Möminlərə edilən kömək
Digərləri 02 Fev 2023 23:40:00 312 0
Peyğəmbər (s) buyurur: Mömini sevindirən şəxs məni sevindirmişdir və məni sevindirən şəxs Allahı sevindirmişdir . İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir . "Mömin bir şəxsi sevindirib onunla gülər üzlə davranmaq Allahın rizayətinə səbəb olar. Onların əməl dəftərinə minlərlə savab yazılar və axirətdə möminlərlə yanaşı bu əməl dəftərləri onların sağ əllərinə verilər.
Bu xəbəri də oxu: COPun dəqiq bitəcəyi vaxt açıqlandı
Rəvayətlərdən birində deyilir. "Həzrəti Musa (ə)-ın etdiyi munacatların birində Allah dərgahından ona belə bir nida gəldi: "Ya Musa !Axirətdə bəndələrimdən bəzilərini cənnətin ən uca təbəqələrində sakin edərəm. Onlar mənə hamıdan yaxın - saleh kəslərdir. Musa (ə) soruşur: Pərvərdigara onlar bu məqama hansı xeyirli işlərinə görə nail olarlar? Nida gəlir: Onlar mənim mömin bəndələrimin könlünü alan və onlara çətinliklərində köməklik edən xeyirxah insanlardır.
İmam Musa (ə)-dan nə əql bir olunmuş bir rəvayətdə deyilir: "Mömin bir insan zülümkar padşahın hökümranlıq etdiyi bir ölkədə yaşayırdı. O bu ölkədən qaçıb yaxınlıqdakı əhalisi müsılman olmayan başqa bir şəhərdə bir ev kirayə edib Allaha iman gətirməyən kafir ilə yaşamalı olur. Bir neçə il keçdikdə sonra ev sahibi (kafir) vəfat edir və ölüm ayağında ona belə bir vəhy olunur. And olsun izzət və cəlalıma, əgər cənnətdə yerin olsaydı səni dərhal ora daxil edərdim. Amma mənə iman gətirməyən kafirlər oradan məhrum olduqları üçün ora daxil ola bilməyəcəksən. Sonra cəhənnəm oduna onu ara-bir qorxudub yandırılmamağı və gecə-gündüz ona ruzi aparılmasını əmr edir. Hədisin məzmunu bundan ibarətdir ki, şəxs kafir olmasına baxmayaraq onun mömin bəndəsinə yaxşılıq etməklə Allah-təalanın razılığını qazanır və özünü cəhənnəm odunun əzabından qoruya bilir.
Başqa bir rəvayətdə deyilir: "Qiyamət günü möminlər qəbirlərindən qalxdıqları zaman onlarla birlikdə qəbirdən insan surətində başqa bir varlıqda xaric olar və onu yaxşı xəbərlərlə sevindirər, cənnətə daxil olacağını da ona məhz o xəbər verər. Mömin daim onu müşahidə edən və ona xoş xəbərlər verən bu insanın kim olduğunu soruşar və o da möminə belə cavab verər: Mən həmən sevinc və şadlıqlaram ki, mənimlə dünyada möminlərin qəlblərini fərəhləndirərdin. Allah-təala məni dünyada həmən şadlıqlarından yaratdı ki, sənin həmdəmin olum və sənə müjdələr verim.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah-təala Kəbə evini yeddi dəfə təvaf edən şəxsin əməl dəftərinə altı min xeyirli savab yazar və altı min günahını bağışlayıb məqamını altı min dəfə ucaldar. Möminləri sevindirən şəxsin savabı isə bundan on dəfə çox olar. Onlar Allahın razılığını qazanmış əməli-saleh insanlardır.
