Qəlbin qəsavəti (bərkiməsi)


Digərləri 02 Fev 2023 22:50:00 1202 0

Qəlbin qəsavəti (bərkiməsi)

Qəlbin qəsavəti (bərkiməsi)Öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməlidir İnsanın qəlbi ilk əvvəldə səfa, nuranilik, mehribanlıq və xüsusi rəhmətə malik olur. Başqa insanların, hətta heyvanların belə, əzab-əziyyətdə olmasından, narahatlığından ruhən əzab çəkir. Başqalarının da xoşluqda, rahatlıqda və firavan yaşamasını istəyir, başqalarına yaxşılıq etməkdən sevinir, mənəvi ləzzət alır. Özünün pak niyyəti ilə Allaha diqqət yetirir, ibadətdən, duadan, raz-niyazdan, yaxşı işlər görməkdən sevinc duyur, günah işə mürtəkib olduqda dərhal təsirlənərək peşmanlıq hissi keçirir. Əgər fitrətin çağırışına cavab versə və ona uyğun əməl etsə günbəgün daha artıq səfalı, nurani, mehriban və ürəyi yanan olur. Dua və ibadət nəticəsində günbəgün Allahla ünsiyyətə, dua və ibadətə rəğbət tapır. Amma əgər öz daxili hisslərini və atifələrini nəzərə almayaraq, onun əksinə əməl edərsə nuraniyyəti tədricən azalmağa üz qoyur, axırda elə bir həddə çatır ki, hətta onun tamamilə məhv olub sönməsi də mümkündür. Belə olan halda başqalarının başına gələn acı hadisələri və xoşagəlməz şeyləri gördükdə azacıq belə təsirlənmir, hətta mümkündür ki, başqalarının yoxsulluq, aclıq və zəifliyindən, hətta zindana düşüb işgəncəyə məruz qalmasından, qətlə yetirilməsindən belə sevinib ləzzət alsın. İnsan günaha mürtəkib olduğu ilk vaxtlarda narahat və peşman olur, lakin əgər bir dəfə günaha mürtəkib olarsa ikinci dəfə daha hazırlıqlı olur, üçüncü dəfə günah iş onun üçün daha asan olur. Günahın davam etdirilməsi nəticəsində elə bir həddə çata bilər ki, günahdan nəinki peşmançılıq hissi keçirməz, üstəlik onu nailiyyət hesab edərək şad olar. Belə şəxslərin qəlbi qaralıb tamamilə dəyişilir və Quran və hədislərin dili ilə "qəsavət bağlamış" (bərkimiş, daşlaşmış) hesab olunur. Şeytan onların qəlblərini özünün tam ixtiyarına keçirir; Allahın müqərrəb mələklərini oradan çıxarır. Nicat yolları bağlanır, artıq onun tövbə edib Allah dərgahına qayıdacağına bir ümid yoxdur. Allah Quranda buyurur: "Nə üçün Bizim bəlamız onlara çatdığı zaman tövbə edib yalvarmırlar? Onların qəlbləri qəsavət bağlamış, şeytan onların çirkin işlərini onların nəzərində gözəl cilvələndirmişdir." ("Ənam" surəsi, 43-cü ayə ) Başqa bir ayədə buyurulur: "Vay olsun o kəslərin halına ki, qəlbləri Allahı yad etməkdən (qafil olaraq) qəsavət bağlamışdır. Belə şəxslər aşkar azğınlıqdadırlar." ("Zumər" surəsi, 22-ci ayə ) İmam Məhəmməd Baqir (ə) buyurub: "Hər mömin bəndənin qəlbində ağ bir nuraniyyət vardır. Əgər günaha mürtəkib olaraq onu yenidən təkrar edərsə, onda qara bir nöqtə əmələ gələcəkdir. Əgər özünün günah işlərini davam etdirərsə qara nöqtə tədricən genişlənir, qəlbin ağlığını bütünlüklə örtür. Belə olduqda həmin qəlbin sahibi heç vaxt xeyrə doğru qayıtmır. Allah-təalanın Quranda buyurduğu "əksinə, əməlləri onların bütün qəlblərini örtmüşdür" deyə buyurduğu şəxslərdən olur." ("Biharul-ənvar", 73-cü cild, səh.361) Əmirəlmöminin Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanın gözünün yaşı yalnız qəlbin qəsavəti nəticəsində quruyar. Qəlb də yalnız günahın çoxluğu nəticəsində qəsavət bağlayır." ("Biharul-ənvar", 73-cü cild, səh.354) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Dörd şey insanın bədbəxtçilik əlamətlərindəndir: Gözün quruması, qəlbin bərkiməsi, ruzi axtarmaq üçün həddən artıq hərislik və günahlarda davamlı olmaq." ("Biharul-ənvar", 73-cü cild, səh379) Məhz buna görə də məsum imamlar (ə) dualarda qəlbin bərkiməsindən və qəsavətindən Allaha pənah aparmışlar. Nümunə olaraq aşağıdakıları qeyd edirik: İmam Səccad (ə) dua edərək deyir: "Pərvərdigara! Vəsvəsələr sayəsində daim dəyişilməkdə olan, aludəlik və möhürlənməklə yanaşı olan qəlbin bərkliyindən Sənə şikayət edirəm. Sənin qorxundan ağlamayan, onu sevindirən şeylərə göz dikən bir gözdən Sənə şikayət edirəm!." ("Biharul-ənvar", 94-cü cild, səh.143) Deməli, öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməli, öz nəfsini həmişə yaxşı işlərlə - ibadət, dua, raz-niyaz, nəvaziş, ürəyi yananlıq, mehribanlıq, başqalarına ehsan və kömək etmək, məhrumları, məzlumları müdafiə etmək, xeyirxahlıq, xeyir işlərdə həmkarlıq, ədaləti istəmək, ədalətli olmaq və s. zinətləndirməlildir. Belə ki, tədricən yaxşı işlərə adət etsin, batini nur və səfası davam edərək təkamülə çatsın ki, onun qəlbi Allahın müqərrəb mələklərinin xüsusi yerinə çevrilə bilsin.

