiyyət təşkil edəcəkdir. İmam Əli (ə) buyurur: "Bu ulduzlar şəhərlər və mədəniyyət mərkəzləridir. Necə ki, yerdə də şəhərlər və mədəniyyət mərkəzləri vardır". Əlbəttə, bunu da yaddan çıxartmayaq ki, hər bir cəmiyyət bir-birindən fərqləndiyi kimi şübhəsiz ki, o biri planetdə yaşayanlar da yer əhlindən fərqlənirlər. Xülasə onu demək olar ki, bizim kainatdan da başqa kainatlar vardır və bu kainatlarda da planetlər və ulduzlar mövcuddur. Göydə olan bu əlçatmaz ulduzlarda yaşayış və həyat vardır. Bunu həm Quran və həm də müasir texnika sübut edir. Yer kürəsi bu qədər əzəmətli kainatda çox kiçik görünür.
Bu xəbəri də oxu: Bakıda "yolka"lı "Ferrari" diqqət çəkdi tanınmış idmançınındır VİDEO
Bakıda doğuş zamanı ana ölüb, uşağın vəziyyəti ağırdır.
Bu gün ərzində Şuşadan keçən Xankəndi-Laçın yolunda, ümumilikdə, 95
Qəfləti ölümlərin əsas səbəbi sayılan infarkt son illərdə çox geniş
ABŞ-da qar fırtınası bu həftə bir sıra yol qəzalarına səbəb olub.
Peyğəmbər (s) buyurur: Mömini sevindirən şəxs məni sevindirmişdir və m
Gərginlik, həyəcan, stress, çox fikir çəkmək, depressiya insanda, xüsus�
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FBI) datalarına əsasən, fırıldaqçı
Qəbizlikdən əziyyət çəkən insanlar bir çox hallarda həkimlə məsləhə
İsveçin "Göteborq" klubunun futbolçularının və məşqçi heyət
"Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində
Son dövrlərdə xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət