Etiqadımızın möhkəmlənməsi üçün nə edək?
Digərləri 02 Fev 2023 22:40:00 337 0
Bu suala cavab vermək üçün əvvəl şübhə və şəklərimizin köklərini tapmalıyıq. Ona görə də əvvəl köklərini tapaq, sonra bu kökləri qurudaq ki, ondan sonra şəkk aradan getsin. Əgər insan şəkk etsə, ancaq sonra onu aradan qaldıra bilsə - həmin şəkk onun üçün təhlükəli olmaz. Şəkk öz-özlüyündə təhlükəli deyildir. Xüsusilə də əgər elm üçün müqəddimə olarsa. Şəkk o zaman pis sayılır ki, ya insan onu aradan qaldırmağı düşünməz, ya da düzgün şəkildə onu aradan qaldıra bilməz.
Ona görə də edə biləcəyimiz ilk iş - bu şəkkin kökünü tapıb qurutmaqdır. Sonra da istər nəzəri və istərsə də əməl mərhələsində mütəxəssisə müraciət edək. Bu mənəvi həkim bizə deyər ki, həmin şəkki aradan qaldırmaq üçün hansı kitabları oxumaq lazımdır. Ya hansı əməllə özünü islah etmək olar. Misal üçün, ibadət məsələlərində deyilir ki, əgər çoxlu şəkk edirsinizsə, öz şəkkinizə etina etməyin. Çünki bu lənətlik şeytandır ki, sizi vəsvəsə edir. Ona görə də ona etina etmək olmaz.
Ona görə də şəkkin kökünü tanımaq - çox mühüm məsələdir. Sonra da gərək mütəxəssisinə, həkiminə müraciət edək.
Etiqadımızın möhkəm olması üçün hər birimiz bilməliyik ki, etiqadi mövzulara hamı bələd olmalıdır. İstər yeniyetmə olsun, istərsə də cavan. Hədislərimiz də buyurur ki, uşaqların zehnini başqaları xarab etməmişdən əvvəl, siz onlara həqiqətləri tanıdın.
İkincisi isə etiqadi məsələlər gərək bizim üçün tamamilə həll olmuş olsun. Yəni, hər birimiz mövzuları tamamilə dərk edə bilək. Şübhə o zaman meydana gəlir ki, biz həmin mövzuları zehnimizdə həll edə bilməmişik. Bizim üçün şəffaf olmamışdır. Xüsusilə də onu başqalarına izah etmək istəyəndə bacarmırıq.
Ona görə də biz gərək əvvəl özümüz bu mövzuları dəqiq tanıyıb öyrənək və həmin sahənin təbibinə çevrilək, ondan sonra başqalarını müalicə etməyə çalışaq.
"Show" telekanalında yayımlanan "Gelsin hayat bildiği gibi&quo
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xərçəngin inkişafında insanın tək fiziki sağlamlığı deyil, emosional
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Sevgi olan yerdə insanın yüz yox, min səhvini bağışlaya bilərsən. Ancaq
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Yevlax-Ağdam-Laçın yolunun 38 km-də baş verən dəhşətli yol qəzasında
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ukrayna aviasiyası gün ərzində Rusiya qüvvələrinə dörd ağır zərbə e
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd həbs edilib.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Qurani-Kərimin əlli beşinci surəsi "Ər-Rəhman" adlanır. 78 ayə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz vəzifəsini tərk ed
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyəli məşhur müğənni Hadisə ilə "Qalatasaray"ın ulduz fu
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Məhəmməd ibn Müslimə mü
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Alimlər insanları daha tez qocaldan pis vərdişlər barədə araşdırma apar
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)