Uşaqlarda artıq çəkinin SƏBƏBLƏRİ və like
  • 02 Fev 22:45  
Digərləri Uşaqlarda artıq çəkinin SƏBƏBLƏRİ və

Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürət

arrow Ətraflı
"İndiki qadınlar güclü deyillər" like
  • 02 Fev 22:42  
Şou-biznes "İndiki qadınlar güclü deyillər"

Aktyor və prodüser Cövdət Şükürov müzakirə yaradacaq açıqlama verib.

arrow Ətraflı
Dilarədən radikal dəyişiklik  VİDEO like
  • 02 Fev 22:41  
Şou-biznes Dilarədən radikal dəyişiklik VİDEO

Müğənni Dilarə Kazımova saç stilini dəyişməyə qərar verib.

arrow Ətraflı
Etiqadımızın möhkəmlənməsi üçün nə edək? like
  • 02 Fev 22:40  
Digərləri Etiqadımızın möhkəmlənməsi üçün nə edək?

Bu suala cavab vermək üçün əvvəl şübhə və şəklərimizin köklərini

arrow Ətraflı
"Gelsin hayat bildiği gibi"də yeni aktrisa  FOTO like
  • 02 Fev 22:39  
Şou-biznes "Gelsin hayat bildiği gibi"də yeni aktrisa FOTO

"Show" telekanalında yayımlanan "Gelsin hayat bildiği gibi&quo

arrow Ətraflı
Bu insanlarda XƏRÇƏNGin inkişafı riski daha azdır like
  • 02 Fev 22:30  
Digərləri Bu insanlarda XƏRÇƏNGin inkişafı riski daha azdır

Xərçəngin inkişafında insanın tək fiziki sağlamlığı deyil, emosional

arrow Ətraflı
Xalq artistindən eşq etirafı: "Bir hərəkət bəs edir ki..." like
  • 02 Fev 22:26  
Şou-biznes Xalq artistindən eşq etirafı: "Bir hərəkət bəs edir ki..."

Sevgi olan yerdə insanın yüz yox, min səhvini bağışlaya bilərsən. Ancaq

arrow Ətraflı
Sirroz yarandısa, geri dönüş yoxdur – like
  • 02 Fev 22:25  
Digərləri Sirroz yarandısa, geri dönüş yoxdur –

Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.

arrow Ətraflı
Şadlıq saraylarında qiymətlər like
  • 02 Fev 22:24  
Digərləri Şadlıq saraylarında qiymətlər

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb.

arrow Ətraflı
Dəhşətli qəzada ölənlərin like
  • 02 Fev 22:23  
Digərləri Dəhşətli qəzada ölənlərin

Yevlax-Ağdam-Laçın yolunun 38 km-də baş verən dəhşətli yol qəzasında

arrow Ətraflı
Ukraynadan Rusiya ordusuna like
  • 02 Fev 22:22  
Siyasət Ukraynadan Rusiya ordusuna

Ukrayna aviasiyası gün ərzində Rusiya qüvvələrinə dörd ağır zərbə e

arrow Ətraflı
Pakistanın keçmiş daxili işlər naziri like
  • 02 Fev 22:21  
Siyasət Pakistanın keçmiş daxili işlər naziri

Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd həbs edilib.

arrow Ətraflı
“ƏrRəhman” surəsində Allahın təkrar etdiyi sual like
  • 02 Fev 22:20  
Digərləri “ƏrRəhman” surəsində Allahın təkrar etdiyi sual

Qurani-Kərimin əlli beşinci surəsi "Ər-Rəhman" adlanır. 78 ayə

arrow Ətraflı
Baydenin baş iqtisadi müşaviri like
  • 02 Fev 22:19  
Siyasət Baydenin baş iqtisadi müşaviri

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz vəzifəsini tərk ed

arrow Ətraflı
Hadisə futbolçu ilə sevgilidir?  FOTO like
  • 02 Fev 22:18  
Şou-biznes Hadisə futbolçu ilə sevgilidir? FOTO

Türkiyəli məşhur müğənni Hadisə ilə "Qalatasaray"ın ulduz fu

arrow Ətraflı