İnsanın daxili düşməni


Digərləri 02 Fev 2023 21:55:00 1796 0

İnsanın daxili düşməni

Allah Rəsulu (s) buyurmuşdur: "من وقي شر قبقبه و لقلقه و ذبذبه فقد وقي الشر كله" (Kim özünü qarnının, dilinin və şəhvətinin şərindən qorusa, bu zaman bütün şərlərdən qorunmuş olur.) Hər bir insanın üç düşməni var ki, onlardan qorunmağa vəzifəlidir. Onları tanımalı və onlardan qorunmalıyıq. Siz əzizlərin qorunmanıza və bu düşmənləri tanıntdırmağa ehtiyac olmadığına baxmayaraq, lakin, təzəkkür etmək faydalıdır: "وَ ذَكِّرْ فَإِنَّ الذِّكْرى‏ تَنْفَعُ الْمُؤْمِنين" (1) (Sən öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.)

Bəzən insan daxilində düşmən olmasından qəflətə düşür. Təəssüflər olsun ki, biz hamımız təhlükə qarşısındayıq. Qəflətin təsirindən təhlükə hiss etmirik. Çünki, əgər təhlükəni dərk etsək, Allaha sığınarıq. Daxili şeytan bizi unudar və biz nicat taparıq.

Əllamə Təbatəbayi ömrünün sonunda ondan nəsihət etməyi istəyən şəxsə dedi: "Müraqibət (özünü qoruma), müraqibət, müraqibət". Yəni, düşməndən özümüzü qorumalıyıq.

Həkim Quddusi Xacə Nəsirəddin Tusinin "İşarat" kitabına yazdığı şərhdə bəyan etdiyi rəvayətə əsasən, Allah Rəsulu (s) o üç düşməni belə tanıtdırmışdır: "من وقي شر قبقبه و لقلقه و ذبذبه فقد وقي الشر كله و القبقب البطن و اللقلق اللسان و الذبذب الفرج" "Kim qarın, dil və cinsi qərizəsinin şərini saxlasa, bütün şeylərin şərini özündən uzaqlaşdırmış olar".

İslam peyğəmbəri (s) öz ümmətinin islah və fəsadlarına olacaq şeylərdən agahdır. Buna görə, düşmənləri və insanların təkamülünə mane olan şeyləri belə bəyan etmişdir.

Ağızı haram və şübhəli yeməklərdən qorumaq lazımdır. "فَلْيَنْظُرِ الْإِنْسانُ إِلى‏ طَعامِه" (2) (İnsan hələ bir yeməyinə baxsın!)

İnsan həmişə istəyir ki, dünyanın yağlı və şirin nemətlərini dadsın. Baxmayaraq ki, bilir ki, bu dünyada elə bir məqama çatacaq ki, onları damağa qüdrəti olmayacaq. Deməli, bu dünya ləzzətləri bir müddət davamlıdır.

Biz tələbələr üçün dilin xətalarından qorunmağın böyük əhəmiyyəti var və bu daha çox bizə hücum edir. Misal üçün, bir məclisdə otururuq, Allah eləməmiş, bir şəxsin qeybətini edirlər. Təəccüblü burasıdır ki, bəzən əvvəlcə o şəxsi fasiq sayır, sonra qeybətini icazəli bilirik.

Mərhum Şeyx Əbdülkərim Hairi buyururdu: -"Mənim qeybətimi kim etsə, ona hala edərəm, amma elm əhlinə halal etmərəm".

Əgər tutuquşu dilini ağzında bağlasaydı, nə özünü qəfəsdə görərdi, nə də tələdə. Dağ kəkliyi sakit olmadığına görə, ovçu qartalın şikarı oldu.

Allah Rəsulu (s) üçüncü düşməni cinsi qərizə saymışdır. Allah-taalanın məşiyyəti (istəyi) budur ki, bəşər nəsli bu dünyadan kəsilməsin. Bəşərin qalmasını da kişilərin qadınlarla evlənməsində və özlərinin cinsi qərizəsini bu yolda istifadə etməkdə qərar verdi. Həqiqətdə insan xilqət aləminin işçisidir. Əlbəttə, bu bəşərə ötəri və azacıq ləzzət də mərhəmət edib ki, həqiqətdə bu işçiliyin zəhmət haqqıdır.

Bəşər dünya üçün yaradılmayıb. Əksinə, Quran baxımından insanın özünə məxsus müqəddəsliyi və əzəməti vardır. İnsan Quranda belə vəsf edilib: "وَ لَقَدْ كَرَّمْنا بَني‏ آدَم" (3) (Biz, Adəm övladını şərəfli və hörmətli elədik.), "إِنِّي جاعِلٌ فِي الْأَرْضِ خَليفَة" (4) ("Mən yer üzündə bir xəlifə yaradacağam"), "لَقَدْ خَلَقْنَا الْإِنْسانَ في‏ أَحْسَنِ تَقْويم" (5) (Biz insanı ən gözəl biçimdə yaratdıq!)

Buna əsasən, özümüzün rəftar, fikir, xəyal və təsəvvürümüzə qarşı diqqətli olmalıyıq. Belə düşünməməliyik ki, hər bir eybdən pak və pakizəyik. Belə ki, bu cahilliyin sonudur.