Cənnətin ən uca təbəqələri məhz onlar üçün yaradılmışdı. Möminləri sevindirən şəxsin xeyirli əməlindən onun qohumları da bəhrələnər, belə ki, məhşərdə sorğu-sual olunarkən o Allah-təaladan qohumlarının bağışlanmasını istər. Aləmlərin Rəbbi onun istəyini nəzərə alaraq onun (Allaha şərik qoşmayan bütpərəst qohumlarından başqa) qohumlarını cəhənnəm əzabından hifz edər. Allah-təala mömin bir bəndəsinin hacətini yerinə yetirmək məqsədi ilə yola səfərə çıxan şəxsin ardınca iki mələk göndərər. Onlardan biri onun sağ, digəri isə sol tərəfində olar, mələklər Allah-təaladan onun bağışlanmasını və etdiyi dualarının qəbul olması üçün dua edərlər. İmam Musa (ə) buyurur: Bir möminin hacətini yerinə yetirən şəxs, sanki biz Əhli-beyt ilə dostluq əlaqəsi qurmuş olur. Bizimlə dostluq etmək də Allah ilə dostluq etmək deməkdir. Yox əgər imkanı ola-ola onu əli boş geri qaytararsa və köməklik etməkdən çəkinərsə qəbr evində iki qara ilan qiyamət gününə qədər sancar və bir an ona rahatlıq verməzlər. Allah-təala qiyamət günü ya bağışlayar, ya da cəhənnəmin dözülməz və əbədi əzabına düçar edər.
Rəvayətlərdən birində deyilir: Möminlərə köməklik edənlərə şübhəsiz ki, Allah da köməklik edər, möminlərin kədərlərini və qəm-qüssəsini dağıdan və onları yemək-içməklə təmin edən şəxslər axirətdə şadlıq içində olar və cənnətin tükənməz nemətlərindən bəhrələnər.
Möminlərin eybini örtən şəxsin ,Allah-təala da eyibini örtər.
İmam Hüseyn (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Mömini zülümkarın zülümündən qurtaran fədakar insanlar sirat körpüsündən asan keçərlər və Allahın razılığını qazanmış əməli-saleh insanlarla birlikdə cənnətin ən uca təbəqələrindən birində məskun olarlar. Onları geyim ilə təmin edən səxavətli insanlar isə behşit əhlinin geydikləri ipək paltarlardan geyərlər. Onlar dünyanın bütün qəm-qüssəsindən uzaq olar və cənnətdə şad və xürrəm həyat sürərlər.
İmam Kazım (ə)-dan nəql olunmuş hədisdə deyilir: Axirətdə Allah-təala böyük bir kölgə yaradar, bu kölgəyə peyğəmbərlər, onların sadiq tərafdarları və onları azadlığa buraxan əməli-saleh insanlar toplaşar.
İmam Hüseyn (ə) möminlərə etdiyi tövsiyələrin birində buyurur: "Sizlərdən hər biriniz mömin qardaşınıza köməklik etməli və dəyərli məsləhətlər verməlisiniz. Qürur, böyük təkəbbürlük, həsəd kimi şeytani xislətləri özünüzdən uzaq edin. Özünüzdən yaşca böyük gördükdə deyin: "O məndən daha böyükdür və təbii ki, Allaha məndən daha tez iman gətirmiş və gördüyü xeyirli işlər daha çoxdur. Deməli o məndən daha yaxşıdır. Özünüzdən yaşca kiçiyini gördükdə deyin: "Mən ondan böyük olduğum üçün təbii ki, gördüyüm günah işlər daha çoxdur, deməli o məndən daha yaxşıdır. "Özünüz ilə həmyaşıd gördükdə deyin: "Özümün günahkar olduğuma yəqinim var, amma onun günahkar olmasına şəkk edirəm. Belə olduğu bir halda yəqindən əl çəkib şəkkimə uymalıyam?!"Camaatın sizə hörmət və ehtiram etdiyini gördüyünüz zaman öz-özünüzdə deyin: "Onlar bu işi öz alicənablıqlarından irəli gəldiyi üçün və xeyirli əməl xatirinə görürlər və mənlik burada heç bir iş yoxdur. Belə etməklə qürur və təkəbbürlüyü özünüzdən uzaqlaşdırmış olarsınız. Onların sizdən uzaqlaşıb ehtiram etmədiklərini gördükdə öz-özünüzə deyin: "Bütün bunlar mənim gördüyüm günah işlərin acı nəticəsidir. Əgər vaxtında bu günahlardan çəkinsəydim, indi onlar mənimlə belə soyuq rəftar etməzdilər.
