Namazın əhəmiyyəti
Digərləri 02 Fev 2023 21:40:00 338 0
Namaz haqqında onun dəyərini, faydasını, mənasını və sirlərini ifadə edən yüzlərlə Quran ayəsi və din böyüklərinin kəlamları vardır. Çoxsaylı ayə və hədislər arasında namazın çehrəsini göstərən bəzi məqamları qeyd edirik:
Bu xəbəri də oxu: Baş ağrılarının çarəsi
Namaz peyğəmbərlərin övladlarına verdiyi ən mühüm tövsiyədir.
Namaz qəfləti aradan aparar və Allahı xatırladar.
Namaz Peyğəmbərin gözünün nurudur.
Namaz təkəbbürü aradan aparar.
Namaz insanın çətinliklərdə və problemlərdə dayağıdır.
Namaz Allahın nemətlərinə şükür etmək əlamətidir.
Namaz dinin bünövrəsi, İslamın bayrağı, cənnətin açarı və insanların imanını ölçən vasitədir.
Namaz məxluqla Yaradan arasındakı əlaqədir. Günahları məhv edir və maddi insanı mənəvi edir.
Heç bir şəraitdə insanın boynundan düşməyən bir ibadətdir və təqvalı möminin Allaha yaxınlaşmasına vəsilədir.
Namaz İbrahimin (ə) sünnəsini, Məhəmmədin (s) yolunu və Hüseynin (ə) məramını yaşatmaqdır.
Namaz həyatın böhranlarında insanın mənəvi dayağıdır.
Namaz ən gözəl ibadətdir.
Təqvalı şəxsin iki rükət namazı ləyaqətsizlərin min rükət namazından daha yaxşıdır.
Namazlarında Allaha diqqət edən möminlər xilas olurlar.
Namaz şeytanı əzmək, Allahı razı salmaq, böyük yaradanın qarşısında hazır olmaqdır.
Namaz, zəif və kiçik varlıqla üstün, qüdrətli və böyük varlıq arasında əlaqədir.
Həzrət İsa (ə) beşikdə ikən dedi: "Allah mənə namaz qılmağı əmr etdi".
İmam Sadiq (ə) vəfat edəndə buyurur: "Kim namazı kiçik hesab edərsə, bizim şəfaətimizdən məhrum olar".
Əli (ə) namaz əsnasında "Seffeyn" meydanında döyüşü dayandırdı və namaz qıldı.
İmam Hüseyn (ə) düşmənin oxları arasında namaz qıldı.
Allahın Rəsulu (s) o qədər namaz qılardı ki, ayaqları şişərdi.
Həzrət Əli (ə) namazda Allaha o qədər diqqət yetirirdi ki, Allahdan başqa hər şeyə etinasızlıq edirdi.
Namaz qılmayanların cəzası cəhənnəmdir.
Vay o kəslərin halına ki, namazı yüngül hesab edib, ona etinasız yanaşırlar.
"Vay o namaz qılanların halına ki, öz namazlarından qafildirlər!" (Maun, 4-5).
Allahın Rəsulu (s) buyurdu: "Hər kim bilərəkdən namazı tərk etsə, İslam hüdudunu tərk etmiş və küfrə çatmış olar" (Məhəccətul-Bəyza).
Allah-taala namazı tərk edənin canından və malından bərəkət və bəhrəni götürər. Əməllərinin savabını yox edər, duası qəbul olmaz, öləndə ac, susuz, zəlil olaraq dünyadan köçər. Bərzəx aləmində işgəncə, əzab çəkəcək və Qiyamət günü ondan hesab alacaqlar.
İmam Xomeyninin (rəh) namazla bağlı bəzi kəlamlarını xatırlayaq:
"İslamda namazdan uca vəzifə yoxdur... Namaz millətin dayağıdır... Namaz insan tərbiyə edən fabrikidir... Namaz bir millətdən əxlaqsızlığı, pisliyi uzaqlaşdırır. Məscidləri boşaltmayın, namaz ən ali zikrdir... Bu möhkəm qalaları möhkəm saxlayın, namaz qılın, bütün fəryadlardan ucadır... Şeytanlar namazdan və məsciddən qorxurlar..."
Xərçəngin yaranmasının əsas 2 səbəbi var: irsən və təsadüfi, sonrada
Gələn aydan ölkədə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilmə
"Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin n�
"Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi
İnsanların böyük əksəriyyəti yeməkdən əvvəl ya da sonra mütləq çay
"Həm Cənub Qaz Dəhlizi və həm də gələcək yaşıl enerji ilə bağl
"İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layih�
Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və v�
"Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır".
İran Prezidenti İbrahim Rəisi xalqa müraciət etdi. Bu çıxış İsfahana e
Məsumlarımız (ə) həmişə əmanətə sadiq olmaq və düz danışmağı sev
İrana vurulan PUA zərbələri o qədər güclü olub ki, Xoydakı zəlzələ d
Ötən günlərdə Vladimir Putinə zəng edən Nikol Paşinyan Laçın yolu bar
Türkiyəli jurnalist və keçmiş millət vəkili (CHP-dən) Barış Yarkadaş
Əllə yeyilən yemək daha dadlıdır. Saglamolun.az Rusiya KİV-lərinə istin