Belə nəql ediblər ki, bir nəfər Bağdad şəhərində, qışın soyuq havasında əfi ilanı tutmuşdu. Amma onun təhlükəsindən qafil idi. Bir müddət sonra, həmin ram və təhlükəsiz ilan soyuqluqdan xilas oldu. Tərpəndi və həmin şəxsə hücum etdi.

Əjdahanın hiyləsidir. O nə vaxt ölüb ki? Macarasızlıqdan süst olub. Qorunmaq lazımdır və qorunmada davamiyyət göstərmək lazımdır.

İslam peyğəmbəri (s) Mədinə şəhərində ağırlıq qaldıran cavanları gördü və buyurdu: -"Sizin hakiminiz olmağımı istəyirsinizmi?" Bir müddət keçdikdən sonra, Həzrət buyurdu: -"Sizin ən güclünüz şəhvət və qəzəb vaxtı özünü saxlamağı bacaran şəxsdir".

Siz hörmətli cavanların İlahi fitrəti hələ dəyişməyib: "فِطْرَتَ اللَّهِ الَّتي‏ فَطَرَ النَّاسَ عَلَيْها لا تَبْديلَ لِخَلْقِ اللَّه" (6) (Allahın fitri olaraq insanlara verdiyi din.Allahın dinini heç vəchlə dəyişdirmək olmaz.) Həmd olsun Allaha ki, tövhid fitrətindəsiniz. Dəyərli fitrət sərmayəsini qorumalıyıq ki, səadətə qovuşaq.

İmam Xomeyni buyururdu: -"Cavanlar haqqa çatmağa çox yaxındırlar. Günahlar onları aludə etməyib və onların vücudu pakdır".

Allahın salam, rəhmət və bərəkəti sizlərə olsun.

Qeydlər:

(1) "Zariyat" surəsi, 55-ci ayə.

(2) "Əbəsə" surəsi, 24-cü ayə.

(3) "İsra" surəsi, 70-ci ayə.

(4) "Bəqərə" surəsi, 30-cu ayə.

(5) "Tin" surəsi, 4-cü ayə.

(6) "Rum" surəsi, 30-cu ayə.

İlahi rəhmət baharından istifadə etmək like
  • 02 Fev 21:50  
Digərləri İlahi rəhmət baharından istifadə etmək

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Məhəmməd ibn Müslimə mü

arrow Ətraflı
İnsanları tez qocaldan like
  • 02 Fev 21:45  
Digərləri İnsanları tez qocaldan

Alimlər insanları daha tez qocaldan pis vərdişlər barədə araşdırma apar

arrow Ətraflı
Namazın əhəmiyyəti like
  • 02 Fev 21:40  
Digərləri Namazın əhəmiyyəti

Namaz haqqında onun dəyərini, faydasını, mənasını və sirlərini ifadə

arrow Ətraflı
Xərçəng 2 səbəbdən yaranır: təsadüfi və... – like
  • 02 Fev 21:35  
Digərləri Xərçəng 2 səbəbdən yaranır: təsadüfi və... –

Xərçəngin yaranmasının əsas 2 səbəbi var: irsən və təsadüfi, sonrada

arrow Ətraflı
Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyaları like
  • 02 Fev 21:34  
Digərləri Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyaları

Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilmə

arrow Ətraflı
Sabah “Romqaz” və SOCAR yeni sazişə like
  • 02 Fev 21:33  
Digərləri Sabah “Romqaz” və SOCAR yeni sazişə

"Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin n�

arrow Ətraflı
"Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik" like
  • 02 Fev 21:31  
Siyasət "Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik"

"Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi

arrow Ətraflı
Çox çay içənlərə xəbərdarlıq: Müəyyən xəstəliklər yaradır like
  • 02 Fev 21:30  
Digərləri Çox çay içənlərə xəbərdarlıq: Müəyyən xəstəliklər yaradır

İnsanların böyük əksəriyyəti yeməkdən əvvəl ya da sonra mütləq çay

arrow Ətraflı
Başbuğ: Yasin Hüseynzadəni like
  • 02 Fev 21:26  
Siyasət Başbuğ: Yasin Hüseynzadəni

Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və v�

arrow Ətraflı
Uşaqlarda diabet xəstəliyi artmaqdadır like
  • 02 Fev 21:25  
Digərləri Uşaqlarda diabet xəstəliyi artmaqdadır

"Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır".

arrow Ətraflı
İran qorxdu: Rəisidən nə gözlənirdi, like
  • 02 Fev 21:21  
Siyasət İran qorxdu: Rəisidən nə gözlənirdi,

İran Prezidenti İbrahim Rəisi xalqa müraciət etdi. Bu çıxış İsfahana e

arrow Ətraflı
Əmanətin növləri. Əmanətlə davranış qaydaları like
  • 02 Fev 21:20  
Digərləri Əmanətin növləri. Əmanətlə davranış qaydaları

Məsumlarımız (ə) həmişə əmanətə sadiq olmaq və düz danışmağı sev

arrow Ətraflı
İrana PUA zərbəsi o qədər güclü olub ki... like
  • 02 Fev 21:19  
Siyasət İrana PUA zərbəsi o qədər güclü olub ki...

İrana vurulan PUA zərbələri o qədər güclü olub ki, Xoydakı zəlzələ d

arrow Ətraflı