Belə edərsinizsə düşmənləriniz az, dostlarınız isə çox olar və yaşamaq sizin üçün asan olar. Sonra sözlərinə davam etdi. Mömin qardaşlarınızın xeyirli işlərinə sevinin, xoşa gəlməz işlər gördükdə isə onları bu işdən çəkindirməyə çalışın və onların eyiblərini başqalarının yanında aşkar etməyin. Bilin ki, insanların ən xeyirlisi o şəxsdir ki, camaata daha çox xeyri dəysin, bir şeyə ehtiyacı olduğu zaman özü-özünü təmin etməyə çalışsın və onlardan heç bir şey istəməsin. Ehtiyacı ola-ola başqalarından bir şey istəməyən kəs insanların ən hörmətlisidir. Çünki, insanlar var-dövlət əldə etmək üçün olmazın əzab-əziyyətlərlə qarşılaşırlar və onlara bu var-dövləti ələ gətirməkdə maneçilik törətməyən şəxslər onların ən çox hörmət etdikləri kəslərdir. İnsanlara qazanc əldə etməkdə maneçilik törətməyən, əksinə olaraq öz malından onlara sədəqə verən və ehsan edən şəxslərə isə camaat tərəfindən daha çox ehtiram olunar.
İsa peyğəmbər (ə) öz həvarilərinə bu tövsiyələri edərdi. "Özünüzə arzuladığınız şeyləri başqalarına da arzulayın, özünüzə rəva bilmədiyiniz şeyləri başqalarına da rəva bilməyin.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "İmkanı ola-ola mömin qardaşının ehtiyacını ödəməyən kəslər qiyamət günü məhşərə daxil olduqları zaman Allah-təala onlardan soruşar: "Sənə var-dövlət və bol-bol ruzi verdiyim bir halda, sənə ehtiyacı olan bəndəmi nə üçün əli boş geri qaytardın?! İndi ki, o xeyirli işin savabını istəmirsən, bil ki, səni bağışlasam da, bağışlamasam da istəklərinin heç birisini öz rəhmət dərgahıma yönəltməyəcəm.
Başqa bir hədisdə deyilir: "İmkanı olduğu bir halda mömin qardaşının ehtiyaclarını ödəməyən kəslər məhşərə üzü qara və gözləri göy rəngdə çıxarılar. Onu hamının qarşısında rüsvay etdikdən sonra deyərlər. Bu həmən xain şəxsdir ki, ona bol-bol ruzi verdiyimiz halda bəndələrimizə əl tutmağı özünə ar bilmiş və Allaha və onun Peyğəmbərinə xəyanət etmişdir. Sonra onu cəhənnəmə sürükləməyə əmr edərlər.
İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir. "Mömin qardaşının evlənmə xərcini öz öhdəsinə götürən və onun sirrini gizli saxlayan kəslər Allahın ərşi altında cənnət nemətlərindən bəhrələnərlər.
Gərginlik, həyəcan, stress, çox fikir çəkmək, depressiya insanda, xüsus�
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FBI) datalarına əsasən, fırıldaqçı
Qəbizlikdən əziyyət çəkən insanlar bir çox hallarda həkimlə məsləhə
İsveçin "Göteborq" klubunun futbolçularının və məşqçi heyət
"Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində
Son dövrlərdə xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət
Böyük Britaniyada 49 yaşlı Ueyn Pekhem 23 yaşlı oğlu Rayli Pekhemlə birl
Bu günlərdə "At kimi aşiqəm" deməklə sevgi etirafı etmiş tan�
Qəlbin qəsavəti (bərkiməsi)Öz qəlbinin sağlamlığını, səadətini dü
Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürət
Aktyor və prodüser Cövdət Şükürov müzakirə yaradacaq açıqlama verib.